Tülkü qocalmış idi,
Şikardan qalmış idi. Ov keçmirdi əlinə, Ət dəymirdi dilinə. Həftələrlə qalıb ac, Dolanırdı yalavac. Ova batmırdı dişi, Yaman keçirdi işi. Günü olmuşdu qara, Düşündü, tapdı çara: (Mətbuat konfransı keçirdi) Təsbeh aldı əlinə, Şal bağladı belinə; Ayaqlarında çarıq, Başında tirmə sarıq, Çiynində atlas əba, Əlində zorba əsa, Ağlayırdı, gedirdi. Çölləri seyr edirdi. Olmuşdu mömin bəndə. Çatdı böyük bir kəndə, Kənd ağzında bir xoruz Eşələnirdi yalqız. Gördü ki, tülkü lələ, Girmiş başqa bir şəklə. Gəlir təsbeh əlində, Bir şal qurşaq belində, Ayaqlarında çarıq, Başında tirmə sarıq, Çiynində atlas əba, Əlində zorba əsa. (Mikrofon) Ağlayır, təsbeh çəkir, Gözündən qan-yaş tökür... Xoruz durub uzaqdan Baxdı ona bir zaman. Dedi: - A tülkü lələ, Neçin girdin bu şəklə? Yoxsa sənə, ey baba, Üz veribdir bir bəla? (Zədəlisənmi?) Tülkü başın salladı, Hönkür-hönkür ağladı. Dedi: - A məstan xoruz, Gözləri mərcan xoruz! Qocalmışam, düşmüşəm, Sizi çox incitmişəm. Məndən daha qaçmayın. Dərdlərimi açmayın. Daha üzüm qaradır, Qəlbim dolu yaradır. Halal-haram qanmadım, Qocalığı anmadım. Sizi tutdum hey yedim, "Allah kərimdir!” – dedim. Yamanlıq olmuş işim, (Nə gəldisə danışdım, məşqçiyə qarşı çıxdım) Qanlar tökmüş bu dişim. (Oyuna çıxmadım, məşqi yarıda qoydum) Mənim günahım çoxdur, Halıma yanan yoxdur. İndi həccə gedirəm, Daha tövbə edirəm. Xoruz dedi: - Baba can, Sənə bu canım qurban! Daha bəsdir, ağlama, Ürəyimi dağlama! Haqq yolunu bulmusan, İndi mömin olmusan Qocalmısan, ay lələ, Quyruğun var bir şələ. Səni uzun yol yorar. Məni özünlə apar. (Unutqan azarkeşlər) Yolda qulluq edərəm, Hər işinə gedərəm. Tülkü baxdı həsrətlə, Cavab verdi hörmətlə: - Sağ ol, məstan xoruzum, Sevimli, əmlik quzum. Yollar uzun, burama, Tez ol, gəl düş arxama. Hər gün namaz zamanı Sən verərsən əzanı. Xoruz oldu sevincək, Qanad verdi yelkən tək. Qanadını çırparaq, Uçub gəldi qaçaraq, Öpdü əl-ayağını, Üzünü, qulağını. Boynunu dimdiklədi, Ona min dil söylədi. Tülkü, ağzında virdi, Təsbehini çevirdi. Ona həsrətlə baxdı, Gözləri şimşək çaxdı. Bir az söhbət etdilər, Yola düşüb getdilər.
II
Gəldilər kəndə yaxın. Toyuqlar axın-axın Küçədə dənlənirdi, Yem tapıb şənlənirdi. Gördülər tülkü lələ, Giribdir başqa şəklə: İri təsbeh əlində, Bir şal qurşaq belində, Ayaqlarında çarıq, Başında tirmə sarıq, Çiynində atlas əba, Əlində zorba əsa, Gedir yol ilə birbaş, Xoruza olmuş yoldaş. Birdən qaqqıldaşdılar, Bu hiyləyə çaşdılar. Toyuq-xoruzdan biri, Gəldi bir az irəli, Dedi: - A lovğa tülkü, Quyruğu darğa tülkü! Yoxdur səndə mərhəmət, Bizə verirsən zillət Gizli-gizli gecələr, Kəndə girib bixəbər Bizi çapır, çalırsan, Hinə şivən salırsan. Yoxmu bizim canımız? Halalmıdır qanımız? Etdik biz də bir tədbir Vardır yaxında çox "pir”; Onlara ip bağladıq, Nəzir verdik, ağladıq; Kəsdik minlərcə qurban, Verdik fəqirə ehsan; Qəbul olmuş duamız, Səni tutmuş ahımız. Tülkü alışdı-yandı, Əsasına dayandı; Sonra başın salladı, Hönkür-hönkür ağladı. Dedi: - Düzdür, can xoruz, Gözləri mərcan xoruz! İndi üzüm qaradır, Qəlbim dolu yaradır... Yamanlıq olmuş işim, Daşa dəysin bu dişim. Qocalmışam, düşmüşəm, Sizi çox incitmişəm. Daha tövbə edirəm, İndi həccə gedirəm... Bu işə mat qaldılar, Tülküyə yan aldılar. Çaşdılar bu sözlərə, Qan-yaş doldu gözlərə, Söylədilər: - Ay lələ! Qurban bu şirin dilə! Xasiyyətin dəyişmiş, Nə gözəl işdir bu iş! Amandır, tülkü lələ, Bizi apar özünlə. Tülkü dedi: - Nə olar, Gəlin, gəlin, balalar! Uçub gəldi cümləsi; Toyuq-xoruzun səsi Çulğaladı hər yanı, Kəndi, çölü, ormanı. Bir xoruz oldu zirək Uçdu dama sevincək: - Quqquluqu! – çəkdi car, - Olduq bizlər bəxtiyar: Aydın olsun gözünüz, Gəlin, görün özünüz Tülkü olub peşiman, Tökməyəcək bir də qan. Mömin olmuş bu kişi, Bizimlə yoxdur işi; Ağlayır, tövbə edir, Birbaşa həccə gedir... Kənddə toyuq-cücələr, Bundan tutunca xəbər, Bir-birinə baxışdı, Küyə düşdü, axışdı; İşi doğru bildilər, Uçub qaçıb gəldilər. İnandılar tülküyə, - Peşiman olmuş, - deyə, Biri öpür əbasın, Biri dəmir əsasın, Biri təsbeh, sarığı, Biri kirli çarığı. Batmış hamı sevincə, Güldülər incə-incə. Gətirdilər duz-çörək. "Dərə xəlvət, tülkü bəy” Dururdu kefi çox saz, Baxırdı saymaz-saymaz. Bir az söhbət etdilər, Yola düşüb getdilər. Çovuş oldu birisi, Basdı kəndi cır səsi, Keçdi dəstə başına, Papaq endi qaşına. Əlində uca bayraq, Oxuyurdu, o şaqraq. Dəstə şən, təmtəraqla, Gedir çovuş bayraqla. Tülkü düşmüş irəli, Arabir dönüb geri Gizli-gizli baxırdı, Ağzından su axırdı. Sanki ölçüb-biçirdi, Köklərini seçirdi. (Dönüş əhəmiyyətli oyunlar) Kəsilmişdi taqəti, Gözləyirdi fürsəti. Getdilər bir az daha, Çatdılar bir səhraya. Tülkü dayandı, durdu, Başladı hiylə qurdu. Dedi: - Ay canım xoruz, Gözəl məstanım xoruz! Namaz vaxtıdır, dayan, Çıx ağaca ver əzan. Alıb tez dəstəmazı, Qılaq burda namazı. Xoruz çıxdı, ucadan Verdi gözəl bir əzan Tülkü dedi: - Tez durun, Namaz üçün səf qurun! Olsun xoruz pişnamaz, Daha başlansın namaz! Bağırdılar: - Yox, olmaz, Bizim cinsə yaraşmaz. Əslində pişnamazlıq, Sənin şəninə layiq. Tülkü dartdı özünü, Turşutdu üz-gözünü, Dedi: - Məndən çəkin əl! Olmuşam çox bədəməl. Öldürmək olmuş işim, Qanlar tökmüş bu dişim. Mənim kimi yaramaz Olarmı heç pişnamaz? (Kapitan) Arıq xoruzun biri Gəlib keçdi irəli. Tülkü baba yanladı, Səfləri sahmanladı. Kökləri sondan düzüb, Gözlərini bir süzüb. Hiyləni saz eylədi, Durdu belə söylədi: - Mən keçmişəm lap sona Ürəyim dönmüş qana. Yalvarıram, yaradan Keçsin günahlarımdan. Peşimanam işimdən, Bezaram keçmişimdən. Artıq tövbə etmişəm, Ağlamaq olmuş peşəm. Siz namazı başlayın, Məni bir ölü sayın. Deyib oturdu yerə, Ağladı birdən-birə, Səflər coşub daşdılar. Namaza qalxışdılar. Dörd səf düzülmüş idi, Gözlər süzülmüş idi. Pişnamaz dedi: - Quqqu! Azançı: - Quqquruqu! Oxundu qısa dua, Əyildilər torpağa. Tülkü qaldırdı başın, Atdı möminlik daşın. Baxdı ora-buraya, Göz gəzdirdi sıraya Od parladı gözündən, Artıq çıxdı özündən. Səhmanladı işini, İtilədi dişini, Atdı təsbeh, əbanı, Sarığı, həm əsanı, Baxdı o yan-bu yana, Düz atıldı meydana. Yırğılandı quyruğu, Boğdu on beş toyuğu... (Onbeşmin azarkeş. Əgər aldanarıqsa... ) Durub o yerdə qalan, Qurtardı tülküdən can. Uçdu hərə bir yana, Düzə, çölə, ormana. Çölü basdı qışqırıq, Qopdu böyük fısqırıq. Tülkü işin bitirdi, Ovlarını gətirdi, Çıxdı bir göy yamaca, On gün yedi doyunca.
|