Artıq geridə qoyduğumuz noyabr ayı
"Bosman” fanklubu üçün daha bir əlaməttar məqamla yadda qalmışdır. Belə ki,
fanklubumuzun rəhbəri Mirhafiz Babayev öz həkimlik sahəsində qazandığı
uğurlarla bərabər həm də yazdığı şerlər və məqalələrlə Azərbaycan Kütləvi İnformasiya
Vasitələri İşçiləri Həmkarlar İttifaqı (AzərKİVİHİ) Rəyasət Heyətinin diqqətini
cəlb etmişdir.
Azərbaycan
Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı (AzərKİVİHİ) Rəyasət
Heyətinin qərarı və Rəyasət Heyətinin sədri, tanınmış yazıçı-ilahiyyatçı Oqtay
Salamzadənin imzası ilə "Şəfalı Əllər və Ustad Sənətkar” nominasiyasında qalib
hesab edilərək 26 noyabr 2010-cu il tarixində Laureat Diplomu ilə təltif
edilmişdir.
Bundan
başqa Mirhafiz Mirsalam oğlu Babayev eyni zamanda Azərbaycan Kütləvi
İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının (AzərKİVİHİ) üzvlüyünə
qəbul olunmuş və 96 N: li üzvlük vəsiqəsi ilə təmin edilmişdir.
İki
minə qədər jurnalisti öz sıralarında birləşdirən bir təşkilatın üzvü seçilməsi
ilə əlaqədar Mirhafiz bəyi təbrik edir, ona can sağlığı, işlərində bundan sonra
da yeni-yeni müvəffəqiyyətlər arzu edirik.
Bu,
"Xəzər Lənkəran” azarkeşlərinin sıralarında hələ çox belə insanların olduğunu
göstərməklə yanaşı həm də "Xəzər Lənkəran” azarkeşlərinin müvəffəqiyyətidir.
Onu da bildirək ki, Azərbaycan
Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı (AzərKİVİHİ)
jurnalistlərin və mətbuat təəssübkeşlərinin peşəyönümlü könüllü birliyi, ölkə
daxilində və xaricində müstəqil fəaliyyət statusuna malikdir. Hüquqi, maliyyə,
təsərrüfat və yaradıcılıq məsələlərinin həllində tam sərbəstdir. AR Ədliyyə
Nazirliyi kollegiyasının qərarı ilə 31 mart 1993-cü ildə qeydiyyata alınmış,
rəsmi fəaliyyətinə icazə verilmişdir.
|