Cümə, 19/Apr/2024, 06:49
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  Fevral 2011  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
  12345
6789101112
13141516171819
20212223242526
2728

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 552

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2011 » Fevral » 9 » Təqdimetmə mərasimi və yoxlama oyunu >>CANLI<<
00:19
Təqdimetmə mərasimi və yoxlama oyunu >>CANLI<<

 

            Artıq bu gün "Xəzər Lənkəran” yeniləşmiş heyətini doğma arenada azarkeşlərinə və o cümlədən futbol ictimaiyyətinə təqdim edəcək həmçinin komandamız əvəzediciləri ilə yoldaşlıq oyunu keçirəcək

            Bu həftə sonu"Neftçi”yə qarşı keçiriləcək oyuna və ümumilikdə çempionata hazırlığını davam etidirən "Xəzər Lənkəran” fevral ayının 9-unda yoldaşlıq oyunu keçirəcək. Komandanın rəqibi qismində "Xəzər Lənkəran”ın əvəzedici heyəti çıxış edəcək. Azarkeşlər üçün bu görüş həm də yeni transferləri ilk dəfə doğma arenada görmək şansı olacaq. Görüş Lənkəran şəhər Mərkəzi Stadionunda saat 16:00-da başlanacaq. Oyuna giriş pulsuz olacaq.

            Bununla bağlı fanklubumuz "12ci oyunçu” azarkeş qrupu ilə razılıq əldə edib. Razılığa əsasən təqdimetmə mərasimindən və əvəzedicilərlə yoxlama oyunundan "12ci oyunçu” azarkeş qrupu vasitəsi ilə birbaşa (Onlayn) məlumatlar alaraq saytımızda yerləşdirəcəyik.   Bu mərasimi və matçı canlı izləmək imkanında olmayan bütün "Xəzər Lənkəran” azarkeşlərini sabah saat 16:00-dan saytımızı izləməyə dəvət edirik.

________________________________________________________

    

       *15.40-"12ci oyunçu" azarkeş qrupunun rəhbəri İslam Cabbarlı Lənkəran şəhər mərkəzi stadionunun qarşısından bunları bildirir: "Bildiyiniz kimi bu gün "Xəzər Lənkəran" klubu yeniləşmiş heyətinin təqdimetmə mərasimini keçirir və daha sonra komanda öz əvəzediciləri ilə yoldaşlıq oyununa çıxacaq. Artıq biz stadionun qarşısındayıq. Bİzdən əlavə hələlik 300-400 nəfər azarkeş də mərasimin başlanmasına bir qədər qalmasına baxmayaraq, stadionun qarşısındadırlar. Elə indicə stadionun qapıları azarkeşlərin üzünə açıldı. Azarkeşlər stadiona daxil olmağa başlayıblar.

            *Azarkeşlər artıq J sektorunu tam doldurmuşlar. S sektoru isə dolmaq üzrədir. A sektorunda azarkeşlərin sayı sektorun tututmunun yarısını keçmək üzrədir.

           *İslam bəyin daha bir eksklyuziv məlumatı o oldu ki, elə bu dəqiqələrdə stadionun ərazisinə yeni futbolçu gətirən "Mercedes" markalı avtomobil daxil oldu. Gələn fubolçu 22-23 yaşlarında qaradərili və qıvrımsaçlıdır. Onun qapıçı və ya hər hansı mövqe oyunçusu olduğu hələlik bəlli deyil. Bu barədə məlumat dəqiqləşən kimi nəzərinizə çatdiracağıq.

           *Artıq təqdimetmə mərasimi başlayıb. Stadionun diktoru futbolçuların adlarını və forma nömrələrini bir-bir elan edir və onlar meydana çıxaraq azarkeşlərlə salamlaşırlar. Bir azdan hansı futbolçunun hansı nomrə ilə oynayacagını dəqiqləşdirib nəzərinizə çatdıracağıq. Lakin bu başdan deyə bilərik ki, stadionda elan olunan səsdən və azarkeşlərin gurultulu alqışlarından Julius Qibrila Uobayın komandamızın oyunlarında bundan sonra 84 nomrəsi altında çığacağını eşitdik. Bu da yəqin onun 1984 doğumlu olmasıyla əlaqədardır.

           *Azarkeşlərin stadiona axını davam edir. Artıq J, S, A sektorları dolmuş, K və İ sektorları isə dolmaqdadır. Oyun hələ başlamayıb.

          

            *16.30- Oyun başladı. Lakin start fitindən əvvəl bütün futbolçularımız tribunalara futbol topu ataraq azarkeşlərə hədiyyələrini təqdim etdilər.

          *3-cü dəqiqədə Parksdan gələn baş ötürməsini Emeka Opara sol ayağı ilə yaxın küncə ünvanladı. Qapıçı acızdir. "Əsas" 1-0 "Əvəzedici"

           * "Xəzər Lənkəran" bu start heyəti ilə meydana çıxıb:

26- Orxan Sadıxlı (qapıda)

6- Simao Bruno

8- Konstantin Muşat

11- Andey Mureşan

15- Emeka Opara

19- İbrahima Banqura

27- Adrian Skarlatake

28- Kosmin Frasinesku

30- Katalin Doman

36- Uinston Parks

77- Stellian Stanku

           *14-cü dəqiqədə Simao Bruno təxminən 30 metrlik məsafədən gözəl zərbə vurdu. Lakin əvəzedicilərimizin qapıçısı Sadıq Ramazanlı çox çətinliklə də olsa topu tirin altindan çıxara bildi. Ardıyca Katalin Doman tərəfindən yerinə yetirilən künc zərbəsindən gələn topu Emeka Opara başla qapıya yönəltsə də, top qapıdan aralı keçdi.

           * Oyun əsasən "Xəzər Lənkəran"ın əsas heyətinin üstünlüyü ilə keçir. Bəzən isə sakit tərzdə davam edir. 25ci dəqiqədə Uinston Parks sol tərəfdən cərimə meydançasına daxil oldu və Katalin Domana ötürmə etdi. Qapıçını da adlayan ötürməni Doman boş qapıya göndərə bilməyərək, üstdən vurdu. 

           *28ci dəqiqədə eyni tərəfdən Uinston Parks bir daha cərimə meydançasına daxil olub bu dəfə qapıya özü zərbə vurdu. Uzaq küncə gedən topu Orxan Sadıxlı barmaqlarının ucu ilə kornerə göndərdi. 

           * Əvəzedicilər də ara-sıra hücuma keçirlər. Bu dəqiqələrdə onların belə bir cəhdi offsaytla nəticələndi. Onu da qeyd edək ki, əvəzedicilərin kapitani istedadlı oyunçumuz Kazim Kazımlıdır.

           * 30-cu dəqiqədə İbrahima Banqura sağ cinahdan Emeka Oparaya ötürmə etdi, Oparanın Başla vurduğu zərbə qapı tirinə dəydi. Yenə Oparanın önünə düşən topa o təkrar zərbə endirsə də, top qapıdan aralı keçdi.

           *40cı dəq. Nəhayət Emeka Oparanın baş zərbələrindən biri bu dəqiqə toru silkələdi. "Əsas" 2-0 "Əvəzedicilər"

           *42ci dəq: Opara bir daha təkbətək şans qazanır lakin şansından istifadə edə bilmir.

           * 44cü dəq. Katalin Doman sol cinahdan cərimə meydançasına daxil olur və topu uzaq küncə göndərmək istəsə də, Sadıq Ramazanlı topu kornerə çıxarır. Ümumiyyətlə baş məşqçimiz Mirça Rednik oyunun gedişini oturaraq sakit tərzdə izləməkdə davam edir. Köməkçi məşqçimiz Qoqliçianu isə ehtiyatda qalan futbolçuları meydanın kənarında məşq etdirməkdə davam edir. Birinci hissə bu hesabla da başa çatdı. 

           *2ci hissəyə "Əsas" komandanın dəyişik heyətlə çıxacağı gözlənilir.

           *2ci hissə başladı. 

           2ci hissəyə "Əsas" komandamız dediyimiz kimi bir sıra dəyişikliklərlə başladı. belə ki, ilk növbədə əsas və əvəzedici komandaların qapıçılarının yerdəyişməsini göstərə bilərik. 

99- Sadıq Ramazanlı (qapıda)

3- Elvin Beqiri

9- Aleks Piturça

16- Adrian Pits

17- Xristu Kiyaku

23- Şəhriyar Xəlilov

28- Kosmin Frasinesku

30- Katalin Doman

55- Tural Cəlilov

77- Stellian Stanku

84- Julius Uobay

          * 2ci hissə başlayar-başlamaz Kiyaku cərimə meydançasına ötürmə etdi. Piturçanın başla zərbəsi qolla nəticələndi. "Əsas" 3-0 "Əvəzedicilər"

           *53cu dəqiqədə Stellian Stanku qapıçı ilə təkbətək çıxsa da qol vura bilmədi. 

           *57ci dəq: Julius Uobayın qapıya uzaqdan zərbəsi azarkeşlər tərəfindən alqışlarla qarşılandı. Daha sonra oyun zamanı Uobay özünəməxsus hərəkətləriylə bir daha azarkeşlərin alqışlarına layiq görüldü.

           *59cu dəq: Stelian Stanku bir daha təkbətək şansını topu qapıçıya "bağışlamaqla" əldən verdı. Uobay komanda yoldaşından ötürmə alaraq təkbətək çıxacaqdısa, bu anda 4-5 müdafiəçi əhatəsinə düşərək topu itirdi. 

           *64cü dəq: Uobayın gözəl ötürməsini Piturça qapıya yönəltsə də, Orxan Sadıxlı qola imkan vermədi.

           * 68ci dəq. Alex Piturça oyun epizodunda əvəzedicilərin qapısını qoruyan Orxan Sadıxlı ilə toqquşdu. Zədələnən hər iki futbolçu  yerdə qaldı. Həkimlərin müdaxiləsindən sonra ayağa qalxan hər iki futbolçumuz jest edərək oyuna davam etdilər.

           *70ci dəq: Pits cərimə meydançası daxilindən güclü zərbə endirdi. Top qapı tininə dəyərək aşağı istiqamət aldı və xəttin azca çöl tərəfində yerə toxundu. Geri qayıdan topa Piturçanın zəif zərbəsini Orxan Sadıxlı dəf etdı.

           *75ci dəq: Katalin Domanın təxminən 25-27 metrdən vurduğu güclü zərbəsini Orxan Sadıxlı qaytarmağa müvəffəq oldu.

           *77ci dəq: Həqiqətən də ustalıq səviyyəsi yüksək olan Uobay cərimə meydançasının xətti üzərindən sol ayağı ilə uzaq "9luğa" gözəl zərbə endirdi və qolla nəticələndi. "Əsas" 4-0 "Əvəzedicilər"

           *80cı dəq: Pitsin güclü zərbəsini Orxan Sadıxlı çətinliklə qaytara bildi. Ardiyca Uobayın hava ötürməsini zərərsizləşdirdi. Yenə ardıyca Uobayın güclü zərbəsini müdafiəçi qapı xəttinin üstündən çıxardı.

           *82ci dəq: Alex-Uobay-Kiyaku kombinasiyasını sonuncu, qapıya yönəltsə də top qapı tirindən döndü. Ardınca yaşanan qarışıqlıqda Aleks yüngül və texnikalı atışla topu qapıya göndərsə də, müdafiəçilərdən birinə toxunan top bayıra çıxdı.

           *84:cü dəq: Uobay bu dəfə yaxın "9luğa" dəqiq zərbə endirdi və top toru silkələdi. "Əsas" 5-0 "Əvəzedicilər"

           * Oyunun sonlarına yaxın elə də ciddi məqamlar olmadı. 2ci hissəyə çıxan heyət daha güclü təsir bağışladı. Bəlkə də bu Uobayın xüsusi oyun tərzi ilə əlaqədar idi. Çünki əksər hücumları Uobay ya başlayır, ya da hücümların sona çatdirilması ilə yadda qalırdı. 

           * Hakimlərə gəldikdə isə, oyunu yerli hakmlər briqadası idarə edirdi ki, onlara aşağı yaş qruplarında çalışan Mircəlal Əliyev başçılıq edirdi. 

            * Sonda İslam Cabbarlıdan aldığımız məlumata görə oyunu və təqdimetmə mərasimini izləyən azarkeşlərin sayı 6000-dən bir qədər artıq olub.

 Komandamıza rəsmi oyunlarda da qələbələr arzulayırıq.

Views: 930 | Added by: BOSSMAN | Dərəcələndirmə: 4.0/5
Cəmi Şərhlər: 8
+1  
8 MUR   (09/Fev/2011 17:38) [Daxil Olunan]
Bosman fan klubu tebrik edirem!!! Boyuk ugurlar arzulayiram!!! cake cake cake
Ve butun Xezerlileri futbol movsumun ikinci yarisi bashlamasi munasibetiyle tebrik edirem!!!
XEZER-LENKERAN-QALAKTIKOS!!! hands hands hands

+1  
7 Avsal   (09/Fev/2011 17:26) [Daxil Olunan]
Ад гюнузу тебрик едирем

+1  
6 Avsal   (09/Fev/2011 17:23) [Daxil Olunan]
Чох саголун)))

+1  
5 Tural Xezerli   (09/Fev/2011 17:22) [Daxil Olunan]
BOSMAN FAN KULUBUNU AD GUNU MUNASIBETI ILE UREKDEN TEBRIK EDIREM...YASHINIZ UZUN OLSUN...:)

+1  
3 Kenan   (09/Fev/2011 17:01) [Daxil Olunan]
Melumata gore cox sagol qardash!

Bagishlayin fikrimden cixmishdi tamam, "AD GUNUNUZDE MUBAREK"!!!!!!!!!!!


0  
4 CSGA   (09/Fev/2011 17:03) [Daxil Olunan]
Teşekkür... biggrin

0  
1 Kenan   (09/Fev/2011 16:48) [Daxil Olunan]
Dieqo hele zedelidir?

0  
2 CSGA   (09/Fev/2011 16:58) [Daxil Olunan]
Dieqo Souza məşqlərdə də aktiv iştirak eləyir, zədəsi sağalmış görunur. Lakin məşqçilər hələ onu oyuna buraxmır

Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz