
"Xəzər Lənkəran” klubu bildiyimiz kimi, Avropa liqası 2009/2010
mövsümündə çıxış etmək hüququ qazanıb. "Olimpiya” Beltsı (Moldova) klubu ilə
ilkin təsnifat mərhələsində artıq iyul ayının 1-də, ilk görüşünü səfərdə
keçirən doğma komandamız, iyul ayının 8-də cavab görüşünə çıxacaq. Bu günə
qədər Avropa miqyasında keçirdiyi rəsmi görüşlərini doğma meydandan kənarda
keçirməyə məcbur olan "Xəzər Lənkəran” klubu nəhayət, bu il ilk dəfə olaraq, ev
oyununu doğma şəhərdə yəni Lənkəranda, "Xəzər Lənkəran Mərkəzi Stadionu”nda, onu özlərinə qurur
sayan öz çılğın və sadiq azarkeşlərinin qarşısında keçirməklə tarixə düşəcək.
Elə ilk rəqib komanda kimi də "Olimpiya” Beltsı (Moldova) klubu, "Xəzər
Lənkəran Mərkəzi Stadionu”nun ilk
beynəlxalq qonağı olacaq. Düzdür, "Xəzər Lənkəran Mərkəzi Stadionu”nda iki dəfə əsas və U-21
yığmalarımızın oyunları keçirilib. Amma "Xəzər Lənkəran” klub olaraq, məhz ilk
beynəlxalq matçını iyul ayının 8-də "Olimpiya” Beltsı (Moldova) klubuna qarşı keçirəcək.
Ümumiyyətlə, ilk
beynəlxalq oyununu 2004/2005 mövsümündə, Avropa kuboklarına vəsiqə qazanmaqla
elə Moldovanın "Nistru” komandasına qarşı oyunlarla beynəlxalq tarixə düşən
klubumuz, o zamankı ev oyununu "T. Bəhramov adına stadion”da keçirmişdi. O
zaman UEFA-nın tələblərinə cavab verən stadionumuz inşa edilirdisə, beynəlxalq
uçuşları qəbul edəcək hava limanımızın olmaması bunu əngəlləyirdi (ölkədaxili
uçuşları qəbul edən hava limanımızın olmasına baxmayaraq).
İndi, UEFA-nın tələblərinə cavab verən hər bir şəraitimizin
qaydasında olması bizi çox sevindirir. Elə doğma şəhərimizdə ilk beynəlxalq
oyunda da komandamızın bizləri öz qələbəsi ilə mərhələ adlayaraq, daha bir ilkə
imza atmaqla, sevindirəcəyi günü səbirsizliklə gözləyirik.
Həmçinin klub
rəhbərliyindən UEFA-nın tələblərinə uyğun yaratdığı şəraitin ardıca, UEFA-nın
hər iki liqasının qrup mərhələsində mübarizəyə davamlı bir "Xəzər Lənkəran”
formalaşdırmağı təvəqqe edirik.
Qoy, 2010-cu il iyulun 8-də, ilk beynəlxalq arenaya çıxacaq Lənkəran
şəhərini və onun "Xəzər Lənkəran”ını bütün Avropa tanısın və bununla da
beynəlxalq uğurlarımızın başlanğıcı qoyulsun!
Avropaya,
irəli, Lənkəranın Xəzəri !
|