
Oyundan öncə yağan qar artıq dayanıb. Günəş də
hərdən bir buludların arxasından
görünür, sanki o da bu maraqla gözlənilən oyunu buludların arasından izləmək
"fikrindədir.” "Şəfa”stadionun
qarşısında "İnter” fan klubunun rəhbərliyi ilə görüşdə "Bosman” fan
klubunun rəhbəri Mirhafiz Babayev oyundan əvvəl matçın hakimləri haqqında yayılan xəbərlərə münasibət
bildirməyin vacibliyini müzakirə edib. "İnter” fanatları da oyun zamanı
"Xəzər Lənkəran”a qarşı hər hansı haqsızlıq edilərsə, bu məsələdə ədaləti
müdafiə edəcəklərini bildiriblər.
"Xəzər Lənkəran” azarkeşlərinin sayı təxminən
1000-dən azdı və hazırda stadiona azarkeş axını davam edir. Bəzi xəbərlər
yayılıb ki, güya hansısa telekanalla oyun canlı yayımlanacaq. Amma hazırda
stadionda heç bir televiziya əməkdaşı gözə dəymir... Matçdan öncəki planlaşdırılan tədbir.
Stadionun
diktoru azarkeşləri salamladı. İki gənc futbolçu Azərbaycanın bayraqıları ilə meydançaya daxil
oldu. Ölkə futbolunun 100-illiyi yazılmış banner də meydançaya gətirildi.
Diktor, bu il Azərbaycan futbolunun
100-illiyinin qeyd olunduğunu vurğuladı. Azarkeşlər alqışla qarşıladılar.
Diktor,
Azərbaycan futbolunun əfsanələrinin adlarını səsləndirdi.
Sovetlər
dönəmindən sonrakı mərhələdə ölkə futbolunun uğurları haqqında məlumatlar
verildi.
MDB
kubokunu Azərbaycana ilk olaraq
"Neftçi”nin gətirdiyi elan olunur.
Bəzi azarkeşlər bu xəbəri fitlə qarşılayır. Sonra "Xəzər Lənkəran”
klubunun MDB kubokunu qazandığı zaman məğlub etdiyi klubların adları da səsləndirilir.
Ardıyca
"İnter” klubunun bu ilki uğuru işıqlandırılır. "İnter” klubunun məğlub
etdiyi komandaların adlarını diktor bildirdi.
Kubok
meydançaya gətirildi. Hər iki klubun azarkeşləri alqışladılar.
Matç başladı.
*Oyun
bərabər səviyyədə keçir. Komandalar
taktiki gedişləri ortaya qoymurlar. Qarşılıqlı ötürmə səhvləri var. Uobay Julius qapıçı ilə təkbətək çıxdı, hakim ofsyad
qeydə aldı. Amma orada ofsayd yox idi.
*
Ardından "İnter” hücuma keçərkən top qapı xəttindən çıxdı və meydan sahibləri
kornerdən topu oyuna daxil etdilər. Elvin Beqiri iki cəhddən sonra topu uzaqlaşdırdı.
*QOOOL
8-ci dəqiqədə....17 nömrəli futbolçumuz
Xristuy Kyaku hesabı açdı...
*
Stadiona azarkeşlərin axını davam edir. Artıq "Xəzər Lənkəran"
azarkeşlərinin sayı 1500-dən çoxdur.
*"Xəzər
Lənkəran”ın futbolçusu Uinston Praks
daha bir qol vura bilərdi. Amma "İnter”in müdafiəçisi topu boş qapıdan
çıxardı. Hər iki komandanın futbolçuları sürətli oyuna üstünlük verirlər.
*
Rahid Əmirquliyevin səhvindən sonra meydan sahiblərinin futbolçusu qapımıza
güclü zərbə vurdu. Lakin Kamran Ağayev qapını qoruya bildi.
*QOOOL
Hücum zamanı top müdafiəçilərdən qayıtdı və əlinə
düşən şansı Adrian Pits qaçırmadı. 0:2
*Komandamız
bu heyətlə meydanda mübarizə aparır:
1. Ağayev Kamran
3. Elvin Beqiri
6. Simao Bruno
10. Elnur Abdullayev.
14. Rahid Əmirquliyev
16. Adrian Florin Pits
17. Xristu Kiyaku
27. Adrian Skarlatake
28. Kosmin Fransinesku
36.Uinston Parks
84. Julius Uobay
Baş məşqçi: Mirça Rednik
*"İnter”in
futbolçuları fəallaşıblar. Hücuma keçərək hesab arasındakı fərqi azaltmağa
çalışırlar. Lakin müdafiəçilərimiz əzmkar oyunla rəqib hücumlarını dəf edirlər.
Hələlik hakimlikdən narazılıq etmək üçün əlimizdə heç bir fakt yoxdur.
*Komandamızda
əvəzetmə:
17-nömrəli Xristu Kiyakunu, 11-nömrəli
futbolçu Andrey Mureşan əvəzlədi.
*
"İnter” hücumların sayını artırır. Ardıcıl hücumlardan sonra meydan sahibləri
bir neçə dəfə künc zərbəsindən qapıçımızı çətin vəziyyətdə qoymağa çalışsa da hələki
hesab 0:2 bizim xeyrimizədir.
******
Qeyd
edək ki, bizimlə "Şəfa”stadionundan birbaşa telefon əlaqəsi yaradaraq
"Bosman” fan klubunun rəhbəri məlumat verir. Biz də Lənkəranda internet
klubları gəzərək məlumatları saytda təqdim edirik. Təəsüflər olsun ki, 21-ci əsrdə
yaşamağımıza rəğmən demək olar ki, hər gün eyni problemlərlə rastlaşırıq. Belə ki,
"İnter” – "Xəzər Lənkəran” oyununun birinci hissəsinin
sonlarında Lənkəranın bütün internet
klublarında internet şəbəkəsi itdi. Biz də məlumatları saytımnızda
vaxtı-vaxtında təqdim edə bilmədik.
******
Fasilə.
*
İlk yarıda oyunun hakimlərinin heç bir qərəzli addımları qeydə alınmadı. İlk
yarının sonlarında komandamızın cərimə meydançasında rəqibin futbolçusu yıxıldı.
Qərəzli hakim olsaydı dərhal penalti təyin edərdi. Lakin ədalət naminə qeyd etməliyik
ki, hələlik hakimlərin heç bir qərəzli qərarları olmayıb.
İkinci
hissə başladı.
*"İnter”
hücumlarına davam edir. Futbolçularımız əzmkarlıqla müdafiə olunurlar.
*Qooooll...
Əks hücumda rəqibi yaxalayan futbolçularımız 3-cü qolu vururlar. Bu dəfə
Uinston Parks fərqləndi.
*Azarkeşlərimizin
sayı artıq 3000-dən çoxdur.
*Başladı...
Hakim ona
verilən tapşırıqları yerinə
yetirməyə başladı. Qapımıza heç nədən penalti təyin olundu.
*Qol
*Hesab
belədir: 1:3
*
Hazırda azarkeşlər hakim özabşınalığına etiraz olaraq oturacaqları sındırıb meydana atırlar.
*Elvin
Beqirinin cərimə zərbəsindən vurduğu top
qapıdan azca aralı keçdi. Əvəzləmə : Stellian Stanku meydana daxil oldu.
*Dmitriy
Kruqlovun sol cinahdan verdiyi təhlükəli ötürməni Kamran Ağayev çətinliklə də olsa götürdü.
*Uinston
Parks zədələndi və Rednik onu Aleks Pitsurka ilə əvəzlədi.
*"İnter"in
hücumları ara vermir. Kamran bir neçə dəfə qapımızı qoldan xilas edib.
*Əks
hücumda bizim futbolçunu yıxdılar. Buna etiraz edən "Xəzər Lənkəran”ın köməkçi
məşqçilərindən birini oyunun baş hakimi meydandan qovdu.
*Künc
zərbəsindən sonra top qapıya vuruldu və Kamran Ağayev tutdu.
*Qapımıza
cərimə zərbəsi vurulur. Müdafiəçimizə dəyən top qapı xəttindən çıxdı. Künc zərbəsini
Kamran maraqlı tullanışla tutdu.
*"İnter”in
hücumları davam edir. Kamranı da keçəndən sonra boş qapıya yönələn topu müdafiəçilərimiz
çıxardılar.
Oyun
bitdi.
*"Xəzər
Lənkəran"ın futbolçuları azarkeşlərə tərəf gələrək qarşılıqlı alqışlandılar. Mənbə: "12cioyuncuşcom"
|