Cümə, 26/Apr/2024, 10:05
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  Yanvar 2011  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 552

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2011 » Yanvar » 28 » “Xəzər Lənkəran”ın düşərgəsindən ən son xəbərlər
11:46
“Xəzər Lənkəran”ın düşərgəsindən ən son xəbərlər

           

            "Xəzər Lənkəran”ın yanvarın 10-da, Antalyanın Bələk bölgəsində başlayan təlim-məşq toplanışı yekunlaşmaq üzrədi. Düşərgədə 10-a yaxın futbolçunu sınayan cənubluların dünən keçirdiyi məşqlərində maraqlı hadisələr də yaşandı. Öncə vurğulayaq ki, baxışa gələn üç qapıçıdan ikisi artıq geri göndərilib. Bunlar Rumıniyadan gəlmiş qolkiperlər – Marinesku və Dan Zdrinkadı. Birinci dünən "Metallurq”un 87-ci dəqiqədə vurduğu cərimə zərbəsi zamanı topa gec reaksiya verməklə məşqçilər korpusunun etimadını qazanmadısa, Zdrinka artıq iki gündü vətəninə yola salınıb (Burada, daha əvvəl hətta komanda ilə ilkin müqavilə bağlamış olan Rumın qolkiper Kosmin Vatçanın geri göndərilməsini də yada salaq. Mötərizədəki əlavə saytımıza məxsusdur). Hazırda komanda ilə məşqlərə qoşulan ucaboy Alan Daltonu isə artıq "Xəzər Lənkəran”lı saymaq olar. Belə ki, reportajı hazırlayarkən braziliyalı qapıçı ilə ilkin müqavilə bağlanılmalıydı. Axşam məşqlərində Dalton Alan Murito ilə ayaqüstü söhbətləşdik:- "Məşqlər çox gözəl keçir. Gözəl komandaya gəldiyimə görə sevinirəm. Hamı məni mehriban qarşıladı. Elə şərait də yüksək səviyyədədi. Bu onu göstərir ki, komanda çempion olmaq üçün çalışır. Burda öyrəndim ki, "Xəzər Lənkəran”ın qarşıda çox çətin oyunları var. Hələ mənimlə müqavilə bağlanmayıb. Bu, baş verərsə, çox sevinəcəm. 24 yaşında legioner həyatı yaşamaq çox gözəl olar. Dərhal valideynlərimi arayıb, bu xoş xəbəri verməyi səbirsizliklə gözləyirəm. Vətənimdə "A” seriyasında daim əsas qapıçı olmasam da, bir neçə oyunda Braziliyanın tanınmış və lider klublarına qarşı oyunda "Fiqeyrense”nin qapısını qorumuşam. "Xəzər Lənkəran”ın əsas qapıçısının millinizin də "bir nömrə”si olduğunu mənə Dieqo Qusmao söylədi. Deməli, güclü qapıçıdı. Mən başımı aşağı salıb məşqçinin tapşırıqlarını həyata keçirəcəm. Kimin qapıda duracağına da son anda onlar qərar verir. Bu arada qapıçılarla çalışan məşqçi Hafiz Əliyevə minnətdarlığımı bildirirəm. Burada qalıb-qalmamağımdan asılı olmayaraq, gəldiyim gündən onun üzərimdə əziyyəti böyükdü”.

            Düşərgəni tərk edən növbəti futbolçu isə hücumçudu. Parksla birgə Rumıniya "Timişoara”sında top qovmuş sloveniyalı Rusiç də dünən günorta saatlarında bəyənilmədiyindən geri göndərilib. Açıq-aşkar səviyyəli forvard yoxluğu yaşayan "Xəzər Lənkəran” artıq əməli işə girişib. Menecerlər vasitəsi ilə məhz hazır və güclü hücumçu arayışına çıxan cənublular yaxın günlərdə bu transferin həyata keçirilməsini istəyir. Klub prezidenti Mais Mənsimovun Türkiyəyə gəlib komandanı ziyarət etməsi cənubluların düşərgəsində əlavə məsuliyyət yaradıb desək, yanılmarıq. Baş məşqçi Mirça Rednikə səviyyəli və bahalı transfer etməsi üçün heç bir problem olmadığı və ona dəstək verilməsi çalışdırıcını da hərəkətə gətirib. Dünən gecə telefonla müntəzəm danışan Rednikin çoxdandı adı "Xəzər Lənkəran”la yanaşı hallanan və hazırda Rumıniya "Styaua”sının da istədiyi Vobey Juliusu düşərgəyə çağırması üçün danışıqlar apardığını öyrənə bildim. Səviyyəli futbolçu artıq dünən axşam cənubluların qaldığı otelə gəlməliydi. Vobey xavbek olmaqla yanaşı, hücumda da oynamaq bacarığı ilə seçilir. Yeganə mənfi cəhəti isə güclü texnikası hesabına fərdi oyuna üstünlük verməsidi. "Metallurq”la oyunda çıxış edən və düşərgəyə yeni gələn növbəti rumıniyalı Kosmin Frasineskunun da yoxlama matçında soyuqqanlı davranışı onun transferinin baş tutmaq ehtimalını artırır. "Bıstritsa Qloriya” klubuna məxsus müdafiəçinin icarəyə götürülməsi planlaşdırılır.

            Məşqlərə gəlincə, səhər məşqini yalnız fiziki hərəkətlərlə məhdudlaşdıran məşqçilər korpusu axşam məşqində kombinasiyalar və taktiki gedişlərə üstünlük verdi. Yetirmələrinin məşqin əvvəlində tapşırdığı kimi oynamadığını görən Rednik bir neçə dəfə əsəbi şəkildə onların səhvsiz oynamasını tələb etdi. Belədə məşqin sonu Rednikin istəyinə uyğun keçdi ki, futbolçuların sürətli və dəqiq oynaması çalışdırıcının da üzünü güldürdü. Futbolçularına üzünü tutan Mirça:- "artıq dünya futbolunda Pele, Maradona dövrü bitib. Komanda bir nəfərdən asılı olmamalıdı. Topu ayaqda çox saxlamaq əvəzinə dərhal komanda yoldaşına ötürmək lazımdı. Baxın, "Barselona” necə oynayır?” deməklə diqqət çəkdi. Bu gün isə "Xəzər Lənkəran” son yoxlama matçına çıxacaq. Rəqib Ukrayna təmsilçisi Odessa "Çernomorets”i olacaq.

 

Hüseyn Cəbrayıloğlu. Antalya.  ("Futbol+” qəzeti 28 yanvar 2011)

Views: 483 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 1
0  
1 Demir Agaci   (28/Yan/2011 14:02) [Daxil Olunan]
Butun bu yazidaki xeberler sevindiricidir. Xususen 3 cu abzasdaki yazi. Mirca Rednikin futbolculara uzunu tutub yuxaridakilari demesi adama qurur verir. Inshaallah sad xeberlerindavamini gozleyirik. Hegigeten onlar cox eziyyet cekirler. Bir oyuncunu almaq asan is olmadigini cox gozel derk edirik. Bu isde butun Xezer ailesine sebr ve ugur arzulayiram

Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz