Cümə Axşamı, 18/Apr/2024, 06:46
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  Mart 2011  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 552

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2011 » Mart » 5 » Qardaş "İnter" azarkeşləri də həmişə olduğu kimi haqqı müdafiə etdi
20:48
Qardaş "İnter" azarkeşləri də həmişə olduğu kimi haqqı müdafiə etdi

                    Respublika stadionunda "Anar Şou”



Kiminsə qabağında əyilmək istəyirsinizsə əyilin, özünüz bilərsiz! 

            Azərbaycan Kubokunun ¼ final "Neftçi” – "Xəzər Lənkaran” oyunu ikincilərin möhtəşəm qələbəsi ilə tarixin yaddaşına köçdü. İnsafən demək lazımdır ki, bu qarşılaşma xarici çempionat oyunlarından heç nə ilə fərqlənmirdi. Oyunboyu Uinston Parks və Juliay Vobayın sürətli keçidləri, başgicəlləndirici texnikası stadiona gələn və televiziya ekranı qarşısında matçı izləyən azarkeşlərə zövq verirdi. Lakin belə gözəl qarşılaşmaya oyunun baş hakimi öz ədalətsiz qərarları ilə damğasını vurdu. Hər şey "Xəzər Lənkaran” komandasının vurduğu birinci qoldan sonra başladı. Bu qoldan sonra Anar Salmanov ssenarinin pozulduğunu anlayıb özünü itirdi. Amma onun köməyinə Flavinyo gəldi. O, "Xəzər Lənkaran” komandasının cərimə meydançasında özünü yerə atır və Anar Salmanov cənubluların qapısına haqsız olaraq 11 metrəlik cərimə zərbəsi təyin edir. Amma Anar sən saydığını say gör "Xəzər Lənkaran” nə sayır. Fasiləyə qədər "Neftçi”ni iki dəfə mərkəzə dəvət edən "Xəzər Lənkaran” birinci hissəni iki top fərqlə üstün durumda bitirir.

            İkinci hissə başlayır və Anar şou davam edir. Hissə ərzində əksər ikili mübarizələrdən sonra "Neftçi” komandasının xeyrinə cərimə zərbəsi təyin edən baş hakim "Xəzər Lənkaran” komandasının əks hücumlarının qarşısını lazımsız yerə fit verməklə alırdı. Bundan əlavə heç nəyə görə Mirça Redniki texniki zonadan uzaqlaşdıran baş hakim Elnur Abdullayevə qarşı edilən kobudluğu, Flavinyonun dirsəklə Kamran Ağayevə vurduğu zərbəni və digər qayda pozuntularını görmədi və yaxud görmək istəmədi.

            Oyundan sonra Kamran Ağayevin əsəbləşdiyini görən "Neftçi” komandasının vitse prezidenti Tahir Suleymanov "Onlar nə istəyir? Qələbə qazanıblar da”! deməklə təəccübünü gizlətmədi. Çox hörmətli Tahir müəllim məgər siz bilmirsiniz, Kamran nə istəyir?

            Kamran tapdalanmış haqqını, haqsız təyin olunmuş 11 metrlik cərimə zərbəsinin hesabını və düzgün hakimlik istəyir. Amma sizdən bir xahişim var, sabah komandanızın mirzəbaşı olan Elnur Əşrəfoğlu ilə birgə car çəkməyin ki, hakimlərin "Neftçi”yə kömək etməsi cəfəngiyyatdır. Əgər hakimlər "Neftçi” komandasına kömək etsəydilər komandamız qələbə qazanardı. Bu ifadaləri azarkeşlər eşidib.Yeni bir şey fikirləşin ki, azarkeşlərə də maraqlı olsun.

            Adım kimi əminəm ki, Anar Salmanov tək bu şounu göstərməkdə cürət etməzdi. Onun rəisi və bütün hakimlərin vəkili olan Xəqani Məmmədov bu şounun pərdəarxası iştrakçısı idi. Buradan üzümü PFL və Hakimlər Komitəsinə tutub demək istəyirəm ki, ayıbınız olsun (türklər demişkən yazıqlar sizə), azarkeşlərə hakimlərin ifasında klounluq lazım deyil. Azarkeşlərin əsəbləri ilə oynamayın, komandaların haqqını yeməyin. Kiminsə qabağında əyilmək istəyirsinizsə əyilin, özünüz bilərsiz. Amma elə edin ki, əyiləndə zərbə sizə dəysin klublara yox.

Mənbə: İnterfan.az
Views: 518 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 1
0  
1 BOSSMAN   (05/Mar/2011 20:52) [Daxil Olunan]
Dəyərli dostlarımız olan "İnter" fanatlarınıa bizi deyil, Haqqı müdafiə etdiklərinə görə minnətdarıq.

Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz