Şənbə, 20/Apr/2024, 18:56
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  Fevral 2011  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
  12345
6789101112
13141516171819
20212223242526
2728

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 552

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2011 » Fevral » 5 » "Xəzər Lənkəran" doğma məkana qayıtdı və azarkeşlərinə qovuşdu
21:22
"Xəzər Lənkəran" doğma məkana qayıtdı və azarkeşlərinə qovuşdu

          

            Vətənə dönən "Xəzər Lənkəran” komandası ilk məşqini dünən 04.02.2011-ci il tarixində saat 14:30-da Bakıda keçirdi. Ertəsi günü, yəni bu gün 05.02.2011-ci il tarixində səhər saat 10:00-da doğma Lənkəran şəhərinə yola düşməyi planlaşdıran komandamızı Lənkəranda böyük coşqu ilə qarşılamaq planlaşdırılmışdı. Bunun üçün "12-ci oyunçu” azarkeş qrupunun təşkilatçılığı ilə saat 14:00-da Lənkəran şəhərinin girəcəyindəki "böyük samovar simvolu”nun ərazisinə yüzlərlə azarkeşin komandanı səbirsizliklə gözlədiyi məlumatını elə "12-ci oyunçu” azarkeş qrupunun rəhbəri İslam Cabbarlıdan aldıq: -"əvvəlcədən bildirildiyi kimi "Xəzər Lənkəran” komandasının avtobusu saat 14:00-da Lənkəranın girəcəyində "böyük samovar simvolu”nun yanında yüzlərlə azarkeş tərəfindən qarşılandı. Avtobusdan ilk enən komandanın baş məşqçisi Mirça Rednik alqışlarla qarşılandı. Azarkeşlərlə salamlaşan Rednik hamını stadiona dəvət etdi. Beləliklə "Xəzər Lənkəran” komandasının avtobusunu Lənkəranın girəcəyindən "Fırtınalar Mydanı”na qədər təxminən 70-avtomobil müşayiət etdi. Şəhərin hər yerində insanlar komandanın futbolçular və məşqçilər əyləşən avtobusunu alqışlarla qarşılayırdılar. Qeyd edək ki, qarşılanma mərasimini "12-ci oyunçu " azarkeş qupu həyata keçirdi.”

            Daha sonra İslam bəy stadionun ətrafında da xeyli azarkeşin komandanı qarşılayanlara qoşulduğunu bildirdi. "İndi qarşılama mərasimi davam edir, biz həm xatirə həm də saytımız üçün fotoşəkillər çəkdiririk.” Belədə, mən onlara bu xoş dəqiqələrdə mane olmamaq üçün daha sonra əlaqə saxlayacağımı bildirdim.

            Daha sonra əlaqə saxladıqda İslam bəy bunları nəzərimə çatdırdı: "Simao Bruno, Uobay Julius və millinin toplantısında olan 4-futbolçudan başqa komandanın bütün heyəti bazada yerləşdi. Futbolçular bir-bir bazaya gedirlər. Azarkeşlər isə bir saat sonra başlamalı olacaq məşqi gözləyirlər.”

            Sonra İslam bəy digər futbolçular kimi Mirça Rednikin də demək olar hamı ilə mehribancasına salamlaşdıqdan sonra, əvvəllər də bazada bəslədiyi pişikləri də yaddan çıxarmayıb, onlara da qayğı göstərdiyini nəzərimə çatdırdı və pişiklərin də onu necə intizarla gözlədiyinin hiss olunduğunu dedi.

            Stadionun ərazisindəki bazaya çatandan bir saat sonra isə "Xəzər Lənkəran” komandası stadionun yardımçı meydançasında məşqə başlayıb. "Məşqi mindən çox azarkeş izlədi.”-deyə İslam bəy daha sonra məlumat verdi. Daha sonra onun dedikləri belə oldu:-" Maraqlı burasıdır ki, Premyer Liqanın bir çox oyunlarında, hətta bu qədər azarkeş tribunalara toplanmır. Komanda daxilində hökm sürən yüksək ab hava diqqət çəkirdi. Məşq zamanı onu da öyrəndik ki, komanda ilə birgə gələ bilməyən  bir neçə yeni futbolçu bu axşam bazaya gələcək və  komandaya qoşulacaqlar.”

            Beləliklə, qış təlim-məşq toplanışından sonra "Xəzər Lənkəran” yeni transferləri ilə birlikdə azarkeşlərinə qovuşdu. Fasilədən sonra xeyli güclənən komandamıza çempionluq və kubok oyunlarında uğurlar arzulayırıq. Yeni "Xəzər Lənkəran”, yeni səviyyə, yeni çempionluq və yeni kubok... Bizləri çox maraqlı yaxın gələcək gözləyir!

Mirhafiz M. Babayev
Views: 449 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 1
0  
1 didye   (05/Fev/2011 22:37) [Daxil Olunan]
kas men orda olardim

Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz