Hörmətli oxucular, bildiyiniz kimi "Xəzər
Lənkəran” azarkeşləri tək Azərbaycanda yox, demək olar dünyanın hər yerində var
və onlar daima öz sevimli komandalarını dəstəklədikləri kimi onun uğuruna xidmət
edən müxtəlif çıxışları ilə də seçilirlər. Elə "Bosman” fanklubunun da ABŞ-da,
Yaponiyada, Rusiyada, Ukraynada və dünyanın bir çox ölkələrində üzvləri vardır.
İndi sizə
yazısını təqdim edəcəyimiz Rusiya Federasiyasında yaşayan bir azərbaycanlı
ziyalını tanıtmaq istərdik. Namiq Əzimov fanklub üzvümüz olmasa da "Xəzər Lənkəran”
azarkeşidir. Yalnız "Facebook” sosial şəbəkəsindən tanıdığımız bu ziyalı insan
adıçəkilən səhifədə dəyərli yazıları ilə dəfələrlə çıxış edib. "Facebook” səhifəsindəki
məlumatlara ğörə Namiq bəy, ixtisasca hüquqşünasdır və RF Ədliyyə Nazirliyi tərkibində
"İnter-advokat” Moskva vəkillər qurumunun sədri işləmişdir. Hal hazırda Moskva
şəhərində yaşayan Namiq bəy, son günlər komandamız ətrafında yaranan söz-söhbətlərə
də öz ziyalı münasibətini bildirib. Kiril əlifbası ilə yazılmış bu müraciəti
"Facebook” səhifəsindən götürərək, latın əlifbası ilə sizlərə təqdim edirik.
Hörmətli "Xəzər”sevərlər,
komandamızın son turlarda göstərdiyi nəticələr bizim hamımızı məyus edir. Amma
biz hamımız inanmalıyıq ki, bu müvəqqəti durğunluq deməkdir. Elə yaxın turlarda
komandamız yenə də öz oyununu tapacaq və əsl azarkeşlərini sevindirəcək. Biz
heç zaman komandadan üz döndərməməliyik.
Son zamanlar
komandanın məşqçisi Redniki "Xəzər”dən uzaqlaşdırmaq istəyənlər fəallaşmışlar.
Mən inanıram ki, komandanın baş məşqçisini dəstəkləyənlərin sayı, azarkeşlər
arasında qat-qat çoxdur və inanıram ki, bu insanlar axıra kimi öz sevimli məşqçilərinin
yanında olacaqlar. Amma bütün bunlara baxmayaraq, klubda son qərarı komandanın
rəhbərləri qəbul edirlər. Hər halda belə bir vəziyyətdə onların da müdrik bir
addım atacaqlarına inanıram. Bir də Redniki dəstəkləyən azarkeşlərə bildirmək
istəyirəm ki, məşqçini sevməyən azarkeşləri təhqir etməklə baş məşqçiyə sədaqətimizi
bildirmək, heç də düzgün olmaz. Ona görə hamınızı opponentlərinizə hörmətlə
yanaşmağa çağırıram. Hər bir azarkeşin öz fikri var. Əyər istəyiriksə bizim
fikrimizə hörmətlə yanaşılsın, biz də başqalarının fikrinə hörmət etməliyik.
Bütün "Xəzər”sevərləri
"İnter”lə oyunda komandamıza dəstək olmağa çağırıram. Yalnız və yalnız qələbə,
komanda və baş məşqçi ətrafında gedən söhbətlərə son qoya bilər!!!
|