 
Bu
gün komandamız Antalyanın Bələk bölgəsində yerləşən "Qloriya Serenty” otelinin
futbol meydançasında sayca 5-ci yoxlama oyununa çıxıb. Baş məşqçi Mirça Rednik
bu oyunda da əsasən komandamıza baxışa gələn futbolçuları sınamaq niyyətindədir.
Ukraynanın premyer liqa təmsilçisi olan Zaparojyenin "Metallurq” komandasına
qarşı keçirilən bu yoxlama görüşündə ilk sevinən tərəf "Xəzər Lənkəran” olub.
Belə ki, 37-ci dəqiqədə rəqib komandanın baxışda olan legioner futbolçusu
avtoqol müəllifi olub. Birinci hissə bu hesabla da yekunlaşıb.
İkinci
hissəyə də eksperimental heyətlə başlayan komandamız əsaasən hücum edən tərəf
olmasına baxmayaraq, standart vəziyyətdən cərimə topu yerinə yetirən Zaporojets
təmsilçisi 85-ci dəqiqədə tarazlığı bərpa edə bilib. Sonrakı dəqiqələrdə hər
iki komandanın bir neçə cəhdi olsa da bunlar nəticəsiz qalıb. Bu yoxlama oyunu
digərlərindən fərqli olaraq 1:1 hesablı tarazlıqla qurtarıb.
Komandamızın
start heyəti belə olub:
Munaretto, Françineski, Beqiri,
Qurbanov, Skarlataçe, Simao, Stanku, Kiyesku, Pits, Parks, Pitsurke
|