Cümə Axşamı, 25/Apr/2024, 06:31
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  Sentyabr 2010  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
   1234
567891011
12131415161718
19202122232425
2627282930

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 552

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2010 » Sentyabr » 17 » “Xəzər Lənkəran”ın Beynəlxalq Rəqibləri
19:03
“Xəzər Lənkəran”ın Beynəlxalq Rəqibləri

 

          Bu günə qədər "Xəzər Lənkəran” klubu Beynəlxalq arenada bir çox görüşlər keçirib. Bu görüşlər, Avropa Çempionlar liqasının təsnifat mərhələsi, Avropa Liqasının təsnifat mərhələsi, "Birlik Kuboku” və beynəlxalq yoldaşlıq oyunları çərçivəsində həyata keçmişdir. Zaman-zaman orta, zəif, güclü, hətta UEFA kubokunun son qalibi kimi rəqiblərimiz olan komandalar beynəlxalq turnirlərdə uğurla çıxış edirlər.

           Bildiyiniz kimi bu mövsüm "Xəzər Lənkəran” Avropa liqasında Moldovanın "Olimpiya” Beltsı klubu ilə qarşılaşdı. Düzdür, rəqib Avropa miqyaslı turnirlərdə debütant olsa da "Xəzər Lənkəran”  klubunun iki heç-heçə sayəsində Avropa Liqasındakı yolunu bağlamış oldu. Hamımızın bildiyi kimi, "Xəzər Lənkəran”  bu il həm son anda çempionluğu, həm finalda ölkə kubokunu əldən vermiş oldu, həm də dediyimiz kimi Avropa Liqasında ilk təsnifat mərhələsində mərhələ adlamağı bacara bilmədi.

          Amma illər öncə "Xəzər Lənkəran”  yuxarıda göstərdiyimiz turnirlərdə kifayət qədər güclü kollektivlərlə qarşılaşmış və insafən layiqli oyunlar sərgiləmişdir. İki mövsüm əvvəl Polşanın Poznan şəhərinin "Lex” klubuna qarşı layiqli oyun sərgiləyən "Xəzər Lənkəran” , ondan əvvəl Xorvatiyanın "Dinamo” Zaqreb klubuna qarşı da yaddaqalan oyun göstərmişdi. Sonradan məsələn, "Lex” klubunun Avropa Liqasının qrup mərhələsinə düşərək, oradakı sınaqdan da uğurla çıxması, yəni qrup turnirini uğurla başa vurduqdan sonra iqasında 1/16 mərhələyə yüksələrək İtaliyanın "Udineze” klubu ilə qarşılaşmışdı. "Lex” öz meydanında bu İtaliya nəhəngi ikə 1:1-lik nəticə əldə etdikdən sonra, yalnız rəqib meydanında son anda buraxdığı topla (2:1), yarışı tərk etmişdi.

          Bu il bildiyiniz kimi, həm Çempionlar liqasında, həm də Avropa Liqasında artıq qrup mərhələsinin oyunları sentyabrın 14, 15,və 16-da start götürmüşdür. Gəlin görək nə vaxtsa "Xəzər Lənkəran” la yolları kəsişmiş klublar bu qrup mərhələsinin ilk oyunlarını necə keçirmişlər.

          Bir az irəli gedib deyə bilərik ki, vaxtı ikən müxtəlif turnirlərdə "Xəzər Lənkəran”ın rəqibi olmuş komandalar bu ilki qrup mərhələsindəki oyunlarında uğurlu start götürmüşlər. Təkcə Moldovanın "Şerif” klubu minimal hesablı məğlubiyyətlə üzləşmişdir. Onların rəqiblərinin güclərini qiymətləndirsək, həm də oyunun səfərdə baş tutmasını nəzərə alsaq bu da onlar üçün pis nəticə sayılmamalıdır.

           Yuxarıda qeyd etdiyimiz kimi,  "Xəzər Lənkəran”ın Çempionlar Liqasındakı rəqibi "Dinamo” Zaqreb öz meydanında İspaniyanın adlı-sanlı klubu olan "Vilyarreal”a Avropa Liqasının qrup mərhələsindəki ilk oyununda 2:0 hesabı ilə qalib gəlmişdir.

           Avropa Liqasındakı rəqibimiz olan Polşanın "Lex” klubu isə səfərdə İtaliya nəhəngi, "Qoca Senyora” adlanan "Yuventus”la məhsuldar heç-heçəyə nail olmuşdur- 3:3.

           "Birlik Kuboku”nda "Xəzər Lənkəran”ın məğlub etdiyi Belorusun "BATE” komandası isə səfərdə məşhur Kiyev "Dinamo”su ilə məhsuldar heç-heçəyə nail olmuşdur- 2:2. Bu da Avropa Liqası turnirinin qrup mərhələsinin ilk oyunu çərçivəsində keçirilmiş bir matçdır.

           Təkcə, Moldovanın "Şerif” klubu Avropa Liqasının qrup mərhələsinin ilk oyununda, səfərdə güclü rəqib olan Hollandiyanın "Alkmaar” klubuna minimal hesabla məğlub olmuşdur- 2:1. Hansı ki, "Birlik Kuboku”nda "Xəzər Lənkəran” bu komandanı da məğlub edib, yarışlardan uzaqlaşdırmışdı.

          Yenə Avropa Liqasının qrup mərhələsinin ilk oyununda, yoldaşlıq oyunu çərçivəsində "Xəzər Lənkəran”la oyun keçirmiş İstambul nəhəngi sayılan "Beşiktaş” klubu, Bolqarıstanın "MOİK” klubuna qalib gəlmişdir- 1:0.

          Rəqiblərimizdən Avropa Çempionlar Liqasında çıxış edən Ukraynanın Donetsk şəhərinin təmsilçisi olan "Şaxtyor” klubu isə Serbiyanın "Partizan” klubundan güclü olmuşdur- 1:0. Düzdür bu rəqibimiz də yoxlama xarakterli oyunda "Xəzər Lənkəran”ın rəqibi olmuşdur. Həm də yaxın gələcəkdə də bu komanda ilə bir yoldaşlıq oyunu nəzərdə tutulub. Bu haqda artıq informasiya da verilmişdir. Hər iki komandanın baş məşqçiləri, Mirça Luçesku və Mirça Rednikin bu oyunun baş tutması yönündə danışıqlar apardığını da qeyd edək.

           Gələcəkdə doğma komandamız olan "Xəzər Lənkəran”a bütün turnirlərdə müvəffəqiyyət arzulayırıq.

 

  1. "Dinamo” Kiyev     2 – 2  "BATE”
  2. "Yuventus”           3 – 3  "Lex” 
  3. "Dinamo” Zaqreb   2 – 0  "Vilyarreal”
  4. "Alkmaar”             2 – 1  "Şerif”
  5. "Beşiktaş”            1 – 0  "MOİK”
  6. "Şaxtyor”              1 – 0  "Partizan”
  7. "Marsel"                0 - 1  "Spartak" M

 

P. S.  Bu oyunlarda rəqiblərimiz olmuş klublar qırmızı rənglə göstərilmişdir.

Views: 547 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 2
+1  
1 Qezene   (25/Sent/2010 08:27) [Daxil Olunan]
Moskva Spartakini unutmusunuz. Seferde Marsele qaib geldi Chempionlar Liqasinda. Marsel 0-1 Spartak M

0  
2 BOSSMAN   (28/Sent/2010 09:08) [Daxil Olunan]
Çox sağ olun ki, yada salmısınız. Onu da siyahıya sizin adınızdan əlavə edərik. Əslində bu matçda vurulan qolların videogörüntüsü də bizdə var idi. Özü də Sovet vaxtı mən Moskva "Spartak"ının azarkeşi olmuşam elə indi də maraqlanıram.Sovet dönəmindən sonra isə o vaxt onların oyun üslubuna bənzər Türkiyənin "Beşiktaş"ına həvəs göstərirdim, elə indi də. Amma "Xəzər Lənkəran" bərpa olunandan sonra qəlbimizin birinci fatehi əlbəttə ki, odur. Yada saldığınız üçün bir daha təşəkkür edirik.

Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz