Avqust
ayının 30-da "Xəzər Lənkəran” camiəsində daha şad günlərdən biri idi. Belə ki, "Xəzər
Lənkəran” camiəsində yaşının o qədər də çox olmasına baxmayaraq, çox böyük hörmət
və nüfuz qazanmış, komandanın tərcüməçisi Elvar Quliyevin toy mərasimi günü
idi. Elvar bəy dürüstlüyü, səmimiliyi və peşəkarlığı ilə həm klub rəhbərliyinin,
həm bütün komanda heyətinin və böyük "Xəzər Lənkəran” azarkeşlərinin bir-bir qəlbində
olan insandır.
"Bosman”
fanklubu adından bu gözəl insana və onun qurduğu yuvaya Allahdan yalnız
sağlamlıq və xoşbəxtlik arzu edirik.
Fanklubumuzun
rəhbəri Mirhafiz Babayevin bu şad günə həsr etdiyi şeiri də verməklə bu ocağa
bir seyid xeyir-duası kimi ərməğan edirik.
Elvar
Quliyevin toy gününə, dostu Mirhafiz Babayevdən hədiyyə
Bu gün
üzlərdə sevinc var, dostumun həm yarımın,
Çünki
şad gündü bu gün, toy günüdür Elvarımın.
Bu o
Elvar ki, sevib yarını almış yanına,
Bu
o Elvar ki, mətinlik yazılıb, ad-sanına.
Bu
o Elvar ki, yara, yar deyib, əğyar deməyib,
Bu
o Elvar ki, halal sevgilər hopmuş qanına,
Bu
gün üzlərdə sevinc var, dostumun həm yarımın,
Çünki
şad gündü bu gün, toy günüdür Elvarımın.
Gör
neçə dost qazanıb, çünki o dostluqla yanıb,
Çox
çətin gündə, o, dost arxasında mərd dayanıb.
Çəkib
o, dost ilə qüssə, yükünə həmdəm olub,
Kürəyin
dost yükünə versə bunu zövq sanıb.
Bu
gün üzlərdə sevinc var, dostumun həm yarımın,
Çünki
şad gündü bu gün, toy günüdür Elvarımın.
Tanrı,
yurd, ata-ana, bir yarına sevgisi var,
Dostuna,
qardaşına, həmkarına, sevgisi var.
Bir
böyük sevgini də qatmış o, bu sevgilərə,
Qəlbinin
ən dərinində yer ayırmış "Xəzər”ə
Bu gün
üzlərdə sevinc var, dostumun həm yarımın,
Çünki
şad gündü bu gün, toy günüdür Elvarımın.
O
böyük sevgi tanışdırdı, bizi Elvar ilə,
Çuğlayıb
həm də qarışdırdı bizi Elvar ilə.
Bu
böyük sevgi üçün görmüşəm o, göz yaşını,
Telefonda
hönkürüb-ağlamışıq Elvar ilə.
Bu
gün üzlərdə sevinc var, dostumun həm yarımın,
Çünki
şad gündü bu gün, toy günüdür Elvarımın.
Belə
bir sevgi dolu insana yar oldu sənəm,
Bu
sevgi bir insan üçün şərəfli yoldu, Sənəm!
Mirhafizin
də duası, olacaq sizlər üçün,
Tək
mənim yox, belə dualarınız boldu, Sənəm!
Bu gün üzlərdə sevinc var, dostumun həm
yarımın,
Çünki
şad gündü bu gün, toy günüdür Elvarımın.
24 Avqust 2012. Saat 19:02 Bakı şəhəri.
|