Cümə Axşamı, 25/Apr/2024, 22:22
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  Sentyabr 2011  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
    123
45678910
11121314151617
18192021222324
252627282930

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 552

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2011 » Sentyabr » 6 » «Yaramaz»ların «Ad günü» – «Uşaqlığın son gecəsi»
12:17
«Yaramaz»ların «Ad günü» – «Uşaqlığın son gecəsi»


Və yaxud Elnur Əşrəfoğluna təklif – "O olmasın, bu olsun” (TƏKRAR)

            Futbolla və idmanın digər növləri ilə maraqlananlar Elnur Əşrəfoğlunu tanımamış olmazlar. Az.TV-də zəhləmizi az aparmayıb. Yarışlardan reportaj verəndə az qala "Bir qalanın sirri”ni danışırdı. Futbolun ən ürək yanan yerində – hücumçu qapıçı ilə təkbətək qalıb zərbə vuran anında Elnur Əşrəfoğlu səsini başına atırdı: "Dünən voleybolçu qızlarımız "Çağırış kuboku”nun növbəti oyununa hazırlıq çərçivəsində növbəti məşqə çıxıblar. Bu bir daha onu göstərir ki, ölkəmizdə idmana böyük qayğı və diqqət göstərilir. Rayonlarımızda bir-birindən gözəl, geniş, beynəlxalq standartlara cavab verə bilən idman qurğuları, Olimpiya Kompleksləri tikilir, istifadəyə verilir”.

            Çoxandı onun belə reportajlarından canımız qurtarıb. Çünki "İdman Azərbaycan”da əli vəzifə kürsüsünə çatmayınca "Cin mikrorayonda” göründü. "Ağ atlı” Elnur "Sehrli xalat”ı geyinib "Şərikli çörək” qazanmağa başladı. İndi ən köklü klubumuz-"Neftçi”nin mətbuat və ictimaiyyətlə əlaqələrindən sorumlu adamdı. Sonuncu dəfə qazdığı quyunun dərinliyi deyəsən 4 metr olub və sonda "Bəxtiyar” filminin baş qəhrəmanı demişkən, şokolad kimi neft çıxıb.

            Azarkeş olduğumdan gün ərzində tez-tez futbola geniş yer verən idman saytlarına göz atıram. Həmin saytlarda ara-sıra Elnur Əşrəfoğlunun da adı keçir. Kürəyini "Böyük dayaq” tərəfə söykəməyi xoşlayan, bəzən "Arxadan zərbə” alan Elnur Əşrəfoğlu "Neftçi” rəsmisi olduğu üçün hərdən bir açıqlamalar verir. Həmin açıqlamalarda "Qaçaq Nəbi” yeri-gəldi gəlmədi milli filmlərimizdən sitat gətirir, yumor hissini camaata sırımaq istəyir.

            Məsələn, ondan soruşandakı yerə-göyə sığmayan iddialarınıza rəğmən Zaqreb "Dinamosu” önündə niyə belə aciz göründüz? Deyir ki, başımıza gələnlər lap "Yol əhvalatı”na oxşayır. Maşınımız "yamaya” düşdü, qoyunları qəbiristanlığa vaxtında təhvil verə bilmədik. "Yeni baş məşqçiniz kim olacaq?” soruşan peşman olur. Elnur təzə lent fırladır- "Babamın babasının babası”.

            Elnur bəyə deyəndə ki, əfəndim, klub neçə nəfəri transfer etmək istəyir? Qayıdıb nə desə yaxşıdı- "Yeddi oğul istərəm”. Soruşursan ki, bəy, bəs yeni transferlər nə zaman düşərgəyə gələcək? Köhnə jurnalistin "kinoşünaslığı” tutur. Başlayır "Bəxtiyar” filmini əzbər danışmağa: "Gələcəklər, pullarını da qabaqcadan vermişəm”. Tutaq ki, sabah kimsə "Yaramaz”ı özünə kumir seçən Elnurdan soruşdu ki, futbolçuların geyimi niyə belə səliqəsizdi. "Görüş” filmindəki kimi eşşəklə pambıq suvarmaqdan gələn və yolüstü "Ad günü”nə baş çəkən Əşrəfoğlu həmən "Bizim Cəbiş müəllimi xatırlayacaq. Deyəcək ki, Cəbiş müəllim sabun bişirməyə razı olmur.

            Milli çempionatımızı izləyənlər yaxşı bilir, "Xəzər Lənkəran”la oyunları çıxmaq şərti ilə "Neftçi”nin digər görüşlərinə 500-1000 azarkeş gəlir. "Xalq komandası” azarkeş sarıdan niyə bəs əziyyət çəkir? Elnur Əşrəfoğlu bu sorunu yəqin ki, belə cavablandırar: "Bu məsələ ilə "Uşaqlığın son gecəsi”ndəki Davud məşğul olur. O, da ət kombinatından sosiska vaxtında gəlmədiyinə görə küsüb keçib "26”lar tərəfə. Amma mən həm "Dədə Qorqud”, həm "Babək”, həm "Nəsimi”, həm də "Təhminə və Zaur”la danışıq aparıram. "Ögey ana”nın da məsləhətinə qulaq asmışam. İsmayıl dağ partlayana qədər gedib itburnu çiçəyi dərib gətirə bilsə dərdimizə dərman tapılacaq. Sonra "O qızı tapın” deyib "İstintaq” başlayacağıq”.

            "Həm ziyarət, həm ticarət”lə məşğul olan Elnur Əşrəfoğlu son günlər yenidən teleməkanda görünməyə başlayıb. "Speys” telekanalında yayımlanan "Qol” proqramında ekspert kimi çıxış edir. Amma tamaşaçı bilmir ki, Elnur bəy futbol, yoxsa kino ekspertidi. Səviyyəsiz atmacaları onu bir qədər də gülünc vəziyyətdə qoyur, qeyri-ciddi imicinə yeni xallar əlavə edir.

            Elnur bəy, əgər milli kinomuzu belə yaxşı bilirsizsə məsləhətimə qulaq asın. Özü də bunun üçün "Uzaq sahillər”ə getmək, "Arşın mal alan” kimi qapı-qapı gəzməyə ehtiyac yoxdu. "Qol”dansa "Speys”in digər verilişinə çıxın. Qonşu studiyada milli filmlərimiz müzakirə olunan verilişə qatılıb doyunca sitat gətirin. Aparıcı da elə sizə bab adamdı-Kamran Həsənli. "Bir məhəlləli iki oğlan” baş-başa verib danışın özünüz üçün.

Necə deyərlər, "O olmasın, bu olsun”…

Müəllif: Etibar Cəbrayıloğlu
Views: 446 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 1
0  
1 turan etibaroglu   (14/Noy/2011 15:58) [Daxil Olunan]
dddddddddd

Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz