Cümə Axşamı, 26/Dek/2024, 23:59
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  Yanvar 2011  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 553

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2011 » Yanvar » 29 » Narahat olma Kənan bəy!
19:38
Narahat olma Kənan bəy!

       

            Bundan əvvəlki yazıya şərh verən Kənan adlı qardaşımız bir az ümidsizliyə qapanmış kimi görünür. Əslində mən saytın İnzibatçısı olaraq elə şərh bölməsində cavab yazmağa başladım. Lakin geniş bir yazı alındığı üçün həm də bu fikirlərdə olan azarkeşlərimiz də olduğu üçün ayrıca bir yazı şəklində çıxış etməli oldum. Çünki mənim fikrimcə bu il bizi daha böyük bir "Səviyyə" gözləyir.

          Hörmetli Kenan bəy, sizin söylədikləriniz həqiqəti əks etdirə biləcək bir gümandır. Bu subyektiv bir fikir olaraq qəbul oluna bilər. Yoxlama görüşlərinin nəticələrini də bura əlavə etmək olar. 
          Amma gəlin obyektiv olaraq da mülahizələrimizi ortaya qoyaq: Yadımıza salaq ki, Rednik "Xəzər Lənkəran"ı qəbul edəndə vəziyyət daha ağır idi. Bu barədə çox yazmışıq. Amma buna baxmayaraq Rednik komandamızı kasıb heyətlə fasiləyə qədər lider vəziyyətə qaldıra bildi. 
          Elə Alim Qurbanovu hamımız cərgədən silmişdik. Amma futbolçu ilə düzgün hazırlıq keçdikdə, gör hansı səviyyəyə gəlib çıxa bilir. Məsələn bu mövsüm Alim Qurbanov səhv etmirəmsə 4 top vurub. Hamısına da fikir versək lazım olan momentdə cəld və ağıllı zərbələrin hesabına vurulub bu qollar.
          Deməli futbolçu ilə düzgün işləyəndə çox şeylərə nail olmaq olur. Bu hələ tək bir Alim misalında gətirdiyim arqumentdir.
özünüz də gözəl bilirsiz ki, futbolda fiziki hazırlıq nə deməkdir? Azərbaycan futbolunun Avropadan geri qalmasının əsas səbəblərindən biri də fiziki hazırsızlıqdır. Bura psixoloji hazırsızlığı da əlavə etsək vəziyyət bərbadlaşır. Gör neçə-neçə oyunda komandalarımız oyunun əvvəlini başabaş oynasalar da, sonradan bu dediyim çatmamazlıq üzündən komandalarımız oyunda sanki uçuruma yuvarlanır və sonra da oyunu heç cür xilas etmək olmur.
          Rednikdən sonra "Xəzər Lənkəran"da fiziki və psixoloji vəziyyət yaxşı mənada gör nə qədər dəyişib. Alimin misalında bunu görürük. 
          Amma indi düşərgədə olan futbolçular bu barədə tam fərqli futbolçulardır. Uyğunlaşma prosesindən sonra mənim fikrimcə "Xəzər Lənkəran" dişini qıcamış bir aslan kimi rəqibin üstünə yeriyəcək.
          Sizin yadınıza son yoxlama görüşündən sonra Odessanın "Çernomorets" klubunun baş məşqçisi Roman Qriqorçuk kimi bir mütəxəssisin fikirlərini salmaq istəyirəm:- 
"Xəzər Lənkəran” fiziki cəhətdən çox güclü oyunçulardan təşkil olunub”
          "Xəzər Lənkəran”la oyunumuz çox gərgin alındı. Buna rəqibin çox yaxşı komanda olması səbəb oldu. Lənkəranlılar çox ciddi futbol oynayırlar. Komanda fiziki cəhətdən çox güclü oyunçulardan təşkil olunub, texniki-taktiki vərdişlərə malikdirlər, fərdi mübarizələrdə bacarıqlıdırlar”. 
          İndi gəlin görək belə keyfiyyətlərimiz haqqında nə vaxtsa kimsə bizim haqqımızda söz deyibmi?
          O ki, qaldi Sovet dövründə daim "Güclülər Dəstəsində" çıxış etmiş bir komandanın məşqçisi ola.
          Hələ hücüm xəttinə gözlənilən transferlər də gəlib çıxdıqdan sonra və komandadakı oyunçular bir-birinə uyğunlaşınca onda gör "Xəzər Lənkəran" necə tufan qoparır. Mən buna inanıram, inşAllah bunu hamımız görəcəyik. 
          Çünki adam fiziki cəhətdən zəif olduqda və ya xəstəhal olduqda, bir stəkanı belə yerinə qoymağı kimdənsə xahiş etməli olur. Lakin sağlam və fiziki cəhətdən möhkəm olanda az qala 10 nəfərin işini görmək istəyirsən. Hər iki halda özümüzü meydanda təsəvvür etsək bunu daha yaxşı anlayarıq. Mən ümidimi üzmürəm və fikirləşirəm ki, "Xəzər Lənkəran" hələ heç vaxt belə komanda olmayıb. Təki bu işdə Allah köməyimiz olsun. Ənənəvi "Mız" problemləri çıxmasın. Bütün "Xəzər Lənkəran" azarkeşləri matçın gözəlliyindən və gözəl həyəcanlı dəqiqələrdən bir an belə yerlərində otura bilməyəcəklər. "Xəzər Lənkəran" bu il adının yanına bir "Səviyyə" sözü də həkk edəcək. Həm də mənə elə gəlir ki, ümumiyyətlə hələ Azərbaycan belə komanda görməyib.
          Kənan qardaşım mən buna artıq inanıram. Elə sən də ruhdan düşmə çünki bizi qarşıda "Səviyyə" və həyəcanlı dəqiqələr gözləyir. 
Hamımıza uğurlar!..
Views: 518 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 3
0  
3 xeberci-fdf   (30/Yan/2011 13:04) [Daxil Olunan]
www.agligoylu.tk
Tesekur mektubu

0  
2 BOSSMAN   (29/Yan/2011 20:03) [Daxil Olunan]
Mən də sizin Todorov barədə olan fikrinizlə razıyam. Amma dünya futbolunda nə qədər "Pelelər", "Maradonalar", "Qullitlər", "Van Bastenlər", "Platinilər", Karl Hayns Rumeniggelər", "Kipianilər", "Bloxinlər" və sair ulduzlar olub. Onların gedişi ilə məgər dünya futbolu çökübmü? Xeyr! İndi də "Messilər", "Ronaldolar" Klozelər", "Riberilər" və yada salmalı çox futbolçular onların yerini doldurmayıb məgər? Nəsildəyişmə həmişə olub. Onsuzda futbolçular daimi deyil "Daimi olan "Xəzər Lənkəran"dır! Hələ çox ulduzlar gəlib-gedəcək, bizə qalan "Xəzər Lənkəran" olacaq!

0  
1 Kenan   (29/Yan/2011 19:48) [Daxil Olunan]
INSHALLAH HERSHEY SEN DIYEN KIMI OLSUN!!! BIZIMDE ISTEYIMIZ BU!!! ALLAH SENDENDE RAZI OLSUN,HERSHEYE GORE COX SAGOL!!! AMMA REDNIKIN TODOROVU QOVMASINI HECCUR BASHADUSHE BILMIREM...............
NE BILIM VALLAH..................ALLAH KOMEYIMIZ OLSUN!!!

Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz