Əldə etdiyimiz ən
son məlumatlara görə Bakıda olan komandamızın baş məşqçisi Mirça Redniki hələ
ki, klubdan heç kim axtarmayıb. Belə olan təqdirdə əlbəttə ki, hər hansı bir qərarın
ortada olmaması təbiidir. Nə qədər qəribə olsa da, klub tərəfindən Mirça
Rednikin harada oldğu haqda məlumatlarının olmadığı bildirilir. Halbuki hamımızın
bildiyi kimi Cənab Rednik dünən axşamdan Bakıda olduğu dəqiqdir. Görünür rəhbərliyin
belə açıqlama verməsinə hər hansı bir qəti qərarlarının olmaması səbəb olub.
Azarkeşlərin
kütləvi surətdə təcrübəli və "Xəzər Lənkəran”da Avropa futbolunun əsasını
qoyması ilə tanınan Mirça Redniki müdafiə etmələri və "Xəzər Lənkəran”ı əvvəlki
tək iddialı görmək istəmələri yalnız bunun fonunda yerli uşaq məktəbinin
inkişafı və bu məktəbdən tədrici əsas komandaya keçid modelini dəstəkləmələri
onların qərar qəbul etməkdə yubanmalarına şərait yaradıb.
Ən son məlumatlar
aldıqca sizlərin diqqətinə çatdıracağıq.
|