Çərşənbə, 24/Apr/2024, 17:44
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  İyul 2011  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 552

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2011 » İyul » 8 » ”Xəzər Lənkəran”ın bütün yeni transferləri
10:03
”Xəzər Lənkəran”ın bütün yeni transferləri
            Nəhayət komandamız, Avropa Liqası II təsnifat mərhələsində İsrailin Təl-Əviv təmsilçisi  "Makkabi" klubu ilə qarşılaşma öncəsi heyətinə cəlb etdiyi yeni transferlərini təqdim edib. Beləliklə, "Xəzər Lənkəran"ın rəsmi saytının futbol ictimaiyyətinə təqdim etdiyi bütün yeni transferləri biz də sizlərə təqdim edirik. 

Oliveira Eder Bonfim. 30 yaşlı Braziliyalı futbolçu əsasən sağ cinah müdafiəçisi mövqeyində oynayır. Karyerasının son üç mövsümünü Rumıniyada oynayan Ederin son iş yeri "Styaua” (Buxarest) komandası olub. Bundan əlavə o, bir çox Portuqaliya klubunda çıxış edib ki, onların arasında "Benfika” və "Braqa” da olub. Bonfim ötən mövsüm Avropa Liqasında "Liverpul”un qapısından qol keçirməklə də yadda qalıb. Komandamızla oyunçu arasında 1 illik müqavilə imzalanıb.

______________________________________________________


Rikardo Vilana Qomeş. Həmyerlisi Bonfimlə birlikdə ötən mövsüm "Styaua”nın şərəfini qoruyub. Mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edir. Bu klubun heyətində ötən mövsüm Avropa Liqasında çıxış etməklə yanaşı, daha əvvəl digər rumın klubu "Unireya” ilə Rumıniya çempionu olub və UEFA Çempionlar Liqasında oynayıb. Rikardo Qomeş klubla 2 illik müqavilə bağlayıb.

_____________________________________________________


Marius Onofraş. 30 yaşlı Rumıniyalı futbolçu cinah yarımmüdafiəçisi və hücumçu rollarında çıxış edir. Yuxarıda sadalanan iki oyunçu kimi, o da ötən mövsümü "Styaua”nın heyətində keçirib. Bundan əlavə, Onofraş müxtəlif Rumıniya klublarında forma geyinib, "Xəzər Lənkəran” isə onun vətənindən kənarda oynadığı ilk klubdu. "Unireya”nın heyətində 2009/2010 mövsümündə Çempionlar Liqasında oynamış Marius "Qlazqo Reyncers”ə vurduğu qolla da yadda qalıb. Futbolçu ilə komanda arasına 1 illik müqavilə imzalanıb.

______________________________________________________


Joao Pinto Ribeiro Paulo. 31 yaşlı Portuqaliyalı mərkəz hücumçusu karyerasına "Boavişta” klubunda başlayıb. Müxtəlif Portuqaliya klublarının heyətində çıxış etmiş Pinto, həmçinin Rumıniyanın "Rapid" Buxarest, son mövsümdə isə Kiprin "Olimpiakos" Nikosiya klubunun şərəfini qoruyub. Forvard Kipr klubunun heyətində 16 qol vurmağı bacarıb. Klub Pinto ilə 2 illik müqavilə bağlayıb.

_____________________________________________________


Çaba Borbeli. Macarıstan əsilli Rumın vətəndaşı olan 31 yaşlı hücumçu müxtəlif Rumıniya klublarının heyətində 200-dən artıq oyun keçirib. Son mövsümdə isə ölkəsinin çempionu olan "Oteselul Qalati"nin şərəfini qoruyub. Futbolçu ilə klub arasında 1 illik müqavilə imzalanıb.

______________________________________________________


Veldin Muharremoviç. Komandaya son qoşulan Bosniya və Herseqovinalı müdafiəçi karyerası ərzində, həm ölkəsinin "Sarayevo” və həm də Belçikanın "Lokeren” komandalarında çıxış edib. Bir neçə dəfə yığma komandaya da çağırılan Muharremoviçin 27 yaşı var. Müdafiəçi komandamızla 1 illik müqaviləyə imza atıb.

Views: 469 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 2
0  
2 BOSSMAN   (09/İyul/2011 13:19) [Daxil Olunan]
Hörmətli "Demir Agaci", çox aktual sual verdiniz. Bizim müşahidələrimizə və bəzi məlumatlara görə hətta "Makkabi" ilə ilk səfər oyunundan sonra da komandamıza yeni futbolçular qoşulmalıdır. Bunun bir neçə səbəbləri var. Birincisi vaxtın az olması ilə əlaqədardır. İkincisi isə bəzi futbolçular var ki, sənəd problemləri var. Üçüncüsü , bəzi oyunçular təkliflərə hələ cavab verməyib. Dördüncüsü və ən əsası, müəyyən futbolçular, hansı ki, gəlməyə tərəddüd edir, onlar da "xəzər Lənkəran"ın Təl-Əvivdəki matçını izlədikdən və komandaya nisbətən bələd olduqdan sonra razılıq vermək fikrindədirlər. Buna "Barselona"lı Rosası misal göstərmək olar. Allahın köməyi ilə hər şey yaxşı olacaq və yeni, gücümüzə güc qatacaq futbolçular düşərgəmizə gələcək və komandamızın futbolçuları olacaqlar. Allah eləməsin ki, hər şey əksinə olsun.

0  
1 Demir Agaci   (09/İyul/2011 12:37) [Daxil Olunan]
Inshaallah 1 ci merheleni kecenden sonra klubumuz yeni oyuncu alacag ? Bunun hagginda melumat olsa ela olar.

Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz