Bildiyiniz
kimi, martın 12-si və 13-ü Unibank Premiyer Liqasının iki günə təyin olunmuş
final mərhələsinin ilk, ümumiyyətdə isə XXIII turu keçirildi.
Martın 12-si ilk "6-lıq”da iki oyun keçirildi.
"Bakı öz meydanında "Qarabağ”ı üstələyib xallarını 15-ə çatdırdı.
Digər oyunda isə doğma "Xəzər
Lənkəran”, fırtınalar meydanındakı "Qəbələ”
üzərindəki parlaq qələbəsi sayəsində xallarını 18-ə yüksəltdi və "6-lıq”dakı
ilk turdan liderliyi ələ keçirdi. Qalırdı ki,17 xala malik olan "İnter”, o da "Neftçi”
ilə oyunda xal itirsin. Bizlərin arzuladığı və proqnozlaşdırdığımız kimi, "İnter”
– "Neftçi” oyunu heç-heçə bitincə,”İnter” 2 xal itirib bir xal qazandı ki,
bununla da xallarını 18-ə çatdırdı. Onlar "Xəzər Lənkəran”-la eyni xala malik
olsalar da, onu zirvədən sala bilmədilər. Çünki öz aralarındakı oyunların
nəticələrinə görə "Xəzər Lənkəran” hələlik "İnter”lə iki dəfə görüşmüş və bu
görüşlərin birində qalib gəlmiş, digəri isə heç-heçə ilə nəticələnmişdir. Bundan əlavə,
vurulan və buraxılan topların fərqinə görə də komandamız daha yaxşı nəticəyə
malikdir.
Beləliklə ilk cəhdəcə zirvəni ələ
keçirən "Xəzər Lənkəran”-a bundan sonrakı çempionat oyununda elə "İnter”lə
qarşılaşmada qələbə arzulayırıq. Belədə, "Xəzər Lənkəran” çempionatın şəriksiz liderinə
çevriləcək və inşallah çempionluq yolunda daha bir addım atmış olacaq.
Zirvələrçün yaranıb, doğma "Xəzər
Lənkəran”
Çempionluğa doğru, yaxınlaşır
anbaan!
|