Cümə Axşamı, 26/Dek/2024, 17:47
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  Mart 2012  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 553

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2012 » Mart » 15 » "Xəzər Lənkəran" azarkeşləri ölməyib
22:13
"Xəzər Lənkəran" azarkeşləri ölməyib

Son zamanlar Azərbaycan futbolunda matçlar davam etsə də tribunalarda susqunluq yaşanmaqdadır. Onsuz da bizdə tribunalar elə də gur həyat tərzi yaşamır. Yeganə "Xəzər Lənkəran” klubunun azarkeşləri idi ki, bu susqunluğu pozur və tribunalara əsl canlanma gətirirdi. Baş məşqçi, güclü mütəxəssis və nəhayət gözəl insan kimi sevdikləri Mirça Rednik doğma komandalarından haqsız yerə, min bir kələklə uzaqlaşdırıldıqdan sonra onlar da sanki futboldan küsüblər. İndi "Xəzər Lənkəran”ın matçlarına baxanda əvvəlkitək ab-hava və möhtəşəmlik görmürük. Elə bir müddət Mirça Rednikə min bir üsulla mane olanlar da artıq səhvlərini başa düşüb bu susqunluğun yaratdığı ölgünlükdən narahat olmağa başlayıblar. Mediada və hətta televiziyanın idman verilişlərində belə "Xəzər Lənkəran” azarkeşlərinin niyə belə susqun olması müzakirə edilir. Əslində səbəb məlumdur və yuxarıda onun müəyyən hissələrini qeyd etdik.

Mirça Rednikin uzaqlaşdırılması kompaniyasına start verənlərlə mübarizə apararaq hələ o vaxt demişdik ki, "Xəzər Lənkəran” özü ilə Azərbaycan futboluna yeniliklər gətirib. Azarkeşlər mənasında da həm tribunalarda və həm də mətbuat vasitəsi ilə komandaya aktiv dəstək olurdular. Bütün bunları nəzərə alaraq o qüvvələrə söyləmişdik ki, "Xəzər Lənkəran” azarkeşləri ölkə futbolunun mənəvi sərvətidirlər. Bu sərvəti dağıtmaqla onlar ölkə futbolunu müflisləşdirirlər. Bu xəbərdarlıqlar zamanında olsa da, onlar öz işlərini dayandırmadılar. Amma şükürlər olsun ki, indi səhvlərini anlayıb dilə gətirirlər. Bəli, "Xəzər Lənkəran” və onun azarkeşləri olmadan ölkə futbolu maraqsızdır. Bunu gec də olsa anlayanlar artıq tapılıb. Onlar zənn edirlər ki, "Xəzər Lənkəran” azarkeşləri artıq yoxdur və Mirzə Ələkbər Sabirin bir şeirində deyildiyi kimi artıq "ölüb”. Heç bir məsələyə münasibət bildirmir və komandanın başına nə gəlirsə onu ölü kimi qarşılayırlar. Biz isə M.Ə.Sabirin həmin seirini təqdim edərək ona yazılmış nəzirə ilə "Xəzər Lənkəran” azarkeşinin ölmədiyini demək istəyirik. Sadəcə bu azarkeşlər abırlarına sığınaraq müəyyən susqunluq göstərirlər.

 

Pah atonnan, nə ağır yatdı bu oğlan, ölübə!

Nə də tərpənməyir üstündəki yorğan, ölübə!..

 

Bu qədər qışqırığa durdu qonum-qonşu təmam,

Dəbərişməz də, veribdir, deyəsən, can, ölübə!

 

Demək olmaz dirilərtək yatıb, əlbət, duracaq,

Ölülər yatmağıdır, yox buna payan, ölübə!

 

Çox sovuqdur çıxan ahəstəcə tək-tək nəfəsi,

Bədənində donuşub, ləxtələnib qan, ölübə!

 

Cumuxub canına bitlər, birələr, hiss eləmir,

Çalsa əqrəb də hənuz eyləməz əmman, ölübə!

 

Hansı bir doktora ərz etdim onun illətini,

Dedi: çək bundan əlin, boşla, bu çoxdan ölübə!

 

Nə "masaj” ilə, nə "məsnui-tənəffüslə” bunun-

Və nə "dağ” ilə olur dərdinə dərman, ölübə!

 

Bunu hətta düşünüb cümlə müsəlman uşağı

Hər vilayətdə deyirlər: pay atonnan, ölübə!

 

Məzəli lap bu ki, bir parə urus "dama”ları

Qoşulub bunlara derlər ki, müsəlman, ölübə!

 

Aman, ay Molla dayı, bir kitab açdır, fala bax,

Tapmasan çarəsini sən də de ordan: ölübə!.. 

(M.Ə.Sabir)

 

 

Bilinir dərdi nədir, dəvası yox, böylə yatıb!

Öylə yatmış ki, baxan da deyir: o, tiryək atıb.

Onun öz sevgisi var idi, işin cağ elədi,

Sahibi aldı da sevgisin oyuncağ elədi.

 

Bu səbəbdəndi ki, oğlan yetəməz mətiləbə,

Sən də gennən baxaraq söyləmə, oğlan ölübə.

 

Bir para yaşlılar ilə, bir para başlıların,

Üzdə düşmən də olub, arxada qardaşlıların.

Oğlanın sevgisini verdi belə cəngə fələk,

Naxələflərlə bir oldu, belə ahəngə fələk.

 

Qənim olsun belə iştahlara, əziz Kəbə,

Sən də gennən baxaraq söyləmə, oğlan ölübə.

 

Media ilə PFL də qolun çırmaladı,

Hardan imkan var isə, sevgini ordan daladı.

Verdi badə, neçə illər yaşanan sevgiləri,

Sevgini anlamayanlarda bu hiss var, ötəri.

 

Yatmağa vadar edən, bax da agah ol, səbəbə,

Sən də gennən baxaraq söyləmə, oğlan ölübə.

 

Bir çox Anar kimilər, yazdılar üç-beş quruşa,

Yalnız aldıqlarına, aldılar alma-qruşa.

Susdu vicdan, yaladı şeytanın o, əllərini,

Allahın qəzzəbi var, bağlayacaq dillərini.

 

Elə zənn eyləyir onlar, bizə qarşı qələbə,

Sən də gennən baxaraq söyləmə, oğlan ölübə...

 

Mütilik göstərərək, bizkilər onlar ilə bax,

Oğlanın sevgisi yandı, ay aman müşkülə bax.

Paranın sahibi, söz sahibi olmuş denilir,

Bax bu işdə olur əksi, para, sahib, yenilir.

 

Nəki oğlan, buna heç allana bilməz də bəbə,

Sən də gennən baxaraq söyləmə, oğlan ölübə.

 

Bir şərəf mülkü var idi, sevgi vardı "Xəzər”ə

Sahibi qoymadı, verdi onu bir başqa ərə.

Bu səbəbdən idi, oğlanlar ilə cəng elədi,

Etdiyi səhvlər ilə, onları diltəng elədi.

 

Sevgi mülkündəki hisslər belə haldan, sönübə...

Sən də gennən baxaraq söyləmə, oğlan ölübə...

 

Nə qədər biz varıq əlbəttə məhəbbət "Xəzər”ə

Qoymarıq, sevgini versinlər olar, başqa ərə.

Edərik naleyi-əfqan, çəkərik həm də nərə,

Sevgi qismət olacaq, qədrini bilən kəslərə.

 

Zamanında duracaq, zənn edəməzsən, gömübə,

Sən də gennən baxaraq söyləmə, oğlan ölübə.

(Nəzirə Mirhafiz Babayevə məxsusdur)

Views: 791 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 2
0  
2 Fikrət Həşimov   (16/Mar/2012 18:44) [Daxil Olunan]
Doktor təşəkkür edirik.Yunis Huseynov Rednik ola bilməz amma bizə kömək edə biləcək məşqçidir. T.Nadirov-la C.Biçər isə bizim faciyəmizdir.

0  
1 Demir Agaci   (16/Mar/2012 12:57) [Daxil Olunan]
Yazan elleriniz var olsun

Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz