Cümə Axşamı, 26/Dek/2024, 18:18
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  Sentyabr 2010  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
   1234
567891011
12131415161718
19202122232425
2627282930

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 553

Statistika

Cəmi Onlaynda: 7
Qonaqlar: 7
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2010 » Sentyabr » 22 » Sən də köşə yazarı oldun? Ruslan Sadıqov
19:42
Sən də köşə yazarı oldun? Ruslan Sadıqov


          "Çempion” qəzetinin 22-23 sentyabr 2010-cu il buraxılışında, 3-cü səhifədə "Gündəm” mövzularına aid,  türklər demişkən bir köşə yazısı var. Yazının müəllifi Ruslan Sadıqov, başlığı isə, ""Anar Salmanov niyə "Xəzər Lənkəran”a kömək etmədi?”

Yazını cümlə-cümlə təqdim edərək, cavabını verməyi daha məqsədəuyğun sayırıq.

           Yazır:  Ötən şənbə günü keçirilən "Muğan” – "Xəzər Lənkəran” oyunu hələ də futbol ictimaiyyətinin bir nömrəli mövzusudur. Daha doğrusu, Lənkəran klubunun cəbhəsinin. 3 gündür ki, düşüblər baş hakimin üstünə. Əvvəlcə oyundan dərhal sonra keçirilən mətbuat konfransında baş məşqçi Mirça Rednik qələbə qazana bilmədikləri üçün günahı görüşün baş hakimi Anar Salmanovda gördü. Daha sonra futbolçular və azarkeşlər növbə ilə referini tənqid atəşinə tutdu.

          Bizim cavab:   Əvvəlcə Futbol ictimaiyyətinin yazırsan. Sonra fikirləşirsən ki, bu mövzu futbol ictimaiyyətinin bir nömrəli mövvzusudursa, onda məndən səhv tutub deyərlər ki, belə qlobal mövzuya bu necə yanaşmadır? Sonra guya səhvini düzəltmək istəmisən və bu cümləni əlavə etmisən. "Daha doğrusu, Lənkəran klubunun cəbhəsinin.” Yəni hay-küyü yalnız "Xəzər Lənkəran” tərəfi qaldırıb. Burada bir düz və bir də yanlışlığa yol vermisən. Yanlışlığın budur ki, matç günü tək "Xəzər Lənkəran” tərəfi deyil, bütün obyektiv sayılan idman saytları "Xəzər Lənkəran”ın hakim qərəzinə məruz qalması haqda müxtəlif informasiyalar verib, həqiqəti çatdırırdılar. Xəbərin yoxdursa, öz halına yazıq.

          İstəmədən düz dediyin isə odur ki, bu ölkədə futbol idarəçilərindən daha yaxşı, "Xəzər Lənkəran” tərəfi o cümlədən azarkeşləri futbolu hamıdan yaxşı bilir və səhvləri, qərəzləri duya bilir və haqq səsini ucaldırlar. Daha sənin kimi "köşələrdə” gizlənib söz çeynəmirlər.

          Çürük məntiqinlə guya Rednikin qələbə çala bilməməsinə görə hakimin üstünə düşdüyünü, sonra futbolçular və azarkeşlərin də bunu davam etdirdiyini deyirsən.

          Məlumun olsun ki, bu mövsüm "Xəzər Lənkəran”  bir heç-heçə də edib və iki xal itirmişdi. Bəs onda Niyə nə Rednik, nə futbolçular və nə də azarkeşlər hakim haqsızlığından danışmamışdı. Çünki həmin oyunda hakim haqsızlığından yox sırf oyunun nəticəsini ədalətli görmüşdülər. Buna nə deyirsən?

           Yazır:  Oyunu canlı izləməsəydim, bu yazını da yazmazdım. Amma görüşə başdan axıra qədər baxdığım üçün gördüklərimi yazmağı özümə borc bildim.

            Bizim cavab:   Oyuna canlı baxmaqla olsaydı, onda gərək "Pişik ən yaxşı qəssab olaydı.” Bu isə mümkün deyil! Min illər insanlar yaşayıb həyat sürürlər, amma bir alim və ya mütəfəkkir bir anda sanki maddənin daxilini görür, onun molekullardan, atomlardan, nüvədən, elektronlardan, pozitronlardan, müsbət və mənfi yüklərdən və neytronlardan və sair zərrəciklərdən ibarət olduğunu açıqlayır. Onun kimi hamı maddəni görür, lakin maddənin daxili fiziki-kimyəvi, bioloji hallarını görə bilmir. Sən iddia etsən belə maddəni gördüyünə inanırıq. Lakin onun daxilini görə bilmirsən. Bilməzsən də. Çünki sən alim, Mütəfəkkir yox sıradan birisən. Bunu yazından da aydın görmək olur. Batini görmədiyinə görə, "mən görmüşəm deyə yazıram” deyə iddialara qalxma. Gözlə, nə vaxt onu görən, kəşf edən olacaq, onda sən də onun kəşflərindən bəhrələnərsən. Necə ki, indi kompüter arxasında oturub ağlına gələni yazırsan. Heyf bu kəşflərdən ki, sənin kimi nadanlar onlardan istifadə edir. Bir də onu demək istəyirəm ki, atomun kəşfindən sonra kimilər ondan bombalar hazırlayıb insanları məhv edir. Kimiləri isə bu kəşflərdən insanların rifahını yüksəltmək üçün istifadə edir.

              Yazır:   90 dəqiqə ərzində meydançada sanki iki məhəllə komandası oynayırdı. "Xəzər Lənkəran” cəmi iki dəfə qol vəziyyəti əldə etdi ki, bunlarda da Rahid Əmirquliyev və Uintson Parks qeyri-dəqiq oynadılar. Indi Lənkəran klubunun hakimdən şikayət etməsi mənə gülünc gəlir. Sənin oyunçun 5 metrdən ötürmə verə bilmirsə, topu qəbul etməyi bacarmırsa, 15 metrdən vurduğu top "yarım saata” gedib qapıya çatırsa, buna hakim neyləsin? Guya Salmanov təmiz penaltini vermədi. Gör nə gündədilər ki, "Muğan” kimi ortabab komandanı öz güclərinə məğlub edə bilmirlər, hakimdən penalti istəyirlər. Vallah, mən sizin yerinizə olsaydım, belə oyuna görə utanıb heç ağzımı da açmazdım. Azərbaycanın ən güclü klublarından biri budur? Əgər belə oynayan komanda Azərbaycanın ən güclülərindəndirsə, gör futbolumuz nə gündədir. Parks qapıçı ilə təkbətək çıxanda hakim tez qapını sola çəkdi ki, top kənardan keçsin? Sənin oyunçun təkbətəki vura bilmirsə, bomboş vəziyyətdə topu başla kənara atırsa, burda hakimin nə günahı var? Açığı, penalti epizodunda televiziyadan təkrar-təkrar baxsam da, həmin rakusdan dəqiq bir şey demək olmur. Niyə çıxıb kişi kimi zəif oynadıqlarını etiraf etmirlər, hakimi günahlandırmaqla bunu ört-basdır eləməyə çalışırlar? "Xəzər Lənkəran”ın azarkeşlərinin əsl azarkeş olduqlarını bildikləri üçün qorxurlar ki, onlar komandadan üz döndərərlər. "Orijinal” yola əl atıb diqqətləri hakimə yönəltməyə çalışdılar və bunu da bacardılar. Milyonlarla pullar xərclənib ki, 5 metrdən ötürmə verməyi bacarmayan oyunçu alınsın, yoxsa qeyri-peşəkar açıqlamalar verən məşqçi gəlsin? Elə buna görədir ki, çıxıb Avropada Azərbaycanı biabır edirsiniz. Burada ayağı top tutmayanları birtəhər udub çıxırsınız avrokuboklara, orada da qarşınıza komanda çıxanda ayaqlarınız tir-tir əsir. Mən rednikin yerində olsaydım, məhəllə futbolu oynayan futbolçularıma ötürmə verməyi, oynamağı öyrədərdim. Məşqçinin işi də budur, daha durub məsuliyyətdən qaçmaq üçün bəhanələr uydurmaq deyil. Əgər baş məşqçı bu oyunda buraxdıqları sehvləri məsuliyyətdən yaxa qurtarmaq ört-basdır edəcəksə, deməli, bu səhvlər araşdırılmayacaq və növbəti oyunlarda da davam edəcək.

            Bizim cavab:   Əgər iki məhəllə komandası oynayırdısa. onda ay yazıq, sənin qəzetinin hər nömrəsinin 8 səhifəsi məhəllə futbolundan bəhs edir, sən də cavan ömrünü məhəllə futbolundan yazmaqla "köşə”yə sığınırsan!

          Qaldı ki, dediyin cəmi  iki qol vəziyyətinə, bu heç də belə deyil! Sənin dahi Anar Salmanovun hər dəqiqə oyunu saxlamasaydı qolların sayı azı iki və qol vəziyyətlərinin sayı isə dəfələrlə çox olardı. Lənkəran klubunun hakimdən şikayət etməsi sənə ona görə gülünc gəlir ki, çünki sənin ya futboldan anlayışın yoxdur, ya da sevdiyin Anar Salmanov kimi qərəzli adamsan, hərçənd ki, hər ikinizin adamlığı şübhə doğurur. Hakim hər dəqiqə fit çalıb oyunu saxlayacaqsa, onda futbolçu necə ötürmə etsin? Hər topa toxunuşda fitmi çalınır? Qaldı ki penalti epizoduna, bu düz mənim oyunu izlədiyim yerin on metrliyində olub və epizodda Dieqo ilə bizim aramız boş, tam görünən vəziyyətdə, amma siz izlədiyiniz yerdən həm uzaq, həm də görüntünü neçə futbolçunun bağladığını deyə bilərik. Deməli sən həmin epizodu stadionda da dəqiq görə bilməmisən. Çünki deyirsən ki, oyunun videofraqmentlərində də bu aydın görünmürdü.Daha bir fraqmentdə guya E. Oparanın, Uinston Parksa başla verdiyi ötürmədə birincinin əllə oynadığı hakim tərəfindən iddia olunur. Epizoda çox yaxın olan Anar Salmanov niyə ötürmə verilən anda əllə oyuna görə fit çalıb oyunu saxlamır, topun əlverişli vəziyyətdə Uinston Parksa çatdıqdan sonra Anar Salmanov yan xətt hakiminə baxır, onun oyundankənar vəziyyətə görə bayrağı qaldırmadığını görüb qol olacağından qorxaraq qapıçı ilə üz üzə qalmış Uinston Parksın həlledici zərbə vurma anında fitini səsləndirir. Buna saytlarda yerləşdirilmiş həmin anın videogörüntüsünə baxdıqda aydın görmək olur. Top Emekadan Parksa ötürülənə qədər və hakimin fitinin səslənməsi 5-10 saniyə zaman aparır. Bəs bu hakim qərəzi deyilmi? Əgər E. Opara əllə oynamışdısa, onda epizoda çox yaxın olan Anar Salmanov niyə həmin anda fitini səsləndirmədi?  Elə isə ay günahkar bəndə, dəqiq görmədiyin epizod haqda niyə yalandan yazırsan? Bilmirsən ki, günahkarları Allah sevməz onların mükafatı yalnız lənətdir!

          Yazırsan ki, "Muğan” kimi komandanı öz güclərinə uda bilmirlər. Bununla "Muğan”ı təhqir edirsən. Həm də deyirsən ki, yaxşı bəhanə tapıblar guya  bununla anar Salmanov "Neftçi”yə kömək edirdi. Bəyəm "bir tur əvvəl "Neftçi” "Muğan”ı öz gücünə uddu və ya yaxşı oyun göstərdi? Ofsayd epizodunda olan "Neftçi”nin futbolçusu, qapıçı ilə adi vəziyyətdə toqquşursa və hakim penal təyin erisə və sən dediyin kimi, "Neftçi” "Muğan”ı öz meydanında haram penalti ilə udursa, buna sözün nədir? Hələ onu demirik ki, həmin ofsayt olan cinaha yan hakim oyuna bir gün qalmış dəyişdirilmişdi və "Sözəbaxan” Eldar Nağıbəyov təyin edilmişdi. Məhz belə "xəta” da onun nəzarət etdiyi tərəfdə baş verir. Oyundan sonra "Neftçi”nin baş məşqçisi Arif Əsədov da "Yaxşı oynamadan oyunu udmaq da olurmuş” kimi fikirlər səsləndirmişdi. Bunlara sözün nədir? Ya mətbuatı izləmirsən ya da qərəz dolu birisisən. Səninkimilərlə Allah nə vaxtsa haqq-hesab çəkəcək bunu unutma. Qaldı ki tir-tir əsməyə səninkimilərin də belə nahaqçılıqrar etdiyinə görə tir-tit əsən günün olacaq, tələsmə.

              Yazır: "Xəzər Lənkəran”ın məşqçi və futbolçu heyəti "hakim qərəzi” üçün məntiqi əsas da tapıblar: güya bununla Anar Salmanov "Neftçi”yə kömək edib. Çempionat hələ indi başlanıb, nə bilirsənki "Neftçi” çempion olacaq? Şəxsən mən Salmanovun oyunu normal idarə etdiyini düşünürəm. Əgər buna oyun demək düzgündürsə. Vallah, Salmanov ötən bazar günü keçirilən "Fənərbağça – Beşiktaş” derbisindəki hakimdən min dəfə yaxşıdır. Türkiyə derbisində hakim oyunun ipini əldən verdiyi üçün futbolçular elə hey kobudluq edir, dəqiqəbaşı mübahisəyə girişirdilər. Salmanov da sarı vərəqələrdən istifadə etməsəydi, oyunçularınızı yerində cəzalandırmasaydı, siz də belə edəcəkdiniz və indi də deyəcəkdiniz ki, hakim sərtliklərə göz yumdu...

            Bizim cavab:  Sənin ağlın nə qədərdirsə, bir o qədər "uzağı” görə bilərsən. Ondan uzaqdakı hadisələrə münasibət bildirməyə tələsmə. Onu da bil ki, sən və səninkimilər nə qədər nahaq yo tutsanız belə bir olan Haqq var və o Haqq sonda qələbənin kimə layiq olduğunu göstərəcək. Bir az tarxlə maraqlansan buna dair çox misallar görərsən. Qaldı ki kişilik məsələsinə, aid olmayan şeydən danışma

"Xəzər Lənkəran” hamınıza kim olduğunu sübut edəcək. Bu gün uzaqda deyil. Ən uzağı ikinci dövrədə. Sənsə eybəcər fikirlərinə görə indidən yazmağı tərgitsən yaxşıdır.
Views: 822 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 3
0  
3 orxanaysel123   (09/Sent/2011 00:49) [Daxil Olunan]
men Ruslanın dedıklerı sozlerı 100% qebul edırem cunkı oldugu kımıde eledır.2cı de ay qaqas sen Ruslanın gel 5%-ni bil onda danisarsan.sen burda molekullerdan danismaqa ustunluk verirsen ele burdan gorunur ki sen kimyadan yaxsi basi cixansan yaxsisi budur ki fotbaldan uzaq durub oksigeni molekullari oyrenmeyi meslehet verirem

0  
2 MUR5136   (25/Sent/2010 04:28) [Daxil Olunan]
Zaur Ramazanov ebedi olarag kumir kimi qaldi!!!!!

0  
1 MUR5136   (23/Sent/2010 09:46) [Daxil Olunan]
Şərəfsiz 5-10 manatlıq insandir Anar, Xaqani, Ruslan və sayer.
Bunlar ən təhlükəli insanlardır! 5-10 manat pul üçün vətəni belə satarlar!
Cəmiyətin ən qorxulu insani şərəfsiz, vicdansız, dahili dəyərsiz olandır!
Onlar Allaha inanmırlar ve əməllərində hec nədən qorxmurlar.

Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz