Qollar:
O.Emeka – 20
R.Sadıqov – 59
A.Teli – 90+3
Bu
oyun haqda nə demək olar?
Onu deyə bilərik ki, birinci hissədə
"Xəzər Lənkəran” meydanın pis vəziyyətdə olması ilə əlaqədar çox gözəl oyun
göstərə bilməsə də, rəqibindən aşkar üstün oynadı. Bu üstün oyunun nəticəsi
olaraq 20-ci dəqiqədə düşünülmüş kombinasiyanın nəticəsi olaraq Emeka Opara "Xəzər Lənkəran”ı 0:1 önə keçirdi. Daha bir
neçə vəziyyət yaransa da, komandamız bundan istifadə edə bilmədi.
Matç keçirilən saatlarda meydanda da güclü
külək əsirdi. Birinci hissədə bizim hücum istiqamətimizdə əsən güclü küləkdən yararlanmaq
çox yaxşı nəticə verə bilərdi. Lakin komandamız bundan bir dəfə də
yararlanmadı. Vurduğumuz qol da düşünülmüş kombinasiya nəticəsində oldu.
Lakin cərimə zərbələrindən və s uzaqdan
zərbə şanslarından istifadə edə bilməməyimiz, küləkdən yararlanmadıqca ikinci
hissə narahatçılığın olacağından xəbər verirdi.
Çünki ikinci hissə güclü külək "Qarabağ”ın
xeyrinə işləyəcəkdi, qalırdı onların bundan necə istifadə etməsinə, bunu da
bacardılar.
Onların vurduğu hər iki qolda küləyin
rolunun olduğunu deyə bilərik. 59-cu dəqiqədə qapımıza vurulan qol düz qapıya
ünvanlanmışdı, lakin topun canlı səddi rahat keçərək istiqamətinin aşağı
əyilməsində həqiqətən küləyin rolu oldu.
Özü də cərimə
zərbəsi yerinə yetirilən anda fikir verdinizsə, top əvvəlcə küləyin təsiri ilə
hərəkətə gəldi və başlanğıc sürət almış topa R.Sadıqovun da zərbəsi dəyincə top
maraqlı trayektoriya cızaraq canlı səddi aşıb xeyli aşağı istiqamət alaraq
qapıya daxil oldu. (17 qayda tətbiq olunan futbolda həmin bu məqam 13-cü qayda kimi göstərilir, 13-cü maddədə istər cərimə zərbəsi, istər sərbəst zərbə, istər künc zərbəsi, istərsə də penalti zərbəsi yerinə yetirilən anda topun tam sükunətdə olması tələb olunur.)
Burda Kromarenkonun topu seyr etməsini bəlkə
də başa düşmək olar. Artıq oyunun bu hesabla bitəcəyini zənn edərkən, ikinci
hissənin də əsas vaxtının arxada qaldığı bir dəqiqədə, yəni artırılmış 3-cü
dəqiqənin də lap sonunda qapımıza tərəf uzaqdan təyin olunan cərimə zərbəsi xeyli
narahatçılıq yaratdı ki, buna da əsas var idi.
Sonuncu saniyələr... Qapıya tərəf güclü
küləyin qucağında gələn topun E.Beqiri tərəfindən azca uzaqlaşdırılması...
Lakin qarışıqlıqda topun E.Beqirinin həmvətəni olan, rəqib A.Telinin önünə
düşüncə... hesab 2:1 oldu.
Hava şəraitindən yaxşı yararlana bilməyən "Xəzər Lənkəran”, bu şəraitdən lazımınca
yararlanan "Qarabağ”a yenildi.
Düzdür, bununla
məğlubiyyətimizə haqq qazandırmaq fikrində deyilik, biz bu oyunu uda da
bilərdik. Bu ilk dəqiqələrdən də belə görünürdü.
Lakin bu kubok oyunudur, daha bir cavab
oyunumuz evdə bizi gözləyir və heç bir şəraitə baxmayaraq sonda ¼ finaldan biz
qalib ayrılmalıyıq. Buna bizim gücümüz yetər!
Ağasəlim Mircavadov, "Xəzər Lənkəran”ın baş
məşqçisi:
"Kubok oyunları iki qarşılaşmadan ibarət olduğundan, bizim
üçün hələ heç nə bitməyib”. Mircavadov meydançanın ot örtüyünün və güclü
küləyin istədikləri oyunu nümayiş etdirməyə mane olduğunu bildirib: "Biz indi
növbəti oyun barədə fikirləşirik. Təbii ki, bizə ancaq qələbə sərf edir. Hər
iki komandanın mübariz oyunundan isə razı qaldım
Rauf Əliyev, ''Qarabağ''ın hücumçusu:
"Külək qol vurmağımıza kömək etdi".
Bu sözləri "Xəzər Lənkəran"la oyundan sonra "Imaretfc.com" saytına "Qarabağ"ın hücumçusu Rauf Əliyev deyib.O, həmçinin bildirib ki,-"Külək oyunumuzu oynamağa imkan vermədi. Amma digər tərəfdən də qol vurmağımıza kömək etdi".