Həm
fanklubumuzun üzvlərindən, həm də sıravi azarkeşlərdən ünvanımıza daxil olan
xahişləri nəzərə alaraq "Bosman” fanklubu "Xəzər Lənkəran” rəhbərliyinə
müraciət etməyi lazım bildi.
Onların
xahışlərində qəlbən bağlı olduqları doğma
"Xəzər Lənkəran”ın matçlarını canlı olaraq stadiondan izləmək istəkləri
ifadə olunur. Lakin göstərilən həmin qrup azarkeşlər müxtəlif peşələrdə
çalışdıqları üçün doğma komandalarının erkən saatlarda başlayan oyunlarına gələ
bilməmələrindən çox narahatdırlar. Onlar yenilənmiş "Xəzər Lənkəran”ı canlı
olaraq stadiondan izləmək və öz azarkeş dəstəyini komandanın qələbələrinə həsr
etmək istəyində olduqlarını bildirirlər. Bunun üçün bizdən xahiş etdilər ki,
"Xəzər Lənkəran”ın ev oyunlarının başlama saatını mümkünsə daha gec saatlarda
keçirilməsinə qərar versinlər.
Biz
də onlarla müəyyən diskussiyadan sonra klub rəhbərliyinə müraciət etməyi qərara
alıb, "Xəzər Lənkəran”ın ev oyunlarının saat 18:00 da, yaxud da
mümkünsə 19:00 da keçirilməsinin belə azarkeşlər üçün daha
məqsədəuyğun olduğunu hesab edirik. Qış fəslinin bitməkdə olduğunu və gunlərin
uzandığını nəzərə alaraq klub rəhbərliyindən azarkeşlərin bu istəyini müsbət
cavablandıracağına ümid edirik.
Hörmətlə:
"Bosman” fanklubunun idarə heyəti.
14.02.11
|