Cümə Axşamı, 28/Mar/2024, 22:43
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  Sentyabr 2010  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
   1234
567891011
12131415161718
19202122232425
2627282930

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 552

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2010 » Sentyabr » 26 » "Xəzər Lənkəran"1-0"Neftçi". Ay lolu, gəlsin “Xə-zə-r”in qolu, “Xə-zə-r”dən öyrənin siz futbolu, Öl-kə-nin futbolunun, simvolu...
17:07
"Xəzər Lənkəran"1-0"Neftçi". Ay lolu, gəlsin “Xə-zə-r”in qolu, “Xə-zə-r”dən öyrənin siz futbolu, Öl-kə-nin futbolunun, simvolu...

         

      Sentyabrın 25-i nəhayət ki, gəlib çatdı. Həmin gün saat 19:00-a təyin olunmuş "Xəzər Lənkəran” – "Neftçi” matçı baş tutacaqdı. Bu məqsədlə göstərilən saatdan çox-çox əvvəl Lənkəran şəhər stadionuna tərəf böyük sayda azarkeş axını başlamışdı. Hələ onu demirik ki, matçın başlamasını ekran qabağında izləyəcək yüzminlərlə adam səbirsizliklə gözləyirdi. Əvvəl, matçdan xeyli öncə demək olar bu matça iki tur qalmış, qızğın söz-söhbətlər getməsindən aydın olurdu ki, 25 sentyabr saat 19:00-da bizi gərgin və maraqlı mübarizə gözləyir. Bundan qabaqkı cümlədə ona görə əvvəl sözünü işlətdik ki, çünki turnir cədvəlində eyni xalla bir və ikinci pilləni bölüşən bu komandalar, öz aralarındakı matça qədər bir sıra hadisələrlə üzləşmimişdi. "Neftçi” komandasının "MOİK” üzərindəki qələbəsindən bir tur öncə öz meydanında "Muğan”la qarşılaşmışdı. Burada oyuna bir gün qalmış yan xətt hakiminin dəyişdirilməsi və məhz həmin dəyişdirilmiş yan xətt hakiminin nəzarət etdiyi tərəfdə "Neftçi” komandasının futbolçusunun ofsat vəziyyətinin qeydə alınmaması, üstəlik həmin ofsaytda olan futbolçunun rəqib qapıçı ilə adi toqquşmasına görə "Muğan”nın qapısına penalti təyin olunması hesabına, "Neftçi” komandasının halal olmayan üç xal qazanması, hansı ki, "Neftçi” komandası bu oyunu rəqibindən zəif keçirmişdi (Bu haqda əvvəlki yazımız olan "Sən də köşə yazarı oldun? Ruslan Sadıqov” yazısında məlumat ala bilərsiniz). Sonra "Neftçi” komandasının oyunçularının ayın göstəricilərinə görə təltif olunmalarını da əlavə etsək, onları "Böyük Oyun”a hərtərəfli motivasiya etmişdilər. Özü də bu motivasiyanın klub tərəfindən olunması normal olaraq qarşılanası bir amildir. Digəl ki, bu motivasıya tək klub tərəfindən deyil, bütün klublara eyni gözlə baxmalı olan federasiya qurumları tərəfindən təşkil olunmuşdu. Əvəzində tam əksinə olaraq, bir tur əvvəl "Xəzər Lənkəran”ın "Muğan” səfərində hakim əli ilə komandamıza haqsızlıq edilmiş, "Böyük oyun” öncəsi vacib iki xalı əilndən alınaraq "Neftçi”dən iki xal geri salınmış, 5-6 aparıcı futbolçusuna yersiz sarı vərəqələr göstərilərək, əsəblərini tarıma çəkmiş və bununla da komandamızın "Neftçi” ilə oyunöncəsi əhvalına zərbə vurmağa çalışmışdılar (Bu barədə də yuxarıda adıçəkilən yazımızda oxuya bilərsiniz). Bəli, federasiyanın bəzi qurumları öz ölkələrinin komandalarına belə iyrənc formada fərq qoyaraq "Böyük oyun”a duelə çıxarmışdılar. Bunlara hər iki komandanın azarkeşlərinin də qoşulması, üstəlik bəzi media vasitələrinin haqsız mövqe tutmasını da əlavə etsək, "Xəzər Lənkəran”ın bu matça əlavə gərginliklə çıxacagını əvvəlcədən demək mümkün idi. Bəzi mətbu orqanları dedikdə bunu təəssüflə qeyd etməliyik ki, bura ölkənin aparıcı idman qəzetləri olan "Futbol+” və "Çempion” qəzetlərindəki bəzi məqalələrlə də "Xəzər Lənkəran” a qarşı qərəzli mövqe tutdular. Məsələn, göstərdiyimiz qəzet səhifələrində, ""Muğan” kimi zəif komandanı uda bilməyib, hakimin boğazından yapışan”, "Kişi kimi deyin ki, oynaya bilmirik”, "Keçən mövsüm "Bakı”ya iki dəfə məğlub olub həm çempionluğu, həm kuboku əldən verən” və sair kimi fikirlər səsləndirilmişdi. Hansı ki, keçən mövsüm ölkə kubokundakı "Fair Play” pozuntusuna qarşı ilk və kəskin çıxış edən "elə "Futbol+” qəzeti olmuşdu. Bunu həm öz səhifələrində və həm də telekanallarda obyektiv və çılğın şəkildə tənqid atəşinə tutmuşdu. Elə o zaman neçə-neçə haqsevər insanlar tərəfindən yüksək qarşılanaraq, çoxsağol, min yaşa kimi təşəkkürlər qazanmışdılar. Üstündən bir neçə ay keçməsinə baxmayaraq bu mövqe dəyişikliyinə heç cür izah tapmaq mümkün deyil. Özü də "Muğan”la oyundakı aydın hakım qərəzlərinnə münasibətdə belə mövqe təəssüf və təəccüb doğurur. Və "Xəzər Lənkəran” tərəfini "Saxta hay-küy qaldırmaqda suçlamışdılar, həmçinin "Neftçi”nin "Xəzər Lənkəran”dan çox güclü olduğunu iddia etmişdilər. "Əgər gücünüz varsa, "Neftçi”ni udun fikrinə söykənmişdilər”. Telekanallar da həmçinin ya ümumiyyətlə "Xəzər Lənkəran” haqqında bu ölkənin komandası deyilmiş kimi danışmır, ya da 5-6 öyrədilmiş adamları ekrana çıxarıb "Xəzər Lənkəran”ın haqsız olduğunu "sübuta yetirməyə” çalışmaqla işlərini qururlar. Ona görə də "Xəzər Lənkəran” azarkeşləri hər şeyi nəzərə alaraq "Bosman” fanklubu və "12-ci oyunçu” AFFA prezidentinə, xüsusən keçənilki obyektivliyinə görə müraciət ünvanladı və "Böyük oyun”un sağlam idman mübarizəsi şəraitində keçməsi üçün bu oyunu tam öz nəzarətində saxlamasını istədi. Çox sağ olsun ki, həqiqətən AFFA prezidenti bu matçda əlavə təsirləri sıfıra endirdi və matç obyektiv şəraitdə keçdi. Oyuna gəlincə, "Xəzər Lənkəran” bütün yuxarıda sadaladığımız bədhaxlıqların cavabını vermiş oldu. Bunu komandamız qələbə çaldığı üçün demirik, əsla. Bu matçda gərginlik böyük idi. Ölkənin diqqət mərkəzində olan, zirvə savaşı baxımından və haqqında gedən söz-söhbətlərə görə deyərdik ki, həm hakimlər üçün, həm komandalar üçün, həm də azarkeşlər üçün çox ağır psixoloji bir matç idi. Vüsal Əliyev də bu ağır psixoloji oyunu idarə edərkən istər istəməz bəzi səhvlərə yol verirdi. Amma bunlar səhv idi. Yoxsa, keçən mövsüm bu iki komandalar arasındakı məlum qalmaqallı oyunu idarə erən Əfqan Həmzəyev və ya bir tur əvvəl "Muğan”la oyunu idarə edən Anar Salmanov kimi, həqiqətə, kişiliyə tüpürərək edilən bir qərəzçilik deyildi. "Xəzər Lənkəran” dediyimiz kimi normal şərait yaradılarsa, bütün oyunları qələbə ilə bitirməyə gücü çatan bir komandadır, rəqibin kim olmasından asılı olmayaraq. Bütün oyunboyu "Neftçi”dən üstün görünən, qol vurmaq həvəsi ilə alışıb-yanan, yalnız qələbə üçün meydana çıxdığını sübut "Xəzər Lənkəran” buna nail ola bildi. Yalnız bir neçə momentdə rəqib hücum qura bildi ki, bu da Ruslan Poladovun heç də özünəyaraşmayan tərzdə topu rəqibə qapdırmasından sonra baş verdi. Bir neçə dəfə R. Poladovun səhv buraxdığı "nöqtədən” rəqib hücum qura bildi ki, bunu da digər müdafiəçilərimiz həm də qapıçımız onlardan daha güclü olduqlarını sübut edərək, qola imkan vermədilər. Bu da Rednik tərəfinndən düzgün qiymətləndirilərək əvəzetmədən sonra aradan qaldırıldı. Ruslan Poladov çox güman matçın psixoloji gərginliyi fonunda bir neçə belə səhv buraxdı. Bundan sonra "Neftçi”yə bütün yollar bağlanmış oldu desək yanılmarıq. Çünki bundan sonra düşünülmüş hücumlar təşkil edə bilməyən rəqibin çox hallarda topu çölə çıxarmaqla, 0:0 hesabına nail olmaq istəyi aydın görünürdü. Əks halda nər dəfə topun "Xəzər Lənkəran” rəfinə keçməsi onlar üçün böyük təhlükə yaradırdı və onlar bunun qarşısını ala bilməyəcəklərini hiss edirdilər. Burada Rednikin məşqçilik işi, həm taktiki baxımdan, həm fiziki və həm də psixoloji baxımdan yüksək qiymətləndirilməlidir. Məhz onun bu keyfiyyətlər üzərində düzgün qurulmuş ssenarisi "Xəzər Lənkəran” ın qələbəsinin əsası idi. Komandaya gəldiyi gündən heç bir təlim-məşq toplanışı keçirməyən, hər hansı yoxlama matçına çıxmayan, mövsümün başlamasına təxminən iyirmi gün qalmış komandanı qəbul edən, heyətinin yarıdan çoxunu dəyişən bir komandanı oyundan-oyuna püxtələşdirərək qələbələr qazanan, qapısından bir top belə buraxmayan və turnir cədvəlinə liderlik edən, başqaları kimi, hakim köməyi ilə deyil, təmiz və hətta sıxışdırılaraq matçlara çıxan bir məşqçi və qurmaqda olduğu "Xəzər Lənkəran” hələ bundan sonra öz sözünü çox deyəcək və bununla da "ağzıgöyçək” bəzi yazarların cavabını vermiş olacaq. Bu matçda "Bosman” fanklubunun həyata keçirdiyi "Ay Lolu” layihəsindəki mahnının sözlərindəki kimi: Ay lolu, gəlsin "Xə-zə-r”in qolu, Ay lolu, biz sevirik futbolu. Ay lolu, gəlsin "Xə-zə-r”in qolu, Ay lolu, meydan fanatla dolu. "Xə-zə-r”im daşdı, Nənəle, Rə-qib dolaşdı, Nənəle, "Xəzər” dəqiq, zərbə vurub, He-sabı açdı, Nənəle, He-sabı açdı, Nənəle. Ay lolu, bağ-la-rıq bütün yolu, Həm sa-ğı, həm ortanı, həm solu. Ay lolu, bağ-la-rıq bütün yolu, Həm sa-ğı, həm ortanı, həm solu. Rə-qib bü-züş-dü, Nənəle, Til-simə düşdü Nənəle, Bi-zi keçmək istəsə də, Özü sürüşdü, Nənəle, Dal üstə düşdü, Nənəle. Ay lolu, mey-dan fanatla dolu, "Xə-zə-r”dən öyrənin siz futbolu, Bi-zim-dir çempionluğun yolu, Öl-kə-nin futbolunun, simvolu, Ay lolu, yenə vuraq, bir qolu, Ay lolu, gəlsin "Xəzər”in qolu... Qeyd edək ki bu layihəmiz "Bosman” fanklubunun oturduğu yerdə müvəffəqiyyətlə baş tutdu. Bu işə amiqo kimi, biz Lənkəran Dövlət Dram Teatrının aktyoru Emin bəyi dəvət etmişdik. Lakin layihə ilk dəfə həyata keçirildiyindən və səsgücləndirici olmadığından bütün stadionu əhatə edə bilmədi. Növbəti oyunlarda bu çatışmazlığı da aradan qaldırıb, layihənin tam müvəffəqiyyətinə nail olacağıq. "Xəzər Lənkəran” və onun azarkeşləri hələ çox müvəffəqiyyətlərə nail olmaq əzmindədir.

Views: 1039 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 6
0  
6 ZAKİR   (29/Sent/2010 22:53) [Daxil Olunan]
ALE MAŞALLAH EHMEDOV! MAŞALLAH! ALE ALKAQOLİK BƏS 2006-da XEZERİN BAYRAGI YANDIRILANDA SƏSİN GƏLMİRDİ?!?!?
ALE SENDE KİŞİ OLDUN??? SƏN DEQİLDİN PANAMARYOVNAN BİR YERDƏ GƏNC VƏ SİZDƏN DAHA İSTEDADLI NAZİM SULEYMANOVUN TORBASINI NEFTÇİDƏN TİKƏN??? NƏ VAR NƏ VAR SİZDƏN ÜSTÜN OYUN OYNAYIRDI!
AY MİLLƏT BİLİRSİZ NƏ ÜŞÜN 80-cı İLLƏRDƏ NEFTÇİ AŞAGI DƏSTƏDƏ OYNAYIRDI??? 5-6 FUTBOLÇU İÇİNDƏ ERMƏNİ OLMQLA GƏLƏN GEDƏNİN TORBASINI TİKİRDİLƏR Kİ OZLƏRİNİ ÇÖLƏ TULLAMASINLAR! (AZERBAYCAN SAYAGİ FUTBOL)
İNDİ SƏNDƏ NƏSƏ DANIŞIRSAN??? AY MASHALLAH!!!!!!!!!!!!!!

+1  
5 MUR   (28/Sent/2010 23:47) [Daxil Olunan]
NEFTÇİNİN AZ SAYLI FANATLARI BİZİM ŞOU-BİZNES MUGENÇİKLƏRİNƏ BƏNZİYİR!
ADƏTƏN GÜNDƏMDƏN ÇIXAN MÜGƏNNİCİKLƏR HƏR HANSI BİR KALİFEY MÜGƏNNİYƏ SÖZ ATIB QALMAQAL SALMAGLA GÜNDƏMƏ GƏLİRLƏR.
İNDİ NEFÇİ AZARKEŞLƏRİDƏ XƏZƏR-LƏNKƏRAN"-nin HESABINA GÜNDƏMƏ GƏLMƏK İSTƏYİRLƏR :))
ƏSLİNDƏ İSƏ, "XƏZƏR-LƏNKƏRAN"-nın ƏSAS RƏQİBLƏRİ "İNTER" "QARABAG" və "Fair-Play-Bakidır" BUNU STATİSTİKADA GÖSTƏRİR Kİ MƏHZ BU KAMANDALARNAN OYUNLARDA DAHA COX AZARKEŞ GƏLİR STADİONA. "XƏZƏR-LƏNKƏRAN" - "İNTER" OYUNU OLDUGU KİMİ. İNDİ YAZIX NEFÇİ GUNDƏMƏ GƏLMƏK ÜCÜN BU CUR UCUZ YOLLARA ƏL ATIR.

+1  
4 MUR   (28/Sent/2010 06:21) [Daxil Olunan]
Indi ise bir kelme Neftci fanatlarin terbiyesizliyi ve bezi metbuat orqanlarin qerezli olmagindan yazim.
Metbuat orqanlari 95%-i bashda Azerisport olmaqla qerezli olaraq Neftciye hak qazandirirlar???
Men onlara bir cavab vermek isteyirem kishi olun!!!
Nefci sektorun solunda ve saginda fanatlar yox azarkeshler oturmushdur!
Men cox xoshbext olardim ki o hemin azarkeshler bir az feal olsunlar. Amma bu menim isteyim olarag qalir.
Onlar fanat deqiller azarkesh idiler ve her oyunda gelib sivil shekilde oturub futbola baxib hez alirlar!
Ara sira el calmaqnqn filannan kifayetlenirler. Tebiyi ki qol olanda eyaga qalxib sevincini bir biriyle bolushurler!
Indi men bu azarkeshlere daha ne sozlernen yalvarmamisham ki bir az feal olun destek verin kamandamiza?!
Amma ci fayda?! Bu sadece olaraq azarkeshlerdir, fanat deqil!
Indi gorun Neftci fanatlari orda ne oyunlardan cixib ki??? O en sakit sektorlari bele ozunden cixardib?!?!?!?
Hormetli Nefci fan ve azarkeshleri, metbuat orqanlari! OLMAZ BELE QARDASHLAR OLMAZ!
Gelin ayriseckiliy etmiyek. Hanmimiz AZERBAYCANLIYIQ! TALISHDA AZERBAYCANLIDIR!
Bu 100 iller yox 1000 illerdir beledir! Gunax etmeyin ezizlerim! Kimse bilmese heqiqeti, ALLAH bilir!
Futbol etkasindan kanara cixmayaq! Qirin sindirin amma sevin bir birinizi! Yoxsa sizi kim heqiqi severki???

+1  
3 MUR   (28/Sent/2010 06:18) [Daxil Olunan]
Ilk novbede haminizi gozel ve mohteshem qelebe munasibetiyle tebrik edirem!!!
Inshallah qelebeler seriyasi davam edecek!!!
Indi novbe "FAIR-PLAY-Baki" fk-nindir.

+1  
2 Acacia   (27/Sent/2010 13:45) [Daxil Olunan]
Turkiyenin hal hazirdaki turnir cedveli ile bizimki 99 % eynidir. Ag-yashillilar liderdir. Xəzər Lənkəran da meglub olmayib Bursasporda. Biz top buraxmamisiq onlar buraxib, onlar hec hece etmeyib biz etmisik. İnshaallah gunu gunden komandamiz daha da mukemmellesib oz gucunu her kese gosterecek.

+1  
1 Acacia   (27/Sent/2010 09:26) [Daxil Olunan]
Butun azarkeslerimizi tebrik edirem. Qelebelerimizin davami gelsin Inshaallah.

Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz