Cümə, 27/Dek/2024, 02:26
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  Aprel 2012  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
1234567
891011121314
15161718192021
22232425262728
2930

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 553

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2012 » Aprel » 28 » Natiq Muxtarlının palitrası
14:19
Natiq Muxtarlının palitrası

Natiq Muxtarlının palitrası

            Tanınmış yazar Natiq Muxtarlı son yazılarının birində yaman rənglərə yer verib. Tablodakı əsas istifadə olunan rənglər isə fırçanın palitradakı qırmızı və qara çalarlara toxundurulduqdan sonra yaranan bir əsərə çevrilməsi ilə alınan mənzərədir. Çox sağ olsun ki, belə bir mənzərə təsvir olunan əsər ortaya qoyub. Amma əsəri daha rəngarəng edə bilən, palitradakı çalarlara fırçanı az toxundurub. Bu da bir müəllif kimi onun oz  taktikasıdır.

            Muxtarlının rənglərdən bəhs edən bu əsərinə diqqətlə tamaşa edəndə istər-istəməz dahi satirik, Mirzə Ələkbər Sabirin bir şeirindəki misralar yada düşür.

 

            Zahida, gəl soyunaq bir kərə paltarımızı,

            Çıxaraq zahirə batindəki əfkarımızı,

            Pişgahi-nəzəri-xəlqə dutaq varımızı,

            Görüb onlar dəxi təhqiq eləsin karımızı,

                        Hər kimin ağı qara isə utansın, a balam!

                        Bəlkə illərcə yatanlar bir oyansın, a balam! ...

             Dahi Sabir demişkən, tablodakı göstərilən rənglərlə boyanmış surətlərin üst rənglərini götürsək, altda daha hansı rənglərin olduğu da hamıya görsənər. Nələr görsənər? Olar görsənər ki, futbolumuzda sən demə nə qədər rəng və onların kombinasiyasından alınan nə qədər çalarlar var. Məsələn, filan ildə çempionat hansı rəngdə keçirilib və ya kubok əvvəlcədən hansı rəngə boyanıb. Hələ onu demirəm ki, Hakimlər komitəsi hansı rəngi daha çox sevir. Əvvəllər hakimlər qara geyirdisə və çaldıqları fit də qara rəngdə idisə, indi rəngarəng geyir, hətta müxtəlif rəngli fitlər çalırlar. Nəinki fitin rəngi dəyişib hətta onun səsi də avazı da başqalaşıb. Hakimlərimizin saniyəölçəninin (sekundomer) sferblatının hətta, əqrəblərinin belə rəngi dəyişib. Dəyişib deyəndə ki, rəngarəng olub. Məsələn, bəzi hakimlərin saniyəölçəninin sferblatında artıq neçə illərdir ki, 80-ci dəqiqələri göstərən hissənin rəngi ayrıca seçilən çalarlarla boyanıb. Fitin səsi isə gah qəzəbli, gah da mülayim çıxır. Əslində bu səsin özündə bir ahəng və rəngarənglik var ki, o da, adamı valeh edir.

            Ümumiyyətlə futbolda aydın və təmiz rənglər də mövcuddur. Məsələn, ot örtüyü aydın yaşıl, üzərindəki cizgilər isə ağ rəngdədir. Bütün dünya da bu rənglərin olduğu meydanlarda mübarizə aparır. Hətta mübarizə aparan komandaların da aydın rəngləri var. Kimisi ağ-qara, kimisi narıncı, kimisi sarı-qırmızi, kimisi mavi-çəhrayı, kimlərsə də daha başqa aydın rənglərlə mübarizə aparır. Nə çox rəng. Amma rəngləri bir-birinə qatanlar da var. Nə qədər ki, futbolumuzda rənglər aydın və təmiz deyil, onda yenə dahi Sabirin başqa bir şeirindəki hökmran ərbab və zavallı əkinçinin döyülməsi ilə əlaqədar olan mənzərədəki sözlər yada düşür. Çünki, əsl futbol görmək istəyənlər daha bu "rəngarəngliyə” dözə bilmir.

 

            Ərbab:-Vur, vur ki, gətirməyibdir arpa!

            Əkinçi:-İnsan dözəməz bu şarpaşarpa!

           

Cürət edib dahi Sabirin  bu deyiminə rəğmən, mən də Natiq Muxtarlı kimi yazarların qələminə qüvvət deyərək, üz tuturam: 

Yaz, yaz ki, durulmayıbdır orta,

Az qaldı bular, futbolu yorta.

 

Mirhafiz Babayev

Views: 691 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 1
0  
1 malik   (28/Apr/2012 20:20) [Daxil Olunan]
Azarbaycan futbolu gunu-gundan dagilir

Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz