Əvvəlcədən bildirildiyi kimi, bu gün 14.08.2011 tarixində saat 15:00-da "12-ci oyunçu” azarkeş qrupunun təşəbbüsü ilə "Xəzər Lənkəran”nın bütün fan klubları AZAL futbol komandası ilə oyun öncəsi toplantı keçirməyi planlaşdırmışdı. Görüşün baş tutacağı yer, elan olunduğu kimi həmin gün bilinəcəkdi ki, fan klublar harada bir araya gələcəkdilər və bu yer dost İnter fanatlarına məxsus "Şəfa” stadionu ərazisində yerləşən "İnter” kafesi oldu. Görüşə "Xəzər Lənkəran”ın bütün fan klubları dəvət olunmuşdu. Lakin müəyyən səbəblərdən bəzi fan klublar iştirak edə bilməsə də təşkilatçı fanat qurumu "12-ci oyunçu”, "Bosman” fan klubu, "Caspian Ultras” fan klubunun nümayəndələri və bir neçə fəal azarkeş fərdi şəkildə iştirak etdi. "Xəzər Lənkəran” rəsmi fan klubunun həmin anlarda yol gəldikləri səbəbindən görüşə mütəmadi olaraq telefonla qatılırdılar. Biraz irəli gedərək onu da demək istəyirik ki, toplantıda hazırlanan sənəd bir daha oyunun keçiriləcəyi stadionun yaxınləğında rəsmi fan klubunun rəhbərliyi tərəfindən də tanış olunduqdan sonra qəbul olundu.
Görüş göstərildiyi vaxtda və məkanda baş tutdu. Yuxarıda göstərilən fan klubların nümayəndələri və fəal azarkeşlər 3 saat ərzində qızğın müzakirələr apardılar. Müzakirənin mövzusu isə, görüşə dəvət olunanlara "12-ci oyunçu” azarkeş qrupu tərəfindən hazırlanıb, rəsmi saytlarında təqdim etdikəri reqlament üzrə oldu. Burada iştirakçıların komandamızın baş məşqçisi Mirça Rednikin müsbət fəaliyyəti və onun komandaya lazımlılığı haqqında heç bir fikir ayrılığı olmadığından bu haqda qəbul olunan sənədə heç bir bənd salınmadı.
Bu arada görüş haqqında ardıcıl məlumat almaq üçün dəfələrlə əlaqə saxlayan "Futbol+” qəzetinə azarkeşlərə göstərdiyi diqqətə görə görüş iştirakçılarının ayrıca təşəkkürünü çatdırırırq.
Dost İnter fanatlarının bu görüşün keçirilməsi üçün yaratdıqları şəraitə və "İnter” kafesində göstərilən təmənnasız xidmətə görə xüsusi təşəkkürümüzü bildiririk.
1.Bugünki müzakirələrin nəticəsi olaraq hesab edirik ki, komandada yaranmış problemlər tək Makkabi ilə oyunla əlaqədar deyil, son dövrlərin komandaya olan təzyiqlərdən qaynaqlanır.
2.Müzakirələrin nəticəsi olaraq strategiya dəyişikliyinə heç bir konsepsiya və proqram olmadan keçilməsi doğru hesab olunmur.
3."Xəzər Lənkəran”nın bu günə qədər qazandığı titullar və göstərdiyi gözəl oyundan şərəf duyaraq biz onun nə vaxtsa sıradan və ya iddiasız bir klub kimi qəbul edə bilmirik və bunu geriyə addım kimi qiymətləndiririk. Klubun nüfuzuna zərbə kimi dəyərləndiririk.
Bütün yuxarıda göstərilən vəziyyətlərdən yaranmış qeyri-müəyyən durumu aradan qaldırmaq üçün 14.08.2011 tarixində fan klubların görüşünü təşkil etdik və yuxarıda göstərilən nəticələrə gəldik. Bunların həll olunması üçün qərara aldıq ki, şəxsən "Xəzər Lənkəran” klubunun prezidenti cənab Mais Mənsimovla görüş keçirib buların həllində öz köməyimizi təklif edək. Görüş gününün və saatının təyin olunmasını isə şəxsən klub prezidentinin ixtiyarına buraxırıq. Çünki bizim bütün fəaliyyətimiz, qürur duyduğumuz "Xəzər Lənkəran” kimi bir klubun daim iddialı yaşaması və bütün yarışlarda zəfər qazanaraq ona ürəklə bağlı olan azarkeşlərini sevindirməsi yönündədir. Bunun üçün bizim bütün potensialımızın olduğunu düşünürük. Ey möhtəşəm "Xəzər Lənkəran”, bizləri bir-birimizdən heç kimsə ayıra bilməz.
|