Belorusiyanın BATE futbol klubu həqiqətən də son
illər özünü Avropada sübut edə bilir. Son illər demək olar ki, Avropa ÇL-nın və
AL-nın qrup mərhələlərinin daimi sakininə çevrilmiş bu kiçik postsovet
respublikasının futbolu və xüsusən də BATE futbol klubu çox şeyləri isbat edə
bilib. Bu mövsüm ÇL-nın qrup mərhələsində Fransa nəhənglərindən biri olan "Lill”
klubuna səfərdəcə 1:3 hesabı ilə qalib gələrkən çoxları bunun bəlkə də təsadüf
olduğunu fikirləşirdi. Amma ikinci tur qrup mərhələsinin oyunlarında Almaniya
və həmçinin dünya nəhənglərindən olan "Bavariya” futbol klubunu da doğma
meydanda 3:1 hesabı ilə diz çökdürə bildi. Futbol məşqçiliyi üçün həddən artıq gənc hesab
oluna bilən BATE-nin baş məşqçisi Rusiyanın nəhəhg komandalarından təklif alsa
da fikrinin yalnız BATE ilə bağlı olduğunu bildirərək bu dəvətləri qəbul etmir.
Gəlin görək "Bavariya” üzərindəki qələbədən sonra
1977 təvəllüdlü bu gənc baş məşqçi Viktor Qonçarenko nələri söyləyib: "Bilirsiz, biz ölkəmizdə pulla bağlı məsələlərdən çox uzağıq. Futbolçuların
qiyməti, transferi və məvacibi kimi mməsələləri müzakirə etmirik. Bizi yalnız
futbol maraqlandırır. BATE-nin 11 oyunçusu transfer məbləği baxımından "Bavariya”dan
çox geri qalır. Nə baş verdi? Almanlar bizi məgər parçaladı? Yox, biz onlara
diz çökdürdük. Dediyim odur ki, futbolu heç də pul oynamır!” Qeyd: Qonçarenkonun dedikləri "Futbol+" qəzetindən götürülüb
|