Qabaqcadan bildirildiyi kimi sentyabrın 16-da "12-ci oyunçu” azarkeş qrupunun təşkilatçılığı ilə
"Xəzər Lənkəran” azarkeşləri
"Fırtınalar Meydanı”nda iməclik keçirdilər. İməclikdə ümumilikdə
120-azarkeş iştirak etdi. Eyni zamanda
"Xəzər Lənkəran”
komandasının məşqini izləyən 200-ə yaxın azarkeşin bir çoxu çalışan
azarkeşlərə köməklik etmək niyyətində olduqlarını bildirsələr də buna ehtiyac
qalmadı. Əvvəlcədən 3-saat ərzində iməclik keçirmək nəzərdə tutulsa da, 2-saat
ərzində bütün işlər yekunlaşdı. Bəzi azarkeşlər hətta meydançanın kənarında
olan ən kiçik ölçülü palçıq dənəciklərini də əlləri ilə yığışdırdılar. Bundan
sonra stadionun əməkdaşları lil və
palçıqdan təmizlənmiş ərazini, meydançanın suvarma sisteminə quraşdırılmış
yüksək təzyiqlə vurulan su qurğusu ilə
yumağa başladılar. İməclikdə çalışan azarkeşlər ilə birgə Lənkəran çay
fabrikinin qarşısında yerləşən
"Lənkəran çayı” adlı kafeyə yollandıq. Bu zaman məşqi izləyən
azarkeşlər hələ də yardımçı meydançanın kənarında qalmışdılar. Fürsətdən
istifadə edib məşq barədə onlardan qısa məlumat aldıq.
Biz də "Bosman” Fanklubu olaraq, bu işin həm
təşkilatçılarına, həm də iştirakçılarına dərin minnətdarlığımızı bildiririk.
Demək istəyirik ki, uzaqda olduğumuza görə bu tədbirdə iştirak edə bilməmişik. Amma
çox həvəslə iştirak etmək istəyərdik. Bu artıq birinci belə hal deyil. İki il
əvvəl də matçqabağı güclü yağan qar problem yaratsa da yenə bu sadiq
azarkeşlərimizin köməyi ilə stadionun personalı meydanı qardan təmizləmişdilər.
Çox misallar göstərmək olar "Xəzər Lənkəran” - azarkeş sevgisinə dair. Təki, komanda
matçlara çıxsın, qələbə qazansın!
Böyük "Xəzər Lənkəran" ailəsi hər
zaman alqışa layiqdir. Onlar hər zaman bunu sübuta yetirmişlər. Türklər
demişkən "iyi günde, kötü gündə hər zaman seninleyik"! Belə bəxtəvər
komanda dünyada barmaqla göstərilən qədər azdır. Bütün əməyi olanlara Allah
kömək olsun. Heyif ki, uzaqda olduğumuzdan biz iştirak edə bilməmişik. Çox sağ
olsun belə azarkeşlər. Onlar əsl "Xəzər"sevərlərdir!
Müəllifi Mirhafiz M. Babayev olan,
"Xəzər Lənkəran” klubu ilə onun azarkeşlərinin dostluğuna həsr edilmiş şeri də
uyğun bilib nəzərinizə çatdırırıq:
Biz sənə layiqik, sən bizə layiq.
Ayrı cür düşünən olar nalayiq!
Əl-ələ veririk çətin gündə biz,
Bu dostluq nümunə, dostluq misilsiz.
Kükrədi bol sular, selə dönərək,
Dənizə axmalı, bu sellər gərək.
Həm dənizə axdı, həm də ''meydana'',
Bir hikmət bəxş etdi, bu sel insana.
Dəniz də Xəzərdir, meydan da "Xəzər",
Sel yudu apardı, yoxdu bədnəzər.
Bu sel gəlmişdi ki, təmizlik etsin,
Bütün dərd-bəlanı aparıb getsin.
Əvəzində dostluq bəxş etdi bizə,
Azarkeş heyrandır "Xəzər"imizə!
|