 
Bu çempionatın iştirakçıları arasında meydan sahibləri, ingilislər və dünya çempionları braziliyalılar seçmə oyunlarda iştirak etmədən qatıldılar. 1966-cı il yanvarın 6-da Londonda final turnirinin iştirakçıları arasında püşk atıldı. Qrupların tərkibi belə idi: 1-ci qrup: İngiltərə, Uruqvay, Meksika, Fransa 2-ci qrup: AFR, Argentina, İspaniya, İsveçrə 3-cü qrup: Portuqaliya, Macarıstan, Brazilila, Bolqarıstan 4-cü qrup: SSRİ, KXDR, İtaliya, Çili 3-cü yer uğrunda oyun da çox maraqlı keçdi. 13-cü dəqiqədə müdafiəçi Xurdsilava cərimə meydançasında topu əl ilə saxladı. Eysebio 11 metrlik zərbəni sərrast vurdu (ümumilikdə bu futbolçu çempionatda hamıdan çox – 9 dəfə müvəffəqiyyət qazandı). Fasiləyə 1 dəqiqə qalanda Metreveli hesabı bərabərləşdirdi. Ikinci hissədə həm bu, həm də digər komanda irəli çıxa bilərdi. Lakin 88-ci dəqiqədə Torresin yaxın məsafədən vurduğu qol portuqaliyalılara qələbə qazandırdı 2-1. Final oyunu iyulun 30-da Londonun "Uembri” stadionunda İngiltərə və AFR komandaları arasında keçirildi. Oyunun əvvəlində rəqiblərin hərəsi bir dəfə fərqləndi. 1-1 hesabı 78-ci dəqiqəyədək dəyişmədi. Pitersin zərbəsindən sonra meydan sahibləri irəli çıxdı. 90-cı dəqiqədə Veber (AFR) hesabı yenə bərabərləşdirdi. Mübarizə əlavə vaxtda davam etdirildi. 100-cü dəqiqədə baş verən bir hadisə oyunun nəticəsinə həlledici təsir göstərdi. Xerstin zərbəsindən sonra top qapı tirinə dəyib yerə toxundu və yenidən meydana qayıtdı. Dinst oyunu dayandıraraq öz köməkçisi – bakılı hakim Tofiq Bəhramov ilə məsləhətləşdi və topun qapıdan keçdiyini yəqin etdikdən sonra qolu hesaba aldı. Qərbi Almaniya futbolçuları ruhdan düşdülər və 120-ci dəqiqədə daha bir top buraxdılar. Xerst uzun bir reyd edərək topu qapıdsan keçirdi. 4-2 hesabı ilə qalib gələn ingilislər dünya çempionatları tarixində ilk dəfə qızıl medallara layiq görüldülər. ******************************** Daha sxematik olaraq bax ******************************** Videonu izlə
|