
Astara
rayonunda yeni yaradılmış futbol klubu rəsmi qeydiyyatdan keçib. Azerisport.az
xəbər verir ki, yeni futbol klubu "Sərhədçi” (Astara) Peşəkar Futbol Klubu
adlanır.
Klubun "Sərhədçi” (Astara) adlandırılması
rayonu əvvəllər təmsil etmiş komandanın adının bərpa olunması ilə bağlıdı. Yeni
yaranmış klub I divizionda oynamaq niyyətindədi. Klubun əsas məqsədlərindən
biri komandanın tərkibini yalnız yerli gənclərdən formalaşdırmaqdı. Klub
hazırda təşkilati işlərlə məşğuldu.
Klubun təsisçisi Astara rayonundan olan iş
adamı Ruslan Dadaşovdu. Ruslan Dadaşov 1976-cı ildə Astara rayonunun Balaca
Şahağacı kəndində anadan olub. O, 1993-cü ildə Bakı şəhəri S.C. Pişəvəri adına
Humanitar Fənlər Gimnaziyasını, 1999-cu ildə Bakı Dövlət Universitetinin
beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsini, 2006-cı ildə Dövlət
İqtisad Universitetinin maliyyə-kredit fakültəsini bitirib. Bakıda fəaliyyət
göstərən bir neçə müəssisənin sahibidi.
|