4-cü tur öz
xüsusiyyətləri ilə seçilirdi. Belə ki, 3 turdan sonra zirvəni 4 komanda 7-xalla
bölüşürdü ki, bu 4-cü turda həmin bu 7-xallılar üz-üzə gələcəkdi. Belə ki, 4-cü
turun ilk oyun günündə "İnter”-"Neftçi” qarşılaşması "Neftçi”nin 0:2 hesablı qələbəsi
ilə bitmişdi və "Neftçi” artıq 10 xala sahib çıxaraq "İnter”i 3 xal geridə
buraxmışdı. Qalırdı, "AZAL” – "Xəzər lənkəran” matçının nəticəsi hansı ki,
dediyimiz kimi bu komandalar da bu oyuna qədər hərəyə 7 xal toplamışdı.
Əgər bu matç heç-heçə nəticələnsə idi,
onda əzəli rəqibimiz olan "neftçi” bizdən 2 xal öndə olacaqdı. Məğlubiyyəti isə
ağlımıza belə gətirmirdik. Qələbə qazanacağımız təqdirdə isə komandamız da 10
xal toplayacaq, "İnter” və "AZAL”ı 3 xal geridə buraxacaq, "Neftçi”yə isə tək
liderlik şansı verməyəcəkdi, vermədi də.
"AZAL” dünənki oyunda gözləniləndən daha
gözəl oyun nümayiş etdirdi. Bəlkə də bu "Xəzər Lənkəran”ın asan qələbə
qazanacağını gözlədiyimiz üçün belə təsir bağışladı. Amma xeyir, "AZAL” bundan əvvəlki
3 turun heç birində məğlubiyyət acısı dadmamışdı. Həm də elə ilk turda rəqib
meydanında "Bakı” ilə görüşdə öz iddiasını ortaya qoymuş, "Bakı”nın qapısından
3 top keçirmiş, 3:0 irəlidə olmasına baxmayaraq, sonra 2 top buraxsa da qələbəni
əldən verməmişdi. Bununla, adlı-sanlı məşqçiyə və dunyada az-çox tanınmış
hayküylü transferlərlə güclənmiş "Bakı” klubu üzərindəki qələbəyə görə "AZAL”
bundan sonra da çempionat ərzində nələr edə biləcəyinə sanki bir işarə
vermişdi. Bir də ki, Azərbaycan futbolunun tanınmış ismi, həmçinin 2004-cü ildə
"Xəzər Lənkəran”ın bərpa ilində komandamızın ilk baş məşqçisi olmuş və işlədiyi
müddətdə gözəl komanda formalaşdıraraq, yaddaqalan nəticələrə imza atmış Nazim
Süleymanovun indi bu komandanın başında olması da yaxşı mənada çox şeylərdən xəbər
verirdi. Çox şükürlər olsun ki, səfərdə, süni ot örtüyündə oynamasına
baxmayaraq, "Xəzər Lənkəran” bu səddi də uğurla aşa bildi.
Matça gəlincə, yenə "Xəzər Lənkəran”ın
sadiq azarkeşləri komandalarını tək buraxmamışdı. Hətta qonaq qismində olmasına
baxmayaraq, ən azı yerli azarkeşləri 10-15 dəfə üstələmişdi və son dəqiqəyə qədər
komandalarının qələbəsinə inanaraq, özlərinə məxsus çılğınlıqla 90-dəqiqə ərzində
inanılmaz dəstək nümayiş etdirdilər. Gərgin keçən bu matçın 90+3 cü dəqiqəsində
Elvin Beqirinin vurduğu qolla rəqibi 0:1 hesabı ilə üstələyən komandamızın,
oyunun bitimindən sonra əl-ələ verib, azarkeşlərlə üz-üzə dayanaraq bir neçə dəqiqə
qələbə sevincini bölüşmələrinn möhtəşəm görüntülərini isə canlı olaraq izləməyə
dəyərdi.
4-4-2 sxemi ilə oyuna çıxan "Xəzər Lənkəran”
komandası kiçik halları çıxmaq şərti ilə həm müdafiədə, həm də sağ və sol
cinahları nəzərə almaqla orta sahədə inamlı oyunu ilə yadda qaldı. Lakin hücum
xəttinin hələ "Xəzər Lənkəran”a layiq olan səviyyədə oyun göstərə bilməməsi bir
az üzücü oldu. Düzdür yeni transferlərin hələ az oyun keçirməsi baxımından tam
uyğunlaşa bilməməsini də nəzərə almaq lazımdır. Xüsusən, hücumda oynayan Kosta
Rikalı Vinston Parksın ölkəmizə cəmi bir neçə gündür gəldiyini və ilk dəfə
start heyətində meydana çıxdığını nəzərə alsaq bütün bu çatışmazlıqların da
zaman-zaman aradan qalxacağını söyləmək olar. Amma 3-cü turun evdə "İnter”lə
qarşılaşması zamanı komandamızın heyətində ilk dəfə olaraq matçın son 20 dəqiqəsində
debüt edən Vinston Parksın rəqibləri ani hərəkətlə aldadaraq, onlardan sürətlə
aralanması və qapıya doğru şığıması, bizim ona "QARA ŞİMŞƏK” ləqəbi verməyimizə
səbəb oldu. İnanırıq ki, bundan sonrakı matçlarda bizim "QARA ŞİMŞƏK” rəqib
qapılarının torlarını öz vurduğu qollarla yandırıb kül edəcək.
Bütün "Xəzər Lənkəran” ailəsinə daim
uğurlar və çempionluq sevinci arzulayırıq.
P.S. Sonda rəqiblərimizə,
ehtiyatlı olmağı, bir də zəiflərə qalib gəlməkdə bizləri suçlayan bəzi
yazarları, keçən dəfə yazdığımız şerə bir kuplet də əlavə etməklə diqqətli
olmalarını lazım bilirik:
"AZAL”-ı da
belə udduq,
Qələbəni yenə
daddıq.
Görəsən, səni
toxdatdıq?
Al bu sənə,
Cənab Erkin,..
Cənab Erkin, fikirlərin niyə çirkin?!
|