Cümə, 19/Apr/2024, 17:39
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  Dekabr 2012  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 552

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2012 » Dekabr » 6 » "Simurq" azarkeşlərindən dəstək gəldi
12:58
"Simurq" azarkeşlərindən dəstək gəldi


            Bilirsiniz ki, "Bosman” fanklubu xüsusi özəllikləri və ölkə futbolunda yeniliklər sayılan bir çox layihələrin həyata keçirilməsi ilə fərqlənir. Bunları sadalamaqla vaxtınızı almaq niyyətində deyilik. Yalnız bunlardan biri kimi "Bosman” fanklubunun, digər klub fanatları və azarkeşləri ilə xüsusi üslubda yaratdığı dostluq əlaqələrini misal göstərə bilərik. Müxtəlif məqamlarda, müxtəlif tədbirlər həyata keçirərək "Bosman” fanklubu bir çox baş verə biləcək xoşagəlməzliklərin qarşısını almağa yönəlik əməli və effektiv nəticələrə nail olmuşdur. Prinsiplərinin və hərəkət xəttinin saxlanılması yönündə bu gün də fəaliyyətini bacarıqla davam etdirməkdən yorulmayan fanklubumuz bu mənada daha bir xəbəri nəzərinizə çatdırmaq istəyir.

            Belə ki, dünən və bu gün dost "Simurq” azarkeşləri (formalaşmaqda olan fanklub nümayəndələri) olan Maqsud və Habil bəy fanklubumuzun rəhbərinə zəng edərək, bugünki "Bakı” ilə ev oyunumuzda demək olar ki, bütün "Simurq”sevərlərin adından, bu çətin oyunöncəsi "Xəzər Lənkəran”a dəstək olacaqlarını bildirmişlər. Eyni zamanda bu dəstək xəbərinin bizim vasitəmizlə bütün "Xəzər Lənkəran” azarkeşlərinə çatdırılmasını istəmişlər. Komandamızın bugünki durumuna görə açıq-aşkar narahatlıqlarını bildirən "Simurq” azarkeşləri həmçinin bu oyunda 90 dəqiqə ərzində bütün zaqatalalı azarkeşlərin ürəyi "Xəzər Lənkəran”lılarla bir vuracaq kəlməısini də işlətməyi lazım bilmişlər.

            Daha sonra hər iki fanat nümayəndələıri növbəti turda "Simurq” – "Xəzər Lənkəran” oyununa "Xəzər Lənkəran” azarkeşlərinin böyük bir hissəsini Zaqatalaya qonaq olaraq dəvət etdiklərini bildirmiş və bunu da xüsusi olaraq çatdırmağımızı bizdən xahiş etmişlər. "Dekabrın 10-da bütün qonaqpərvərliyimizlə sizi Zaqatalada qəbul etməkdən məmnun olarıq. Bununla hər iki komandanın sadiq fanatları olduğundan matçın daha çox azarkeş dəstəyi altında, daha maraqlı keçəcəyi düşüncəsindəyik və hər iki klub buna layiqdir”-demişlər.

            Eyni zamanda fanklubumuzun rəhbəri belə böyük dəstəyə görə "Simurq” azarkeşlərinə minnətdarlığını bildirmiş və dəvətə görə isə təşəkkür etmişdir. Bu xəbərin isə oyunöncəsi azarkeşlərimizə və eyni zamanda komandamıza böyük motivasiya olacağından xəbərin dərhal çatdırılmasına söz vermişdir.

            Biz də fanklub adından bütün "Simurq” azarkeşlərinə təşəkkür edir, "Simuq” klubuna da uğurlar arzu edirik. Dostluq dəyərlərinə diqqətlə yanaşdıqları üçün, çoxsağolun deyirik!    

Views: 508 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 6
0  
6 Mr_TiMa(Simurq&Xezer)   (07/Dek/2012 17:19) [Daxil Olunan]
Bize eziz lenkeran azerkewleri zaqataladan haminiza xususi salamlar. ayin 10u haminizi gozluyurk, inwallah maragli oyun olar ve daha yaxwi oynuyan 3 xali qazanar. gelin. gelinki stadionda rengarenglik olsun.

0  
5 qabilondo   (06/Dek/2012 21:44) [Daxil Olunan]
yasasin xezer lenkoran sizi destekleyirik

0  
4 malik   (06/Dek/2012 21:15) [Daxil Olunan]
YASASIN AYALET KOMANDALARI. cox sagolun qardaslar. Destakiniza gora siza minnatdariq. YASA SIMURQ-XAZAR LANKERAN

0  
3 Zaqataladan   (06/Dek/2012 17:30) [Daxil Olunan]
Bizim devzimiz: medallar eyaletlere!

0  
2 ZaQaTaLa   (06/Dek/2012 15:57) [Daxil Olunan]
Biz zaqatalalilar bolge komandasi Xezer Lenkerani destekliyirik..!!! neftci kimi affa wotuna firlanan klublarnan iwimiz yoxdu...Xezer ve Simurq Azerbaycan cempionatinin yarawigidir..

0  
1 BOSSMAN   (06/Dek/2012 14:55) [Daxil Olunan]
İndicə komanda ilə əlaqə saxlayıb son durumu öyrənməyə çalışdıq. “Simurq” azarkeşlərinin də bizə dəstək verdiklərini nəzərlərinə çatdırdıq. Bir də onu xahiş etdik ki, “Bakı” ilə oyun biz azarkeşlər üçün xüsusi prinsipiallıq kəsb edir. “Fair play” məsələsini də baş məşqçinin diqqətinə çatdırılmasını istədik ki, bu motivasiyaya böyük ölçüdə təsir edə bilər. Bizə verilən xəbərdə bunları da Bakesə və komanda üzvlərinə çatdırılacağı qeyd olundu. həm də o da bildirildi ki, onsuz da komandada motivasiya pik həddinə çatıb. Bu sevindirici xəbəri bütün azarkeşlərimizə də çatdırıb Allahdan komandamıza uğurlar və qələbə bəxş etməsini arzulayırıq. Bu gün ürəkçırpıntıları, həyəcan hər şeyin yaxşı olacağını deyir. Allah köməyimiz olsun Amin!

Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz