Cümə, 27/Dek/2024, 18:01
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  Noyabr 2010  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
 123456
78910111213
14151617181920
21222324252627
282930

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 553

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2010 » Noyabr » 23 » Şeytanı daşlayaq !
13:48
Şeytanı daşlayaq !

          

            Saytımızda "Xəzər Lənkəran” – "Muğan” oyunu ilə əlaqədar, həmçinin XIV turun oyunları ilə bağlı qısa məlumat və ümumilikdə demək olar həmişə "Xəzər Lənkəran”ın xeyrinə olan sadiq azarkeş sayının bu turda da böyük üstünlüyünü göstərən cədvəl tərtib etmişdik. Bu cədvəldəki rəqəmlər PFL-in rəsmi saytından götürülmüş və bu turda ən çox azarkeş sayından başlayaraq azalan istiqamətdə tərtib olunmuşdu. "Sadiq azarkeşlər, Alim Qurbanov, 9-cu qələbə və zirvəyə doğru minimal fərq” başlıqlı həmin yazı "12cioyuncu.com” saytında da işıqlandırılmışdı.

            Həmin yazı "12cioyuncu.com” saytında işıqlandırıldıqdan bir neçə saat sonra "şərhlər” bölməsində yazıya münasibət bildirilmişdi. "qatuzo” niki ilə şərh bildirən şəxs yazıda tərtib olunan cədvəlin müəllifinə etik normalardan kənar, söyüşlə dolu ittiham irəli sürmüşdü. "12cioyuncu.com” saytınnın əməkdaşları saytın prinsiplərinə uyğun olaraq, söyüşləri şərhdən çıxararaq redaktə edib aşağıdakı formada "abıra salmışdılar”:

            " Bunu kim tertib edibse.... ..... ... ile Moik Baki oyununda cemi 100 nefer var oda Faiqin usaglari

AZAL QARABAG oyununda kor gor gorunurdu kim var idi

            Inter turan ay .... ele INTERIN azarkesleri orda 500 nefer ide yerde qalan ise Turan azarkesleri 100 nefer” 

            Bu dırnaqcıq içərisində fərqli şriftlə sizə təqdim etdiyim "12cioyuncu.com” saytında, saytın əməkdaşları tərəfindən redaktə olunaraq "abıra salınmış” həmin "qatuzo” nikinə məxsusdur. Mən bəlkə də buna münasibət bildirməzdim. Amma "Bosman” fanklubunun saytının yazısına belə bir etikadan kənar, həm də "anlaşılmaz” bir şərh, məni münasibət bildirməyə məcbur etdi. Həm həmin yazının müəllifi kimi, həm də fanklubun rəhbəri kimi müəyyən araşdırmalar apararaq aşağıdakı fikirlərimi həmin yazını və həmin şərhi oxuyanlarla bölüşmək istəyirəm.

             Birincisi yuxarıda qeyd etdiyim "anlaşılmaz”lıq haqda demək istəyirəm ki, yazını oxuyan hər kəsə, o cümlədən "qatuzo”ya aydın olur ki, mənim tərtib etdiyim həmin cədvəl oyunlardan sonra qeydə alınan azarkeş sayının PFL-in rəsmi saytından götürdüyüm rəqəmlərdir. Yazıda da buna dəfələrlə "rəsmi rəqəmlər” deyə işarə olunur. Amma çox güman bunu başa düşən "qatuzo” bu rəqəmlərin müəllifini söymür, sizin də gördüyünüz kimi cədvəli "tərtib edəni” söyür. Cədvəli isə rəqəmləri PFL-in rəsmi saytından götürərək, azalan istiqamətdə mən tərtib etmişəm.

            İkinci məqam isə "qatuzo”nun öz aləmində guya çoxbilmişlik edərək istiqaməti yayındırmaq istəməsidir. O, cədvəldə göstərilən bəzi oyunlarda qeydə alınan azarkeş sayını azaltmaqla, "İnter” – "Turan” oyunundakı azarkeş sayını çox göstərmək istəmiş, bununla da sanki "İnter” azarkeşi olduğunu və guya bu oyunda bizim azarkeş sayını "azaltmağımıza” qısqanc yanaşmaqla kimliyini gizlətmək üçün istiqaməti yayındırmaq cəhdi etmişdir. Belə olmasa idi o öz etirazını mədəni formada öz adı ilə də bildirə bilərdi. Görünür buna cəsarəti çatmadığından əl atıb. Əlbəttə başqa "nik”lə sayta girib mədəniyyətsizlik etməyin adını nə qoymaq olar? Mən "12cioyuncu.com” saytının daimi izləyicisi kimi burda şərh yazanlar haqda gündəlik olaraq məlumatlıyam. Onu da deyim ki, bu günlərdə şərh verən bəzi "nik” müəllifləri itdiyi halda "qatuzo” "nik”inin meydana gəlməsi də şübhə doğurur və itən "nik”lərdən birinin olduğu gümanına əsas verir. Bu araşdırmalarımı davam etdirərək müəyyən nəticələrə gəldiyimi deyə bilərəm. Araşdırmalarımı "İnter” fanklubunun rəhbərləri ilə müzakirələrlə davam etdirdim. "İnter” fanklubunun rəhbərliyi oyunda göstərilən azarkeş sayına etiraz etmədiklərini bildirdilər və bunu onlardan kiminsə edə biləcəyinin mümkün olmadığını qətiyyətlə söylədilər. Həm də onlar bunu "Bizimlə, "Xəzər Lənkəran” azarkeşləri dostdur və belə halları kiminsə bu dostluğa kölgə salmaq cəhdi kimi qiymətləndirdiklərini” bildirdilər. Daha sonra Faiq Şadlı ilə söhbətimdə maraqlı bir məsələ ortaya çıxdı. "qatuzo”nun göstərdiyi kimi MOİK – "Bakı” oyununda "100 nəfər Faiqin uşaqları” olduğu bildirilir. Həqiqətən də Faiq Şadlı bu oyunda olduğunu lakin 100 deyil, 60 azarkeşlə iştirak etdiyini bildirdi. Mən bu matçı televiziyadan izləmişəm və orada Faiq bəyi göstərdiklərinin şahidi olmamışam. Belə çıxır ki, "qatuzo” özü həmin oyunda stadionda olub. Özü isə müəyyən səbəblərdən "Xəzər Lənkəran”ın oyunlarına gələ bilməyən, lakin bu yanğını digər oyunlara getməklə söndürməyə çalışan birisidir. Mən hələ araşdırmalarımı tam həqiqətin ortaya çıxacağı ana qədər davam etdirməyi planlaşdırıram. Bunun üçün hələ bəzi məqamlar yoxlanılmalıdır.

            "qatuzo”ya isə məsləhətim budur ki, özünü gizlətməklə əyri yollara çox da baş vurmasın. Həndəsədən də bildiyimiz kimi "Düz əyrini kəsir”. Əbəs yerə bunu atalar misalı kimi də işlətmirlər. Düz yolu ilə gedən heç kəsə əyrilər mane ola bilməzlər. Bu şeytan yoludur. Müsəlmanların bu ərəfələrdə qeyd etdiyi Qurban Bayramını iman gətirən şəxslər daha yaxşı anlayır. Bu bayram həm də Böyük Həcc ziyarətinin göstəricisidir. Həcc ziyarətində isə vacib olan əməllərdən biri də "Şeytanı daşlamaq” əməlidir. Bunu yerinə yetirməklə, insanları əyri yollara sürükləyən şeytana nifrət ifadə olunur. Dinimizdə "Tövbə” deyilən bir anlayış da mövcuddur. Allah Taala tövbə edib pis əməllərdən çəkinənləri bağışlayandır. İndi "qatuzo” tövbə edib pis əməllərdən çəkinməklə, imanlılara qoşulur, ya şeytana uyaraq pis əməllərini davam etdirir? Seçim özünündür. Şeytanın yanındadırsa, onda imanlılar tərəfindən daşlanacaq, Allahın lənətinə gələcək!

 

            Qeyd: Bu fikirlərimi mən "qatuzo”nun şərhinə etiraz etmək üçün elə onun ardından "şərh” bölməsində vermək niyyətində idim. Lakin "12cioyuncu.com” saytında şərh bölməsinin fəaliyyətinin dayandırıldığını görüb saytın inzibatçısı İslam Cabbarlı ilə əlaqə saxladım. İslam bəyin mənə bildirdiyinə görə elə bu məsələ ilə əlaqədar "qatuzo”nun qeyri etik şərhləri gəlməkdə davam etdiyindən bu addımı məcburi olaraq atmışdır. Çünki bu saytın prinsipləri ilə ziddiyyət təşkil edir. Həm də onu nəzərimə çatdırdı ki, özü internet klubda olduğu müddətdə bununla rastlaşıb. Eyni zamanda onu da bildirdi ki, həmin vaxt internetklubda olan "Xəzər Lənkəran” azarkeşləri və ona zəng edərək mənim ünvanıma gələn belə qeyri etik şərhlərə etiraz edənlər olub və onların da xahişini nəzərə alan İslam bəy müvəqqəti "şərh” bölümünü bağlamış olub. Öncə İslam bəyə və bu istəkdə bulunan hər kəsə öz dərin minnətdarlığımı bildirirəm. Amma gərək "qatuzo” öz səviyyəsini tam göstərmək üçün imkan qazanaydı. "Xəzər Lənkəran” azarkeşi həm mədəni, həm də seçimi gözəl bacaran insanlardır. "qatuzo” kimilər isə belə insanlar tərəfindən "Persona non qrata” hesab olunurlar.

 

            Haqqı tanıyan hər kəsə hörmətlə: Dr. Mirhafiz M. Babayev

Views: 536 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 2
0  
2 Elçin   (25/Noy/2010 08:40) [Daxil Olunan]
Mənim müşahidələrim ilə son vaxtlar "İnter" və "xəzər Lənkaran" komandalarının azarkeşləri arasında kimlərsə nifaq salmaq istəyir.Buna sübüt kimi Xəzər -Azal oyununda kimlərsə Xəzərin avtobusunu daşlamış və sonradan bu olayı İnter azarkeşlərinin asyağına yazmaq istəmişdir.İndidə Qatuzo nikli oxucu belə təxribatlara əl atır.Bunu kimlərsə məqsədli şəkildə yerinə yetirir.Amma bu insanlar bilməlidirlər ki,İnter və Xəzər lənkaran azarkeşləri arasında hörmət və dostluq olub,var və olacaq.Onların belə çirkin əməlləri nəticəsiz qalacaq.
Birdə ki,Qatuzoya onu demək istəyirəm ki,şərh yazan insan burada evdə və ailədə aldığı tərbiyəni göstərir.Mən belə qənaətə gəldim ki,ya Qatuzoya belə tərbiyə veriblər,yada ki ona tərbiyə verən olmayıb və o Allah bilir harada böyüyüb.

0  
1 EN BOYUK FANAT AKTYOR FAIQ SHADLI   (24/Noy/2010 00:12) [Daxil Olunan]
AR OLSUN, HEMIN INSANA... YEQIN HEMIN INSAN AILE TERBIYESI GORMEYIB. BU BELEDIR!!!
IMZA: FAIQ SHADLI

Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz