Cümə Axşamı, 26/Dek/2024, 21:35
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  İyul 2011  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 553

Statistika

Cəmi Onlaynda: 2
Qonaqlar: 2
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2011 » İyul » 30 » Yenə də o sözlər deyiləcəkmi?
18:50
Yenə də o sözlər deyiləcəkmi?

"Xəzər Lənkəran” komandasının son günlər ətrafında yaranan narahatçılıqlar klub prezidenti Mais Mənsimovun "Lent.az” saytına verdiyi müsahibədən sonra demək olar ki, aradan qalxıb. Bəli, Mais müəllim bu müsahibəsində heç bir narahatlığa əsas olmadığını, Mirça Rednikin yenə də əvvəlki kimi baş məşqçimiz olaraq qaldığını, bütün heyətin qorunduğunu və baş verə biləcək dəyişikliklərin yalnız baş məşqçinin istəyinə uyğun olaraq həyata keçiriləcəyini deyib. Həm də bundan sonra yerli futbolçulara diqqətin artırılacağı mövzusuna da toxunub. Daha bu səviyyədə deyilən söz əlbətdəki narahatlıqlara son qoymaq gücündədir.

Yaranmış olan bu narahatlıqların əvvəlinə getdikcə, müəyyən ardıcıllıqlar yada düşür. Əvvəlcə yerli futbolçuların baş məşqçiyə və komandadakı legionerlərə qısqanclığının şahidi olduq. Daha sonra, "Makkabi” ilə Lənkərandakı cavab görüşü bitər-bitməz VİP-lojadan aşağı düşən Ramin Musayevin ətrafa səslənərək, bu çıqanı qovun özü ilə gətirdikləri legionerləri də qovun, qoy yerli futbolçularımız komandada oynasın kimi fikirləri olub. Hər halda "Futbol+” qəzetində bu barədə yazı da işıq üzü görmüşdü. Sonra da bu yöndə əməli tədbirlər başladı. "Xəzər Lənkəran” klubu strategiyasını yerli və gənclərə doğru dəyişdiyi haqda açıqlama verdi. Klubda olan bütün legionerlərin göndərildiyi haqda bu açıqlamada məlumat da var idi. 

Deməli "Xəzər Lənkəran” kimi iddialı bir komanda gənc və yerli futbolçuların ümidinə qalmaqla zavallı bir vəziyyətə düşəcəkdi. Bir daha qeyd edirik ki, gəncləşdirmə siyasətinin dünyada özünü doğrultmuş modeli var. Bu əsas komandanı saxlamaqla gənclərə ayrılan diqqəti xeyli artırmaqla bu prosesin aparılmasıdır. Dünyada özünü doğrultmuş bu modelin biz də tərəfdarıyıq. Çünki bu model bu gün nəhəng olan komandaların indisini şərtləndirir. Əks halda Ramin Musayevin təklif etdiyi model görün düz bir həftə sonra necə iflasa uğramış oldu.

Belə ki, "Xəzər Lənkəran” Avropa klub yarışlarına II təsnifat mərhələsindən başlasa da güclü "Makkabi” səddini keçə bilmədi. Bunun obyektiv, həm də subyektiv səbəbləri var. Bundan sonra onlar son illərin güclü və qrup mərhələlərinin daimi üzvü olan Moldovanın "Şerif” klubunu mübarizədən kənarlaşdıran "Jelezniçar” klubunu hətta səfərdə 0:2 hesablı məğlubiyyətə uğratdılar və çox güman ki, mərhələni də adlayan "Makkabi” klubu olacaq. Bu mərhələdən əvvəl isə Azərbaycanın 4 klubundan üçü artıq mübarizəni dayandırmışdı. Yalnız "Qarabağ” klubu 3-cü təsnifat mərhələsinə gəlib çıxmışdı. 3-cü təsnifat mərhələsində isə onu Belçikanın "Brüqqe” klubu gözləyirdi. "Brüqqe” əvvəllər Avropanın daha güclü komandalarından idi. Bunu 20-25 il əvvəldən futbolla maraqlananlar çox gözəl xatırlayarlar. Amma "Brüqqe” bu gün də heç də zəif komanda deyil. Hər halda ən azı "Makkabi” ilə bərabər gücə malik olan bir komandadır. Azərbaycan futbolunu sevən insanlar kimi, biz də "Qarabağı” ələlxüsus bu yarışlarda dəstəkləyirik. Çünki bu komandanın Q. Qurbanov kimi gənc və istedadlı məşqçisi, həmçinin heyətinin əsas hissəsinin yerli futbolçulardan olduğu kimi bir fakt var. Cavab görüşündə də biz yalnız "Qarabağ”ın bu mərhələni adlaması üçün dualarımızı edəcəyik. Amma reallıq baxımından bunun nə dərəcədə mümkün olması məsələsi var.

Əvvəlki fikirlərimizə qayıtdıqda isə onu demək istəyirik ki, "Xəzər Lənkəran” səfərdə "Makkabi”yə 3:1 hesabı ilə məğlub oldu. Özü də buraxılan hər üç topun legionerlər deyil, yerli oyunçuların səhvindən olduğunu hamı bilir. Cavab görüşündən isə komandamız 0:0 hesablı bərabərliklə ayrıldı. Çox sevdiyimiz "Qarabağ” isə "Brüqqe”yə səfərdə 4:1 hesabı ilə məğlub olub. Burda ən azı 3:0-lıq bir qələbə lazımdır ki, mərhələ adlamaq mümkün olsun. Allahdan bunu arzu edirik. Lakin burdakı oyunun nəticəsinə görə sonuncu Avroliqa təmsilçimiz  mərhələ adlamayacağı təqdirdə, görəsən oyundan sonra Ramin musayev yenə də çıxıb qovun bu çıqanları və legionerləri ifadəsini işlədəcəkmi? Əsla yox! Çünki "Qarabağ”ın çalışdırıcısı öz millətimizin nümayəndəsidir. Yerli futbol məktəbinin yetirməsi olan bir mütəxəssisdir. Futbolçular isə Azərbaycanın həqiqətən qaymaq oyunçularıdır. Deməli, gəlin yerliləşdirək ifadəsi buradan göründüyü kimi, kökündən yanlış bir ifadədir. Buna getməklə, göründüyü kimi heç nə qazanmaq mümkün deyil.  Ona görə də son illərin ölkə futboluna rəng qatan "Xəzər Lənkəran” klubunu bu inkişafdan saxlamayaq. Son illərin ən yaxşı günlərini yaşayan "Xəzər Lənkəran” klubu Azərbaycan futbolunda mövcudluğunu saxlamalıdır. Həm də ona görə ki, "Qarabağ”ın məşqçi və azəri futbolçularının hər dəfə "Xəzər Lənkəran”la oyundan sonra dedikləri bir söz var: "Bu komanda ilə oyun çempionatımızın ən maraqlı və gərgin oyunudur. Onların Avropa futbolu oynaması isə xüsusi qeyd olunmalıdır. Sağ olsunlar ki, belə bir komanda formalaşdıra biliblər”. Bunu futbolu anlayan Q. Qurbanovdan da, Azərbaycanın ən üzdə olan "Qarabağlı” futbolçuları R. Sadıqovdan, Ə. İsmayılovdan, R. Sadiqovdan, R. Əliyevdən və sair yerli futbolçularımızdan dəfələrlə eşitmişik. Bizim komandanı layiqincə qiymətləndirdiklərinə görə, biz də həmişə onlara uğurlar arzulamışıq. Çünki onlar futboldan anlayırlar.    

Views: 513 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 2
0  
2 Hasanzade   (30/İyul/2011 20:46) [Daxil Olunan]
Azərbaycan futbolunu cox gözəl və dolğun şəkildə ifadə etdiyinizə görə minnətdaram.Cox düzgün qeyd etmisiniz ki Ramin Musayev görəsən Allah elemesin eger Qarabağ mərhələ adlaya bilmese ne deyecek.Mence deyecek ki "dağıdın bu komandanı Azərbaycanlılar futbol oynaya bilmir gedin legionerlər gətirin"Daha baş meşqçi haqqında ne deyecek onu yeqin özü bilir.İnşallah Qarabağ mərhələ adlasın əks təqdirdə Ramin Bey sizin müsahibənizi gözləyirik.......

0  
1 Demir Agaci   (30/İyul/2011 19:21) [Daxil Olunan]
Cox gozel vurgulanib. Faktlardan da gorsenir ki, yerli futbolcularla avropaya gedib cixmaq olmaz. Bu aydin gorsenir. Azerbaycan futbolunun belini sindirmayin. Xezer Lenkeran bu olke futbolunun shahidir, shanidir, yarashigidir...Bizsiz hec bir futbolun dadi ola bilmez.

Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz