Şənbə, 20/Apr/2024, 04:25
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  Noyabr 2010  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
 123456
78910111213
14151617181920
21222324252627
282930

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 552

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2010 » Noyabr » 1 » Təsnifat mərhələsinin birinci dövrəsində "Xəzər Lənkəran"ın göstərdiyi nəticələrinə "Bosman" fanklubunun münasibəti
12:50
Təsnifat mərhələsinin birinci dövrəsində "Xəzər Lənkəran"ın göstərdiyi nəticələrinə "Bosman" fanklubunun münasibəti

       

    Artıq təsnifat mərhələsinin birinci dövrəsi XI turla yekunlaşdı. Düzdür, əvvəlki illərə yəni "6-lıq” sisteminə keçməmişdən qabaq I dövrə ilə II dövrə arasında uzun fasilə dövrü olurdu və bu fasilə dövrü həm Avropada həm də ölkəmizdə transfer pəncərəsinin açılma dövrünə, bununla da əlaqədar komandaların təlim-məşq prosesinə başladığı dövrə təsadüf edirdi. Lakin indi Avropada futbol mövsümünün qızğın dövrüdür. Elə bizdə də həftədən həftəyə keçirilən tur oyunları kimi, I və II dövrə arasında əlavə fasilə yoxdur. Birinci dövrənin son turu 30-31 oktyabra təsadüf etdisə, ikinci dövrənin ilk turu bundan bir həftə sonraya yəni 6-7 noyabr tarixlərinə planlaşdırılıb.

            Birinci dövrəni incələməyə çalışsaq, "Xəzər lənkəran” heç də pis nəticə göstərməyib. Komandamız dəfələrlə qeyd etdiyimiz kimi, bu mövsümə müəyyən sıxıntılarla başladı. Mövsümün başlanmasına sayılı günlər qalmış, baş məşqçi dəyişikliyi, eyni zamanda əsas sayılacaq bir çox futbolçularımızın komandadan ayrılması və təbii olaraq yeni futbolçuların komandamıza qoşulması kimi məqamlar, bu mövsümün uğursuz olacağı anlamına da gələ bilərdi. Çünki nə yeni baş məşqçi, nə də komandaya cəlb olunan yeni legionerlərin heç biri Azərbaycan çempionatı ilə tanış deyildilər. Onların çempionat ərzində qarşılaşacağı komandalar haqqında elə də dəqiq bilgiləri yox idi. Həmçinin bunu öyrənməyə nə kifayət qədər vaxt, nə də komandanı yoxlamalardan çıxarmaq üçün təlim-məşq toplantısına zaman qalmamışdı.

            Bütün bu və bu kimi sıxıntılara baxmayaraq, Mirça Rednik göstərdiyi bugünki nəticəyə görə özünün nə qədər professional olduğunu bizcə ortaya qoya bilmişdir. Bəzi mətbu orqanlarında ara-sıra Redniki praqmatik oyun göstərməsi bəhanəsi ilə tənqid də edirlər. Lakin biz demək istəyirik ki, yuxarıda göstərdiyimiz və göstərilməyən bir çox problemlər olduğu halda Rednikin götürdüyü strategiya elə ən doğrusudur. Bələd olmadığın çempionat və eyni zamanda yeni heyət qurulma ilə yanaşı bələd olmadığın, bir komanda ilə hansısa riskli oyun üslublarına getmək bəlkə də ağılsızlıq olardı.

            Bu fikrimizi təsdiqləyən faktların olduğunu da qeyd edə bilərik. Belə ki, arxada qalan 11 tur ərzində Rednikin heç də bütün oyunları eyni və ya bəsit taktika ilə qurmadığının şahidi oluruq. Bu 11 matçda Mirça Rednik komandasına və çempionatımıza getdikcə bələd ola-ola müxtəlif taktiki variantlar üzərində qurduğu oyunların şahidi olarıq. Məsələn, "Bakı”, "Neftçi”, "Qəbələ” və sonuncu turda "Qarabağ”a qarşı keçirdiyi oyunların hamısında fərqli üslublar oynanılıb. Əlbəttə ki, göstərdiyimiz səbəblər varsa, komandaya bələd olana və komandanı qurana qədər ən ağıllı yol müdafiənin güclü və keçilməz olmasına nail olmaqdır ki, elə Rednik də ən lazım olan bu prinsipi tətbiq etməklə ən doğru olanını etmiş oldu. Hər halda ilk dövrənin sonuna olan nəticə də bunu təsdiqləmiş olur. Arxayınçılıq üzündən "Gəncə” ilə oyunu nəzərə almasaq, geridə qalan 10 oyunda "Xəzər Lənkəran”ın qapısından cəmi 1 top buraxdığının şahidi oluruq. Buraxılan 5 topun isə 4-ü arxayınçılıq və rəqibi düzgün qiymətləndirməmə səbəbindən bir oyunda qeydə alınmışdır. 

            Yeni transfer dövründə əlbəttə ki, lazım olan mövqelərə və öz oyun üslubuna görə futbolçuların alınmasından sonra, komandanın böyük ölçüdə güclənəcəyini proqnozlaşdırmaq mümkündür.

            Biz "Bosman” fanklubu olaraq, bu mövsümün təsnifat mərhələsinin ilk dövrəsinin yekunlarına görə həm "Xəzər Lənkəran”ın və həm də baş məşqçi Mirça Rednikin göstərdiyi nəticəni uğurlu hesab edərək, yüksək qiymətləndiririk.

Views: 471 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 1
0  
1 Demir Agaci   (02/Noy/2010 10:06) [Daxil Olunan]
Inshaallah Xezerimiz daha da dinamik inkisafla irelileyib butun reqiblerini geride qoyaraq bizleri sevindirecek. Butun Xezer Lenkeran ailesine ugurlar arzulayiram

Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz