"Böyük
oyun”da rəqib komandanın futbolçusu Ruslan Abışovun atdığı avtoqolla qalib gələn "Xəzər Lənkəran”
komandası matçdan sonra iki günlük istirahətə buraxılmışdı. Gərgin oyundan
üzüağ çıxan "Ağ-yaşıl”lar bu gün Lənkərana dönərək Premyer Liqanın VI turunda
səfərdə qarşılaşacağı "Qarabağ”la oyunun hazırlıqlarına doğma şəhərdə
başlayacaq. Beləliklə, "Xəzər Lənkəran” komandası bu gün saat 19:30-da "Fırtınalar
meydanı”nın yardımçı meydançasında "Böyük oyun” sonrası ilk məşqinə çıxacaq.
Xüsusi
olaraq "bosman.at.ua” üçün "12cioyuncu.info”dan.
|