![]() 
"12-ci
oyunçu" azarkeş qrupu və "Bosman" fan klubu olaraq fevralın 25-də
AFFA hakimlər komitəsinin sədri Xaqani Məmmədova məktub ünvanlamışdıq. Hörmətli
sayt izləyiciləri, bu gün saytımızın e-mail ünvanına komitə sədri cavab məktubu
göndərib. Məktubu olduğu kimi təqdim edirik:
"12
oyunçu” azarkeş qrupu və "Bosman” fanklubunu salamlayıram.
Əvvəla
sizi 27 fevral 2011-ci il tarixində "İnter” komandası üzərində
qazandığınız qələbə münasibətilə təbrik edirəm.
İkincisi,
kompyuterimdə yaranan problemlə bağlı müraciətinizə gec münasibət bildirdiyimə
görə sizlərdən üzr istəyirəm.
Üçüncüsü,
münasibət bildirmək üçün məndən heç kim heç nəyi tələb edə bilməz. Sadəcə
olaraq, sizə olan hörmət naminə cavab yazmağı özümə borc bildim. Yəqin ki, həmin
matçın obyektiv idarə edilməsi siz qeyd etdiyiniz kimi yayılan söz-söhbətin nə
dərəcədə əsassız olduğunu sübüt etdi. Yayılan xəbər yalnız bir saytda özünə yer
almışdır ki, həmin sayt da mənə qarşı öz qərəzli mövqeyi ilə seçilir. Hər halda
maraqlanmaq olardı ki, hansı hakimlər test kuperdən keçib, keçməyib.
Bizim
iclaslarımızda heç vaxt bu cür səviyyəsiz çıxışlar və çağırışlar olmur. Adları
çəkilən hakimlərdən yalnız Əli Əliyev mövsümün sonunadək Premyer-Liqa, əvəzedicilər
və I divizion komandalarının oyunlarından kənarlaşdırılmışdır. Yazıda göstərilən
fikirlər tamamilə cəfəngiyatdır. Biz hakimlərdən yalnız bir şeyi tələb edirik:
oyunları obyektiv və qərəzsiz idarə etmək.
Yeri
gəlmişkən həmin matçın referi köməkçiləri olan Ramiz Əsədov və Munis Abdullayev
öz işlərinin öhdəsindən ideal şəkildə gəldilər.
O
ki, qaldı matçın translyasiyasına, qeyd etməliyəm ki, bu bizi də çox üzdü.
Çünki belə gözəl matçın göstərilməməsi Cənub bölgəsinin azarkeşləri üçün bir zərbə
oldu.
Ümid
edirik ki, nəinki "Xəzər-Lənkəran”ın iştirakı ilə keçirilən oyunlarda, eləcə
də heç bir Azərbaycan klubuna qarşı haqsızlıqdan, qərəzdən söhbət gedə bilməz.
İstəyimiz odur ki, mövsümün sonunda güclü klublarımız qalib olsunlar və ölkəmizi
beynəlxalq arenada ləyaqətlə təmsil etsinlər.
Sizinlə hər zaman əməkdaşlıq etməyə hazırıq.
Qoy güclü qalib olsun.
Xaqani Məmmədov
Hakimlər Komitəsinin
sədri
Qeyd:
Biz də "12ci oyunçu” azarkeş qrupu və "Bosman” fanklubu olaraq Xaqani bəyin
etiraflarını səmimi qəbul etmək istəyirik. Əmin olmaq istərdik ki, yerdə qalan
mövsümün bütün oyunlarında, istər kubok olsun istətsə də Premyer-Liqa oyunları
olsun bütün matçların tam obyektiv və hakim səviyyəsi baxımından yüksək səviyyədə
idarə olunacağına ümid etmək istərdik.
Bir
də Xaqani bəyə bu cavabın matçdan əvvəl verilməsinin daha obyektiv və effektli
olmasının məntiqəuyğun olmasını bildirmək istərdik. Kompyuterinizdəki problemin
isə XXI əsrdə belə bir gecikməyə əsas olmadığını düşünürük.
Bir
də onu demək istəyirik ki, Demokratik Azərbaycan Respublikasında dəfələrlə ölkə
prezidentinin, AFFA və PFL prezidentlərinin azarkeşlərin sorğularına vaxtında
cavab verib tədbir gördüyü halda, bunun sizin də ümdə vəzifəniz olduğunu bir
daha diqqətinizə çatdırmaq istəyirik.
Məktubumuza
cavab göndərdiyiniz üçün bir daha təşəkkürümüzü bildirir və bizlərin də Azərbaycan
futbolunun inkişafı üçün sizinlə əməkdaşlığa hazır olduğumuzu bildiririk.
|