Cümə Axşamı, 26/Dek/2024, 16:55
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  Mart 2012  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 553

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2012 » Mart » 17 » Rednik məktəbi və ya Yunis Rednik ola bilərmi?
23:33
Rednik məktəbi və ya Yunis Rednik ola bilərmi?

Cari mövsümdə "Xəzər Lənkəran” artıq üçüncü baş məşqçi ilə yoluna davam edir. Bir müddət əvvəl rumıniyalı mütəxəssis Mirça Redniki əvəzləyən türkiyəli uşaq məşqçisi Cüneyt Biçər də klub rəhbərliyi tərəfindən istefaya göndərildi. Onu isə yerli mütəxəssis olan Yunis Hüseynov əvəzlədi. Minlərlə insanı pərişan edən rumıniyalı mütəxəssisin göndərilməsi faktı nə qədər üzücü idisə, onun yerinə uşaq məşqçisinin gözlənilən təyinatı daha üzücü idi. Bəli, bu uşaq məşqçisinin bir illik müqavilə ilə komandaya təyin olunması və bu bir il müddətində onun komandanın başında qalacağı ümidi elə əvvəldən yox dərəcəsində idi. Çünki "Xəzər Lənkəran” kimi peşəkar bir komandanı, uşaqların müəlliminə tapşırmaq elə əvvəlcədən yanlış idi. Çox tez bir zamanda "uşaqlığın son gecəsi”, kubokun ¼ finalının ilk görüşündən sonra gəlib çatdı. Cəmi üç ay. Uşaq kimi kiçik vaxt ərzində. Bu müddətdə bu uşaq mütəxəssisindən epopeyalar danışanlar da oldu və hətta ondan Qvardiola düzəldənlər də. Nə isə sonu əvvəlcədən görünən bu hadisə haqqında çox danışmaq istəmirik. Başladı və bitdi.

Minlərlə insanın yaddaşlarında əbədi həkk olmuş Mirça Rednik "Xəzər Lənkəran” sevərlərin ürəyini niyə fəth etmişdi? Çünki o, onların istədiyi komandanı formalaşdıra bilmiş, arzuladıqları oyun tərzini gətirmişdi. Çoxşaxəli maneələrin olmasına baxmayaraq Rednik bunu bacarırdı. Əgər maneələr olmasaydı yaxşı mənada o, daha nələri "Xəzər Lənkəran”sevərlərə yaşadacaqdı. Yazıqlar olsun ki, ambisiyalılar işlərini gördülər. Bununla ölkə futbolunda "Xəzər Lənkəran”ın kəşfi olan Mirça Rednik özünə hörmət qoyaraq ölkəsinə biletini sifariş verdi.

Söhbət konkret olaraq Mirça Rednik adından getmir. Bu adı əzbərləməyə və əzizləməyə onun xarakteri yol açmışdı. Hər hansı bir şəxsin adı, onun işlədiyi sahənin adamı olması və başqa müsbət xüsusiyyətləri ilə səciyyələnir. Bəli, bu adı bizim yaddaşlarımıza həkk edən onun bir məşqçi kimi profesionallığı və şəxsinin böyük ölçüdə müsbət xarakterə malik olması idi. Biz onu niyə sevdik? Biz ki, onu tanımırdıq!  Onun əsl futbol adamı olması, işinə diqqəti və olduqca professional yanaşma tərzi, futbolçu və məşqçi kimi fitri istedadı, nizam-intizamı sevməsi, innsanlarla gözəl ünsiyyət qurma bacarığı, çirkin oyunların adamı olmaması, Avropa futboluna bələdçiliyi və beş barmağı kimi bələd olduğu Avropa futbol aləminin onu tanıması, bu xüsusiyyətlərin ona verdiyi imkanların hesabına "Xəzər Lənkəran”ı da inamlı komanda halına gətirməsi və nəhayət azarkeşlərin istədiyi komandanı onlara hazırlayaraq vermə yolundakı çabaları onu sevdirə bildi. Yaxşının qədrini bilən ayıq "Xəzər Lənkəran” azarkeşi bunu əlbəttə qiymətləndirə bildi və ona görə də bu insanı, bu mütəxəssisi ömürlük yadda saxladı. Bax bununla "Xəzər Lənkəran” bir Rednik dönəmi yaşadı və bu dövrü Rednik məktəbi kimi də xarakterizə etmək olar.

Rednik məktəbinə bələd olan "Xəzər Lənkəran” azarkeşi ondan sonra yalnız bu məktəbin tələbatlarına cavab verən hər hansı mütəxəssisi qəbul edər. Təsadüfi deyil ki, dünən başqa cür yazan idman mediası, bu gün Yunis Hüseynovun təyinatından sonra, "ən azı Yunis bəy, filan məsələdə Rednik kimi olmalıdır ki, tələbkar azarkeşlərin rəğbətini qazana bilsin”- kimi fikirlər səsləndirir. Bəs belə olan halda sizi nə vadar etmişdi ki, medianı silah kimi Rednikin üzərinə tuşlamışdız? Yoxsa bu bir gecikmiş etirafdır? Azarkeşlərlə bərabər, ölkənin sayılıb-seçilən futbol mütəxəssislərindən bir çoxu onun gedişinə təəssüfləndiklərini bildirirdilər. Hörmət bəslədiyimiz Qurban Qurbanov, Redniki həmişə fərqləndirir və onun gedişindən sonrakı "Xəzər Lənkəran”la ilk oyundan sonrakı mətbuat konfransında sözünə Rednikin gedişinə çox təəssüfləndiyini bildirməklə başlamışdı. Gəlin görək belə hal hər hansı məşqçinin gedişindən sonra, rəqib məşqçi tərəfindən qeyd olunubmu? Xeyr!

Yunis Hüseynovun təyinatına gəldikdə, biz heç də bu təyinata kölgə salmaq istəmirik. Yunis bəy, bir futbolçu kimi Azərbaycanın son dövrlərinin parlaq simalarından olmuşdur. Məşqçi kimi də əsasən "Karvan”la qazandığı uğurlarla özünü sübut edə bilib. Məşqçi üçün ən vacib xüsusiyyətlərdən olan xarakterə malikdir, yerlidir, istedadlıdır. Amma bunlar komandanın başında qalmaq üçün ona o vaxt kömək olar ki, Rednik məktəbinin tələbləri ilə vəhdət təşkil etsin. Yunis bəydə istedad var və bu xüsusiyyətləri də birlikdə tətbiq edərsə, "Xəzər Lənkəran”la uğur qazana bilər. Biz Yunis bəyə uğurun ünvanını bu formada göstərə bilərik.

Qaldı ki, klub rəhbərliyinə, həmin ərəfədə Rednikin adını belə çəkmək istəməmələrinə, bu haqda da bəzi şeyləri deməliyik. Nə idi ona qarşı layiq olmayan belə niufrət və belə bir münasibət? Yəqin kimlərsə, mütəmadi olaraq ona qarşı sizinlə əkstəbliğat aparırmış ki, sizin də ona qarşı belə bir münasibətiniz formalaşmışdı. Amma o, belə bir münasibətə layiq deyildi. Biçərə olan ümidlər isə gözlənildiyi kimi bir anda dağıldı.

"Xəzər Lənkəran” böyük bir klub və böyük bir imicdir. Bu klubun sponsoru və sahibi külli miqdar vəsait hesabına komandanı saxlayır. Şəxsən klubun prezidenti şəxsi vəsaitini xərcləyir. Klub Lənkəranın adını daşıdığı kimi, həm də sizin adınızı daşıyır. Sizsə, özünə hörmət qoyan və gördüyünüz bütün işlərin adınıza layiq olmasını istəyən insanlarsız. "Xəzər Lənkəran” azarkeşləri də özünə və komandasına hörmət qoyan, onu elə sizlərdən az sevməyən insanlardır. "Bosman” fanklubu olaraq bizim "Xəzər Lənkəran”a sevgimiz təmənnasızdır. Bəlkə bir kəs deyə bilərmi ki, şəxsi müstəvidə hər hansı xahişdə bulunmuşuq? Amma komandanın taleyi ilə bağlı məsələlərdə istənilən döyüşkənlik və mübarizlik nümayiş etdirmişik. Klubumuz da sizlərə və bizlərə layiq olmalıdır. Belə olan təqdirdə onu adımıza layiq, peşəkarcasına qorumalıyıq. Axı, "Xəzər Lənkəran” bizim imicimizdir!  

Views: 663 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 1
0  
1 Demir Agaci   (20/Mar/2012 11:24) [Daxil Olunan]
Dunenki oyundan sonra yonetim istefa vermelidir. Sivil olkelerde bele olur.Azarkesler ise yonetimi istefaya seslendirmeye qorxurlar. Azarkeslerimiz satqin oyunculari ve satqin yonetimi gondermelidir. Bundan sonra XL duzeler. Ve en esasi Cenab Mircea Rednic-i geri getirmeliyik. Basqa cixis yolu yoxdur.

Dunenki oyunda fiziki olaraq komanda gorsenmirdi. Bele de olmali idi. Cunki Melkiorre artiq yoxdur....Komanda yorulurdu. Adrian Pits ve Rodomir Todorov cox gozel oynadi. Rahid Elnur Abdullayev sifir....

HOrmetli azarkesler gelin bir olaq Cenab Redniki geri isteyek !

Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz