
Bildiyimiz kimi ölkədə 2011/2012
futbol mövsümü başa çatdı. Komandamız bu mövsüm yalnız ikinciliyi əldə edərək
gümüş medallara sahib çıxdı. Bu ölkə daxili yarışlarda əldə olunan nəticə
olduğundan belə demək mümkündür. İkinciliyin əldə edilməsi isə bildiyimiz kimi
həm də Avropa Liqasına vəsiqə qazanmaq deməkdir. Deməli, bu mövsüm hələ bizim
üçün davam edəcək.
Planlarını Avstriyada hazırlıq keçməklə,
Avropa Liqası öncəsi yəqin ki, həm heyət səviyyəli legionerlərlə gücləndiriləcək
və həm də yerli futbolçularımız komandaya cəlb ediləcək. Belə ki, İyunun 2-də
komanda üzvlərinin saat 11-də Bakıda bir araya gələcəyi planlaşdırılır. Bir neçə
gün ardıcıl məşqlərdən sonra isə iyunun 5-də komanda Avstriyaya təlim-məşq
toplanışına yola düşəcək. Hər bir azarkeşin bu təlim-məşq toiplanışını maraqla
gözləyəcəyini bilirik. Belə ki, azarkeşlərimiz komandanın avropaya necə
hazırlaşdığını və bu turnirdə göstərəcəyi nəticəni səbirsizliklə gözləməkdədirlər.
Belə olan halda indicə aldığımız bir məlumatı azarkeşlərimizin nəzərinə
çatdırmaq istəyirik.
Növbəti çempionatın qaydalarında nəzərdə
tutulmuş bir sıra dəyişikliklər digər klublar kimi "Xəzər Lənkəran”ı da yerli və
gənc oyunçulara üstünlük verməyə vadar edib. Bunu həm də vadar edib kimi başa
düşmək lazım deyil. Çünki artıq bir neçə gənc futbolçumuz göstərdikləri səylər
və bacarıqlarına görə əsas komandada oynamağa layiq olduqlarını demək olar ki,
sübut edə biliblər. Belə gənclərimizdən və xüsusən "Xəzər Lənkəran”ın öz yetirmələri
olan gənc futbolçularımız da əsas komandaya qoşularaq, Avstriyaya yola düşəcəklər.
İndicə Lənkərandan Bakıya komandaya qoşulmaq üçün yola salınan bu
dörd futbolçunun valideynlərindən aldığımız məlumata görə Avstriya təlim-məşq
toplantısına U-17 nin üzvü Elnur Cəfərzadə, əvəzedici heyətdən isə Elvin Mirzəyev,
Kamran Abdullazadə və Akif Tağıyev də yola düşəcək. Onu da qeyd edək ki, Akif Tağıyevdən başqa, adları
çəkilən gənc futbolçular "Xəzər Lənkəran” komandasının yetirmələridir. Həm gənclərimizə
və həm də bütün komandaya bu təlim-məşq toplanışında uğurlar arzu edərək,
Avropa Liqasında xoş yeniliklərə imza atmalarını istəyirik.