Cümə, 19/Apr/2024, 11:14
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  May 2011  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
1234567
891011121314
15161718192021
22232425262728
293031

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 552

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2011 » May » 31 » Redniki tənqid etməyə və ya sevməməyə dəyərmi?
15:28
Redniki tənqid etməyə və ya sevməməyə dəyərmi?

 

Rednikin pərdəarxası cizgiləri

 

Mirça Rednikin "Xəzər Lənkəran”a təyinatı zamanı bütün idman mediası onun sadəcə, internet qaynaqlarından əldə etdiyi qısa bioqrafiyasını bilirdi. Lakin indi bir mövsümü geridə qoyduğumuzdan hansısa qənaətə gəlmək mümkündür.

Rednik "Xəzər Lənkəran”da işə başladığı gündən bu günədək onun haqqında bir dəfə də olsun tənqidi yazı yazmadım deyə dostlarım tərəfindən qınaq obyektinə çevrildim. Çalışdığım qəzetdə "Sən Redniki yaman çox müdafiə edirsən deyə” sətiraltı tənələr eşitdim. Amma susdum və zamanın məni haqlı çıxaracağına ümid edib gözlədim. Belədə Rednikin praqmatik futbol oynatdığını iddia edənlər az sonra ölkədə ən baxımlı futbolun "Xəzər Lənkəran”ın oynadığını yazmağa başladılar.

Rednikin transferlərdən yaxşıca pul qazandığını iddia edənlər sonradan əslində, onun gətirdiyi futbolçuların əksəriyyətinin icarə əsasında oynadığını, bəziləri ilə isə mövsümün sonuna qədər müqavilə bağlandığından klubun ziyana düşmədiyini, üstəlik qışda heyətə cəlb olunan futbolçuların komandaya fayda gətirdiyini görüb kənara çəkildilər. Zaman keçdi və ilk mövsümdəcə ölkə çempionatının gümüş medalını və ölkə kubokunu qazanan rumın mütəxəssis məşqçilik sahəsində nəyə qadir olduğunu ölkəmizdə də göstərmiş oldu.

Bununla belə hələ bu gün də rumın mütəxəssisin bostanına daş atanlar az deyil. Məşqçi kimi özünü sübut edən çalışdırıcını görəsən niyə qəbul etmirlər? Yaxud fikrini tez dəyişən, qəhrəmanla antiqəhrəman seçimini bir anda edən çılğın Lənkəran publikası onu nədən bu qədər çox sevir? Vaxtilə Azərbaycanın ən tanınmış məşqçisi mənimlə iki saatlıq üzbəüz görüşündə "məndən bu qədər tənqidi yazı yazma” deyə ağsaqqal xahişində bulunsa da, az müddət sonra baş verən hadisələrə biganə qala bilməyib, tənqidi fikirlərimi oxucumla bölüşdüm.

Bəs Redniki bu qədər müdafiə etməyə görəsən, doğurdanmı dəyərdi? Sizlərlə yaxından tanımağa doğru getdiyim və ölkədə çox az adamın bildiyi Redniklə bağlı bilgiləri paylaşacağam ki, baş məşqçi Mirça Rednikin insani keyfiyyətlərini sizlərdə biləsiniz. Onun mütəxəssis kimi nəyə qadir olduğunu bir tərəfə qoyub, insan kimi Mirça Rednikin kim olduğunu da bilməyə, pisə pis, yaxşıya yaxşı deməyə dəyər.

- Rednik " Xəzər Lənkəran”a ilk gəlişində klub prezidentindən daha çox məvacib alan, amma aldığı paraya dəyməyən futbolçuların komandadan göndərilməsini, əvəzində isə ayına cəmi 5-10 min dollar arası məvacib alacaq futbolçular gətirəcəyini bildirir. Klub prezidentinin "daha artığını verməyə hazırıq” deməsinə Mirçanın cavabı belə olur – Qətiyyən! Uzağı on min. Belədə Rednikin transferlərdən para qazanmaması əyani şəkildə sübut olunur.

- Baş məşqçi kimi ona təklif olunan xüsusi avtomobil və evdən imtina edir. "Mən bazada qalacaq və klubun avtobusunda hərəkət edəcəyəm. Artıq məsrəfə ehtiyac yoxdur” – deyə hamını təəccübləndirir.

- Lənkəran şəhər stadionunda çalışan qadınları bir gün ətrafına toplayır. Bazanın dəhlizində qoyulan kofe çaydanından onların içib-içməməyini soruşur. "Yox” cavabı alınca, özü bir-bir kofe hazırlayıb qadınlara təqdim edir və xahiş edir ki, onlar da hər gün bu kofedən dadsınlar.

- Rumıniyada qeyd olunan " Analar günü”ndə bazanın bütün xanım işçilərinə pul paylayaraq, onları təbrik edir.

- Lənkəranda xüsusi qeyd olunan "Aşura günü”ndə bütün texniki işçilərə yenə də cibindən pul paylayır.

- "Xəzər Lənkəran”ın texniki heyətində çalışan şəxslərdən birini dilxor görüb səbəbini soruşur. Şəxsin atasının "göz əməliyyatına” ehtiyacı olduğunu bilib, bütün xərcləri öz üzərinə götürür.

- Lənkəran şəhər stadionunu sel basır. Texniki heyət bir neçə gün palçığın təmizlənməsi ilə məşğul olur. Bu gərgin iş zamanı Lənkərana gələn Rednik bütün işçi qüvvəsinə cibindən pul paylayır.

- Çempionatın başa çatmasına iki ay qalarkən, Mirça hər iki ayın sonunda öz şəxsi hesabından pul götürərək, stadionun işçilərinə növbəti dəfə pul paylayır.

- Gəldiyi ilk gündən bu yana bir dəfə də olsun klub rəhbərliyi ilə mükafat prinsipini müzakirə etmir, komandaya ayrılan hər oyun üçün mükafat məbləğinə etiraz etmir (Üstəlik, bildiyim qədəri ilə bu mövsüm ayrılan mükafat tarixin ən aşağı pul mükafatı sayılır).

Əslində, bu mənim bildiklərimdir. Amma elə yuxarıda ardıcıllıqla düzülən bir insan xeyirxahlığı çox şeyi deyir. Redniki məhz buna görə Lənkəranda çox sevirlər. Klub prezidentindən tutmuş ən sadə azarkeşə qədər hamı üçün o, peşəkar, nəcib, çalışdığı camiəni birləşdirməyə müvəffəq olan Rednikdir. Məhz onun zamanında klub rəhbərliyi hər bir uğurun paradan, puldan ibarət olmadığını anladı. Bəlkə elə ona görə idi ki, ölkə kubokunun finalında bütün klub rəhbərliyi əvvəlki illərdəki kimi bir-birini yox, məhz Redniki qucaqlayıb təbrik edirdi. İndi siz deyin, Redniki tənqid etməyə və ya sevməməyə dəyərmi?

 

Hüseyn CƏBRAYILOĞLU

 

Mənbə: "Apasport.az”

Views: 538 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 1
0  
1 agligoylu   (01/İyun/2011 13:50) [Daxil Olunan]
ses vermede istirak edin

www.agligoylu.tk Bosman Fan Klub geride qalib

Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz