Əvvəlki yazımızda da Qəbələ səfərinin demək
olar ki, "Xəzər Lənkəran” üçün düşərli olduğunu qeyd etmişdik. Amma bu səfər
bir az fərqli əlamətlər ortaya çıxmışdı. Belə ki,orta sahəmizin aparıcı
oyunçularından olan Juninyonun zədələnərək meydana çıxa bilməyəcəyi, baş məşqçimiz
Ağasəlim Mircavadovun cəzalı olub, texniki zonadan uzaq qalacağı, Devranın və
Kalinkovun yüngül zədələrlə əlaqədar oynama ehtimallarının az olduğu, həmçinin
keçən oyunu "Bakı” ilə zəif keçirərək minimal hesabla məğlub olmağımız, bununla
əlaqədar komandanın "Qəbələ” ilə oyuna motivasiya olma çətinliyi, həmçinin "Qəbələ”nin
də əvvəlki vaxtlara nisbətən xeyli güclənib fərqli oyun göstərməsi, meydançanın
kiçik standartlara uyğun olan süni örtüklü olması və s. kimi faktlar əvvəlcədən
məlum idi.
İrəliyə baxdıqda isə başqa məlum məsələlər
var idi. Bu məlum məsələlərdən biri, xal itkisinə yol verməmək idi ki, sona 5
tur qalmış vəziyyət əleyhimizə xeyli dəyişə bilərdi. Belə ki, turnir cədvəlinə
nəzər saldıqda görürdük ki, cədvələ başçılıq edən "İnter”in 24-xalı,
komandamızın ondan iki xal geri qalmaqla 22-xalı, üçüncü yerdə isə qərarlaşan "Bakı”nın 20-xalı vardır. Komandamızın xal
itirəcəyi təqdirdə, "Bakı”nın isə "Qarabağ” üzərində mümkün ola biləcək qələbəsi
nəticəsində, biz üçüncü pilləyə yuvarlana bilərdik. Belədə "Bakı” 23-xalla bizi
qabaqlaya bilərdi. Hələ onu demirəm ki, "İnter” "Neftçi”ni məğlub edəcəyi təqdirdə,
xallarını 27-yə yüksəldərək sona dörd tur qalmış komandamızdan xeyli uzaqlaşa
bilməsi ehtimalının çempionluq yolunda bizim üçün nə qədər çətinlik, bəlkə də əlçatmazlıq
yarada bilərdi.
"Qəbələ” – "Xəzər Lənkəran” oyunu ilə
paralel Quzanlıdan da gələn xəbərlər bizi çox diqqətli olmağa çağırırdı. Çünki
Quzanlıda məğlub olmayan "Qarabağ” həmin günü "Bakı”ya yeniləcəyi matçın əvvəllərindən
hiss olunmağa başlamışdı. Bir az da irəli getsək, ”Bakı” "Qarabağ” üzərində 1:4
hesablı qələbəni bayram edəcəkdi. Beləliklə, "Bakı” xallarını 23-ə
çatdiracaqdı. "Xəzər Lənkəran” "Qəbələ” ilə oyunda 9-cu dəqiqədə Allan Lalinin
vurduğu topla hesabı açsa da, hissənin ortalarında "Qəbələ” nin vurduğu bərabərlik
topu çox həyacan yaratdı.
Bu görüşdən 1 xal yox, 3xalla ayrilib,
xallarımızı 25 çatdırmaq lazim olduğu halda 1:1 lik bərabərlik heç də bizi qane
etmirdi. Bu görüşdən qazanılan üç xal
komandamızı liderliyə yüksəldəcəkdi. Çox sağ olsun ki, "Xəzər Lənkəran”
ikinci hissədə bunun öhtəsindən gəlməyi bacardı. Yəni 53-cü dəqiqədə Emeka
Opara ustalıqla vurduğu topla komandamızı yenə hesabda önə çıxardı və oyun elə
bu hesabla da bitdi. Emeka Opara "əlinə düsən” təkbətək imkanından yararlana
bilsəydi hesab 1:3-də ola bilərdi. Digəl ki, çox çətin vəziyyətlərdə qol
vurmağı bacaran forvardımız belə asan qol epizodundan yararlana bilmədi, amma
qələbə topunu vurduğu üçün onun bu epizodu qaçırması o qədər də peşmançılıq
yaratmadı.
"Qəbələ” də öz ağıllı oyunu ilə diqqət çəkirdi
və bir sıra epizodlarda hesabı bərabərləşdirmə imkanlarını da vurğulamaq
lazımdır. Hakimin final fiti, uzatma dəqiqələri də daxil olmaqla çox uzun çəkdi.
Bəlkə də həyəcanlı olduğumuzdan bu bizə belə gəlirdi.
"Xəzər Lənkəran” lazım olan 3 xalı bu oyunda
qazandı və 25 xalla turnir cədvəlinin lideri oldu. Bu liderliyi bir az sürüşkən
hesab etmək olardı. Çünki ertəsi gün "Neftçi” – "İnter” oyununda "İnter” qələbəni
bayram edə bilərdi və yenidən 27 xal toplayıb liderliyini "Xəzər Lənkəran” dan
geri ala bilərdi. Həmin oyunu "İnter” və "Neftçi” azarkeşləri ilə bərabər, "Xəzər
Lənkəran” azarkeşləri də nigarançılıqla gözləyirdi. Bu matçı isə "Neftçi”
qazandı və beləliklə "İnter” 24 xalla ikinci pillədə qərarlaşdı.
Turnir cədvəlinin lideri olmaq şansını "Xəzər
Lənkəran” öz əlin də onsuz da saxlayırdı ki, bu da növbəti turda doğma divarlar
arasında komandamız "İnter”i qəbul edəcəkdi və qazanılacaq qələbə "Xəzər Lənkəran”ı
şəriksiz lider edəcəkdi. Buna baxmayaraq " Xəzər Lənkəran” buna bir tur əvvəl
nail ola bildi. Növbəti turda "İnter” üzərindəki qələbə isə onlarla xal fərqini
daha da artıraraq 4-ə çatdıracaq. Bu şansı da qaçırmamalıyıq. Çünki bu turdan
sonra sona daha 3 tur qalacaq və belə gərgin vəziyyətdə mövqeyi heç cür əldən
vermək olmaz. Çempionluğa daha inamla irəliləmək üçün "Xəzər Lənkəran” qalan
dörd turda bütün oyunları qələbə ilə bitirsə, onda demək mümkündür ki, şansı öz
əlində saxlayır. Allah qoysa, bu belə də olacaq.
Qəbələdən qayıdarkən isə önümüzdə gedən "Xəzər
Lənkəran” avtobusu, dağ yolları ilə gah şütüyür gah da kəskin döngələrdə sürətini
azaldaraq irəliləyirdi. Yolların eniş-yoxuşlu olması, yaz fəsli ilə əlaqədar ətrafın yaşıllaşması, hərdən
enişdən yoxuşa qalxarkən isə yaşıl rəngli avtobusun arxadan baxdıqda ağ
buludlar fonunda görünərək irəliləməsi sanki, bu yaşıl-ağ məvhumun ağır-ağır
çempionluğa doğru gedişinin görüntüsü idi. Ona gorə ağır-ağır gedirdi ki, çünki
onun daşıdığı yük, bir dəfə çempion olmuş "Xəzər Lənkəran”ın şirləri və Qəbələdən apardığı qələbə yükü
idi.
Müəllif:
Mirhafiz M. Babayev.
17.04.2010
|