Bir müddət əvvəl "Xəzər Lənkəran" - "Simurq" oyununun, 17-yaşlı qızlar arasında dünya çempionatının təqvimi ilə əlaqədar olaraq, Zaqatalada keçiriləcəyi haqda qərar qəbul olunmuşdu ki, bunu da eksklüziv olaraq "bosman.at.ua" saytımız vasitəsi ilə biz bəyan etmişdik. Lakin sonradan PFL həm bu və həm də 5 gün sonra keçiriləcək VI tur oyunu olan "Xəzər Lənkəran" - "Bakı" qarşılaşmasının hər ikisinin Sumqayıt şəhər stadionunda keçirilməsi haqqında qərar çıxardı. Məhz bundan sonra bu məsələ yenidən, yeni formada rəsmiləşdi. Bizim ölkədə belə hallar adi olduğu üçün mahiyyətinə varmadan komandamıza hər iki oyunda uğurlar arzu edirik. Belə ki, Premyer Liqanın IV turunun təxirə salınmış "Xəzər Lənkəran” – "Simurq” oyunu televiziya vasitəsi ilə canlı yayımlanacaq. Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb. Məlumata görə canlı yayım "İdman Azərbaycan” kanalı vasitəsi ilə həyata keçiriləcək. Xatırladaq ki, "Xəzər Lənkəran” – "Simurq” oyunu bu gün, sentyabrın 20-da Mehdi Hüseynzadə adına Sumnqayıt şəhər stadionunda keçiriləcək və saat 17:00-da start götürəcək.
20 sentyabr (cümə axşamı)
"Xəzər Lənkəran” – "Simurq”
Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Elşən Acalov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Asim Xudiyev
Mehdi Hüseynzadə adına Sumqayət şəhər stadionu. Saat 17:00 (canlı, "İdman Azərbaycan”)
|