Cümə Axşamı, 26/Dek/2024, 14:39
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  İyul 2012  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
1234567
891011121314
15161718192021
22232425262728
293031

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 553

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2012 » İyul » 11 » Təbriklər, nəhayət, düzgün nəticə...
12:35
Təbriklər, nəhayət, düzgün nəticə...
              Əvvəla bütün "Xəzər Lənkəran” azarkeşlərini təbrik edirik. O münasibətlə ki, 2004/05 mövsümündən bu yana daxili yarışlarda əldə etdiyi nəticələrlə Avropa futbol turnirlərinə qatılmış və lakin nə qələbə üzü görmüş və nə də mərhələ adlamağı bacarmışdı. İyul ayının 10-da isə bu nigarançılıq, səfərdə "Nomme Kalyu”nu 0:2 üstələməklə aradan qalxdı. Həm qələbə və həm də mərhələ... Bir daha təbrik edirik.

            Lənkərandakı ilk görüşdə 2:2-lik bərabərə qalma komandamızın səfər oyununda şanslarını azaltmışdısa da bu az şansı "Xəzər Lənkəran” maksimumla yekunlaşdırdı. Cavab görüşünə qədər olan müddəti biz də nisbi sakitlik kimi dəyərləndirmişdik. İlk oyunun analitik təhlilini də verməklə çıxarılacaq düzgün nəticələrdən sonra qələbə əldə etməyin mümkünlüyünü də göstərmiş və komandaya cavab oyununda uğurlar arzu etmişdik. Analitik təhlilimiz, yazıda göstərildiyi kimi heç də komandanı ruhdan salma deyil, səhvlərdən düzgün nəticə çıxarmağa hesablanmışdı. Əksinə, ev oyunundan sonra 2:2-lik bərabərliklə əlaqədar azarkeşlərin barışmazlığından yaranan xaotik tənqidin komandanı ruhdan sala biləcəyini nəzərə alaraq, adıçəkilən başlıqla yazı təqdim etdik və xaotik tənqidləri, analitik müzakirə müstəvisinə çıxarmağa çalışdıq. Buna nail ola bildiyimizdən də qürur duyuruq. Çünki "Nisbi sakitlik və çıxarılacaq düzgün nəticə” yazısına qədər digər yazılarda şərh bölmələrindəki fikirlərə və bu yazıya və ondan sonrakı yazılardakı şərhlərə fikir verdikdə artıq azarkeşlərimizin daha çox oyunun müzakirəsi ilə bağlı və buraxılan səhvlərə analitik yanaşma forması diqqət çəkməyə başladı. Bax, elə bununla komanda üzvləri də təzyiqdən müəyyən mənada qurtulmuş oldular. Düzdür bəziləri bizim bu təhlilləri aparmaq üçün mütləq "Pro” kateqoriyalı mütəxəssis olmamızın lazımlılığını bildirmişdi. Həmin vaxt bir və ya iki olan belə şəxslərə o zaman cavab verməməyi məqsədə uyğun sayıb, yalnız cavab görüşündən sonra bu məsələyə qayıtmağın daha məntiqli olacağını düşünmüşdük. Həmin bir-iki şəxs yəqin bu göstərilən yazının mahiyyətini başa düşməyərək, onun bir qərəz olduğu qənaətinə gəlibmiş.

            Bu gün sübut olundu ki, bizim yazı həqiqətən də əhəmiyyətli imiş. Həmin bir-iki şəxs də yəqin ki, düşüncə tərzlərində yanıldıqlarına özlərində aydınlıq gətiriblər. Bir daha onu deməliyik ki, hər hansı düzgün baxış heç də həmişə "Pro” tələb etmir. Xeyli qədimlərdə suya salınmış cismin, öz həcmi qədər suyu sıxışdırıb çıxardığını vannaya girərkən kəşf edən Arximed "Evrika” qışqırarkən heç də "Pro” kateqoriyasına sahib deyildi. Yaxud o, heç "Pro” deyil "Evrika” qışqırmışdı. Tam başqa misal elə futboldan da göstərmək olar. Bu günlərin ən tanınmış futbol mütəxəssislərindən olan Mourinyo hələ tərcüməçi işləyərkən kifayət qədər indiki futbol biliklərinə sahib idi. "Pro” məsələsi isə sonradan hansısa komandalarda işləmək üçün Mourinyoya lazım gəldiyindən bunu əldə etməyi münasib bildi. Əgər o "Pro”-nu almasaydı da elə bugünki kimi yenə futbol biliklərinə sahib olan bir şəxs idi. Nə isə bizim isə hər hansı komandanın sükanı arxasına keçmək fikrimiz yoxdur.

            Məsələn, adıçəkilən yazıda futbolçuların fiziki potensialının 90-dəqiqəyə düzgün bölünməsi fikri qabardılmışdı. Bunlar boşuna qabardılmamışdı. Çünki, necə olr ki, ilk 45-dəqiqəni yüksək fiziki göstəricilərlə tamamlayan komanda, ikinci 45-dəqiqədə tam fiziki çatdırmama vəziyyətinə düşür. Bu heç də belə olmamalı idi. Fiziki güc yorularaq tədricən tükənən bir şeydir. Bəs onda ikinci hissədə niyə birdən tükənmə oldu. Buna iki əsas səbəb ola bilərdi. Havanın çox isti olduğundan fasiləyə çıxmış komanda üzvləri ya nəzarətsizlikdən və ya da başqa səbəbdəb çoxlu miqdar su qəbul edib, birdən-birə ağırlaşa bilərdilər. Yaxud da hansısa "psixoloji durumu dəyişəcək söhbətlərə” məruz qala bilərdilər. Evdəki, 2:2-lik qarşılaşmadan sonra Yunis Hüseynovun buraxılan qollar haqqında dedikləri də düşünməli bir çox suallar qoydu. Bu barədə hələlik çox da uzağa getməyək.

            Bir də o sübut olundu ki, klubun fəxri prezidentinin komandanın yanında olması nə deməkdir. Bu lap "Xəzər Lənkəran”ın ilk dövrlərini yada saldı və bizləri qəribsətdi. Artıq ikinci təsnifat mərhələsindəyik. Böyük ehtimalla əvvəllər də bu turnirdə rəqibimiz olmuş Polşanın Poznan şəhərinin təmsilçisi "Lex”lə qarşılaşacağıq. Şükürlər olsun ki, klubun fəxri prezidenti bir neçə futbolçu ilə komandanı gücləndirməli olduğunu işarə edərək, yenə də komandanın yanında olacağına söz verib. Bu və bir çox məsələlərə bel bağlayaraq növbəti mərhələdə də komandamıza uğurlar arzulayırıq.        

Views: 486 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 2
0  
2 malik   (11/İyul/2012 23:10) [Daxil Olunan]
Xazar Lankaran kulubu barpa olunan gundan oyuncularini pula oyrasdirmisdi. Ona gora bu kulubda ortada pul varsa isda var. Pul varsa naticada var. Mubariz Mansimov oyunda varsa demali premya var oyuncularda (maas bir qiraga ) pula oynayirlar. Taki qalaba olsun. Demayim odurki pulu yox azerkeslari fikirlassinlar.

0  
1 Demir Agaci   (11/İyul/2012 13:21) [Daxil Olunan]
Men deyerdim bu qelebede pay sahibi Mircea Rednic-90%, Yunis Huseynov-10%. Yene de Rednicin getirdiyi oyuncular.

Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz