Şənbə, 06/İyun/2020, 01:42
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  İyun 2020  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
 123456
78910111213
14151617181920
21222324252627
282930

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 547

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Tarix

Futbolumuzun cənub dalğası


4 il öncə ölkə rəhbərliyinin böyük dəstəyiylə Azərbaycan futbolunda canlanma yarandı. İdmanın ən populyar növünə iş adamlarının marağı nəticəsində ölkənin müxtəlif bölgələrində yeni futbol klubları yarandı. Yeni yaranmış klublar ilk illərdə qarşılarına sadəcə çıxış etdikləri çempionatda möhkəmlənmək məqsədi qoysa da, Azərbaycanda bu proses ənənəvi şəkildə olmadı. Belə ki, yeni klublar dərhal böyük iddialar uğrunda mübarizəyə qoşuldu ki, bu da ölkə çempionatında gərgin mübarizəyə gətirib çıxardı.


Yeni yaranmış klublar arasında yer alan "Xəzər-Lənkəran” heç kimin gözləmədiyi halda ilk mövsümdəcə çempionluq arzusunu gizlətmədi və hədəfə nail olmaq yolunda böyük addımlar atdı. Artıq çempionatın ilk turlarından sonra komandanın sükanı arxasına futbolçu və məşqçi karyerası ilə adından söz etdirmiş türkiyəli çalışdırıcı Rasim Kara keçdi. Onun gəlişi ölkədə böyük səs-küyə səbəb oldu. Öz çıxışlarında Rasim Kara Azərbaycan futbolunda vəziyyətin ürəkaçan olmadığını desə də, görülən işlərin tezliklə bəhrə verəcəyini bildirirdi. Rasim Kara klub rəhbərliyinin də böyük dəstəyi ilə "Xəzər-Lənkəran”da ilk öncə təsisləşmənin özülünü qoydu. Belə ki, mövsümün ortalarına doğru artıq "Xəzər-Lənkəran” rəqiblərini doğma rayonda qəbul edir və komanda kluba məxsus bazada məskunlaşırdı. Bu arada komanda heyətinə dünya səviyyəli bir ulduz da cəlb etmişdi. Bir müddət Türkiyə millisinin, "Beşiktaş”, "Fənərbağça” kimi klubların şərəfini qorumuş Oktay Dərəlioğlu "Xəzər-Lənkəran”da da qollarını sıralayırdı. 2004/2005 mövsümünün ikinci dövrəsindən etibarən uğurlu nəticələr əldə edən "Xəzər-Lənkəran” çempionluğa doğru irəlilədi. Mövsümün sonunda "Xəzər-Lənkəran” və "Neftçi” eyni xala malik olduqlarından, əlavə matça - "Qızıl oyun”a ehtiyac yarandı. Qızıl medalların taleyinə 2005-ci il, iyun ayının 10-da Gəncə şəhər stadionunda aydınlıq gəldi. "Xəzər-Lənkəran” matça yaxşı başlayaraq, hesabda irəli çıxsa da, ikinci hissədə daha təcrübəli futbolçulardan qurulmuş "Neftçi” hesabı öz xeyrinə dəyişərək çempion tituluna yiyələndi. Lakin "Xəzər-Lənkəran” meydançanı mövsüm ərzindəki çıxışı ilə Gəncə şəhər stadionuna toplaşmış 25 mindən artıq azarkeşın alqış sədaları altında tərk etdi.


2005/2006 mövsümündən öncə "Xəzər-Lənkəran” çempionluğa bir nömrəli namizəd göstərilsə də, mövsüm o qədər də uğurlu alınmadı. Məşqçi dəyişikliyi də gözlənilən nəticələri gətirmədi. Həmin mövsüm "Xəzər-Lənkəran” üçün yalnız iki məqamla yadda qaldı – komanda ölkə kubokunda yarımfinala qədər irəlilədi və çempionatın ikinci dövrəsini "Xəzər-Lənkəran” məğlubiyyətsiz başa vurdu.
Uğursuz mövsümün sonunda komanda yenə məşqçi dəyişikliyinə qərar verdi və ölkənin ən titullu çalışdırıcısı Ağasəlim Mircavadov "Xəzər-Lənkəran”ın baş məşqçisi oldu. Uğur qazanmağın yollarını bilən Mircavadov reallaşdırdığı bir neçə transferlə Lənkəran şəhərinə möhtəşəm bir il yaşatdı. Mövsümün Lənkəranda keçirilən ilk oyunu unudulmaz səhnələrə şahidlik etdi. Belə ki, çempionatın 2-ci turunda "Xəzər-Lənkəran” "Neftçi”ni qəbul etdi. "Xəzər Lənkəran Mərkəzi Stadionu”nun rəsmi açılışı ilə də yadda qalan oyun günü ölkə prezidenti cənab İlham Əliyev stadionumuzu ziyarət etdi. Komanda ilə xatirə şəkli də çəkdirən cənab İlham Əliyev simvolik olaraq, topa ilk toxunuşu etdi.


Axşam saatlarında isə "Xəzər Lənkəran Mərkəzi Stadionu”na toplaşan 15 minlik azarkeş ordusu və Lənkəran camaatı "Xəzər-Lənkəran”ın "Neftçi” üzərində qələbəsini bayram etdi. 
Komanda mövsümboyu inamlı təsir bağışladı və çempionatın son turunda Qəbələdə yerli komandanı 4:0 hesabı ilə məğlub edərək qızıl medallara yiyələndi. 28 may 2007-ci ildə - Respublika günündə isə "Xəzər-Lənkəran” ölkə kubokunun finalında İmişlinin "MKT-Araz” klubunu qəbul etdi. İki əyalət klubunun mübarizə apardığı görüşdə gülən tərəf Lənkəran təmsilçisi oldu. Beləliklə, gözlənilən və arzulanan "qızıl dubl” reallaşdı və "Xəzər-Lənkəran” mövsümü ölkə çempionluğu və kuboku ilə tamamladı.


Çempionlar Liqasında Azərbaycanı təmsil etmək hüququ qazanan "Xəzər-Lənkəran” püşkün nəticələrinə görə ən çətin rəqiblə qarşılaşmalı oldu. Avropada özündən söz etdirməyi bacaran Xorvatiyanın "Dinamo” klubu avrokubokda komandanın rəqibi oldu. Bakıda keçirilən ilk oyunda Lənkəran təmsilçisi hesabı açsa da, qonaqlar bərabərliyi təmin etdilər. İkinci matçda da eyni senari yaşandı. Xorvat azarkeşlər komandalarından inamlı qələbə gözlədiyi halda, lənkəranlılar cavab matçında da hesabı açaraq bütün Zaqrebi şoka saldı. Lakin daha təcrübəli xorvatlar matçın sonlarına yaxın bərabərlik qolunu vuraraq, matçın taleyini bir qədər də uzatdılar. Yalnız əlavə vaxtda rəqibinə məğlub olan "Xəzər-Lənkəran” şanssız şəkildə avrokuboklarla vidalaşdı.


Bununla belə, "Xəzər-Lənkəran” Azərbaycanın hüdudlarında adından söz etdirməyi bacardı. Belə ki, MDB və Baltikyanı ölkə çempionlarının çıxış etdikləri "Birlik Kuboku”nda komanda Azərbaycanı layiqli təmsil etdi. Litva, Qazaxıstan və Tacikistan çempionlarının iştirak etdiyi qrupdan lider kimi çıxan "Xəzər-Lənkəran” növbəti mərhələdə Moldova çempionu "Şerif”i yarışdan kənarlaşdırdı. Dramatik matçın ardından lənkəranlılar yarımfinalda Belarus çempionu "BATE”ni də məğlub etdi. Böyük azarkeş kütləsi toplayan final matçı "Xəzər-Lənkəran”la Özbəkistan çempionu "Paxtakor” arasında keçirildi. Matçı FİFA prezidenti Yozef Blatter, UEFA prezidenti Mişel Platini, Rusiya Futbol İttifaqının prezidenti Vitaliy Mutko şərəf tribunasından izləyirdi. İlk hissədə özbəklər komandamız önündə hesabda iki dəfə irəli çıxsa da, fasiləyə komandalar 2:2 hesablı bərabərliklə yollandı. Xüsusilə Zaur Ramazanovun "Paxtakor”un qapısından keçirdiyi qol FİFA və UEFA prezidentləri tərəfindən ayaqüstə alqışlandı. İkinci taymda matça tam nəzarət edən "Xəzər-Lənkəran” nəticədə 4:3 hesablı qələbə qazanaraq, kuboku Azərbaycana gətirdi. Heydər Əliyev adına Beynəlxalq Hava Limanında komanda əsl qəhrəmanlar kimi qarşılandı.


Daim futbola böyük dəstək verən ölkə rəhbərliyi də bu hadisəyə biganə yanaşmadı. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev əlamətdar qələbə münasibəti ilə "Xəzər-Lənkəran”ın qalib heyətini prezident iqamətgahında qəbul etdi. Klub üzvlərini təbrik edən ölkə prezidenti komandaya gələcək yarışlarda daha böyük uğurlar arzuladı. Cənab İlham Əliyev eyni zamanda onu da qeyd etdi ki, "Xəzər-Lənkəran”ın qələbəsi Azərbaycanın bölgələrində də futbolun inkişaf etdiyini göstərir. Klubun fəxri prezidenti Mübariz Mənsimov öz çıxışında bildirdi ki, ölkəmizin adını uca tutmaq üçün bundan sonra daha böyük qüvvə ilə çalışacaqlar. Ölkə prezidenti görüşdən sonra bütün komanda üzvləri ilə xatirə şəkli çəkdirdi.


2007/2008-ci illər mövsümündə "Xəzər-Lənkəran” hesabına daha bir titul yazdı. Əsas diqqətini MDB və Baltikyanı ölkələrin çempionalrın "Birlik Kuboku”na yönəldən komandamız üç cəbhədə (ölkə çempionatı, ölkə kuboku və "Birlik Kuboku”) mübarizə aparmağa çətinlik çəkdi. Çempionluq şansını erkən itirən futbolçularımız bunun əvəzini kubok uğrunda yarışda çıxdı. Bakıda T.Bəhramov adına Respublika stadionunda keçirilən final görüşündə "Xəzər Lənkəran” paytaxtın "İnter” komandası ilə qarşılaşdı. Dramatik süjet almış oyunun sonunda sevinən tərəf "ağ-yaşıl” geyimli futbolçular oldu. Komandamız oyun boyu üstünlüyə sahib olsa da, matçın 90 dəqiqəsi qolsuz başa çatdı. Əlavə vaxtda isə zədə üzündən mövsümün böyük hissəsini, o cümlədən "Birlik kuboku”nu boşa verən Junior Osvaldo səhnəyə çıxdı. Əlavə vaxtın ikinci hissəsinin əvvəlində cərimə zərbəsini mükəmməl yerinə yetirən braziliyalı yarımmüdafiəçi tribunalarda böyük çoxluq təşkil edən lənkəranlı fanatların çılğınlığını son həddə çatdırdı. Son dəqiqələrdə "İnter”in oyunu xilas etmək üçün ciddi səy göstərəcəyi düşünülsə də, futbolçularımız daha güclü olduğunu ikinci qolu vurmaqla sübuta yetirdilər. Bu dəfə də rəqibi məyus edən matçın qəhrəmanı Junior oldu... Maraqlıdır ki, finaldan cəmi bir neçə gün öncə "bankirlər” tarixlərində ilk dəfə Azərbaycan çempionu titulunu qazanmağa müvəffəq olmuşdular.


Yeni mövsümə komandamız yeni məşqçiylə başladı. Əslində Ağasəlim Mircavadov hələ bir müddət də komandanı çalışdırdı. Lakin UEFA Kubokunda Polşa "Lex”inə qarşı oyunlarda (0:1, 1:4) uğursuzluq yaşayan təcrübəli mütəxəssisin yolu komandayla ayrıldı. "Xəzər Lənkəran”a iki ildə dörd titul qazandıran məşqçinin fəaliyyətini "uğursuz” epiteti ilə "damğalamaq” doğru olmazdı. Sadəcə olaraq klub rəhbərliyi bir daha qitə kuboklarında uğura ehtiyac duyduğunu bariz şəkildə nümayiş etdirdi və beynəlxalq arenada nəticə qazanmaq üçün islahata ehtiyac duydu.
Yeni ölkə birinciliyinin startına qısa zaman qalmış baş məşqçi vəzifəsi klubun qurulması və peşəkarlaşmasında ciddi xidmətləri olan Rasim Karanı geri qayıtdı. Lakin təəssüf ki, türk çalışdırıcı uğurlu startın davamını gətirə bilmədi. Doğma stadionda nadir hallarda uduzan komandamız ardıcıl iki "ev” məğlubiyyətinə məruz qalarkən azarkeşlərimiz etiraz səslərini ucaltdılar. "Qarabağ”la (1:3) oyundan sonra keçirilən mətbuat-konfransında Rasim kara istefa qərarını açıqladı.


Məcburi məşqçi dəyişikliyi yaxşı heç nə vəd etmirdi. Çoxları anlayırdı ki, mövsümün gedişində məşqçi dəyişmək arzulanan bir proses deyil. Amma qatar artıq getmiş, Kara vəzifəsindən ayrılmışdı. İkinci dövrəyə hazırlığı boşa verməmək üçün təcili qaydada mahir penalti ustası, Azərbaycanın yetişdirdiyi ən usta futbolçulardan biri İqor Ponomaryov "Xəzər Lənkəran”ın baş məşqçisi kimi təqdim olundu. Seul Olimpiadasının qalibi ilk dövrədən sonra liderdən beş xal geri qalan "Xəzər Lənkəran”ı çempionluğa daşıyacağına söz verməyə cəsarət tapmışdı. Ən pis halda azarkeşlərimizi ardıcıl üçüncü dəfə ölkə kubokuyla və ya avrokuboklara vəsiqə qazanmaqla sevindirməyə boyun olmuş İqor Ponomaryov planlarını həyata keçirə bilmədi. Ölkə kuboku uğrunda turnirlə 1/4 final mərhələsində vidalaşan "Xəzər Lənkəran” çempionatda xəyal qırıqlığı yaşadı. Öncə "qızıl”, daha sonra sadəcə avrokuboklara vəsiqə ümidində olan komandamız öz meydanında sensasiyalı şəkildə heç vaxt uduzmadığı "Qəbələ”, ardından Ağdamın Quzanlı qəsəbəsində "Qarabağ” qarşısında aciz qaldı. Sonuncu turda "Simurq”la oyun formal xarakter daşıyırdı və hətta 3:1 hesablı qələbəylə qapını möhkəm çırpan "Xəzər”imiz qitə səhnəsinə çıxmaq imkanını itirdi... Ay yarım sonra uzun götür-qoydan sonra İqor Ponomaryov da istefaya göndərildi. Klub rəhbərliyi son bir il ərzində üçüncü dəfə məşqçi axtarışına çıxdı.

Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2020Website builderuCoz