Bir neçə gün əvvəl
Romulo Silvanoya və FİFA-ya "Bosman” fanklubu tərəfindən müraciət olunmuşdu.
Müraciətimizə, keçmiş futbolçumuzla "Xəzər Lənkəran” arasında maddi problemin
olması, onun borc və komandanın hesabından 6 xal silinməsi tələbi səbəb
olmuşdu. Futbolçunun ünvanının öyrənilməsi müəyyən səbəblərdən yubansa da nəhayət
azarkeşlərimizdən biri tərəfindən bizə çatdırıldı. Həmin azarkeşimizə çox sağ
ol deyərək sözümüzə davam edirik. Belə ki, R. Silvanonun e-mail ünvanını öyrənən
kimi dərhal hazırlanmış və FİFA-ya da göndərilmiş olan müraciətin mətninin
ingilis dilində olan variantı səbəbkara da göndərildi. Bu gün axşam saatlarında
Romulo Silvanodan qısa bir cavab gəldi. Göndərdiyi cavabda "Xəzər Lənkəran”dakı
günlərini xoşbəxt günlər hesab edən Silvano, həmçinin azarkeşlərimizi də
unutmadığını dilə gətirib. Aşağıda onun göndərdiyi mətni və tərcüməsini də sizlərə
təqdim edirik.
Onu da bildirək
ki, FİFA-ya göndərilmiş müraciətə isə hələ ki, cavab yoxdur. Belə bir cavab gələcəyi
təqdirdə onu da dərhal sizlərin diqqətinə saytımız vasitəsi ilə çatdıracağıq.
Greeting to Azerbaijan! I dont want to speak with
you about the last events.
Khazar Lankaran fans will always be in my mind. I was very happy while
I was playing in Azerbaijan for Khazar Lankaran. Up to this day I
have contacts with your fans. Take care.
Mon, Apr 16,
2012 at 4:43 PM
Azərbaycana salamlar! Mən sizinlə son baş verənlər
haqda danışmaq istəməzdim. "Xəzər Lənkəran"
azarkeşləri həmişə mənim yaddaşımda qalacaq. Mən, Azərbaycanda "Xəzər Lənkəran"
üçün oynayarkən çox xoşbəxt idim. İndiyə kimi sizin azarkeşlərlə əlaqələrim
var. Özünüzdən muğayat olun.
|