Cümə, 29/May/2020, 11:25
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  Avqust 2010  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
1234567
891011121314
15161718192021
22232425262728
293031

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 547

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2010 » Avqust » 8 » Mövsümə qələbə ilə başladığına görə “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednikə Təşəkkür məktubu
13:56
Mövsümə qələbə ilə başladığına görə “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednikə Təşəkkür məktubu

    


Mövsümə qələbə ilə başladığına, həmçinin gözəl bir komanda formalaşdırmaqda olan "Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednikə Təşəkkür məktubu

   

          2009/2010 mövsümü həm çempionluğun, həm kubokun son anda əldən verilməsi və həm də Avropa liqası 2010/2011 mövsümünün komandamız üçün uğursuz nəticələnməsi, biz "Xəzər Lənkəran” azarkeşlərini xeyli dərəcədə pərişan etmişdi. Builki mövsüm üçün sevimli komandamızın bu olanlardan sonra düşdüyü psixoloji vəziyyətin necə aradan qaldırılacağı və toparlanaraq əvvəlki iddialı bir "Xəzər Lənkəran”a çevriləcəyi, bununla da yenidən inkişaf yolunu davam etdirəcəyi, bütün azarkeşlərimiz kimi "Bosman” fanklubunu da ciddi narahat edirdi. Belə bir ərəfədə klub rəhbərliyinin komandanı və onun azarkeşlərini düşünərək atacağı hər hansı addım çox nigarançılıqla gözlənilməkdə idi.

          Mövsümün startına sayılı günlərin qaldığı bir zamanda klub rəhbərliyinin Mirça Redniklə anlaşmasının nəticəsini hamı kimi "Bosman” fanklubu da səbirsizliklə gözləyirdi. M.Rednikin gəldiyi gündən komandanı qəbul edərək, çıxardığı ilk məşqdən bu günə qədər olan bütün prosesləri izləyərək, onun komandamızla birgə nələrə imza ata biləcəyini daim müzakirə edən fanklubumuz, nikbin nəticəyə gələ bilmişdi. Mirça Rednikin keçdiyi məşqləri yaxından izləyən, onun futbolçu və sonradan məşqçilik karyerası ilə tanış olan, həmçinin Rumıniya mətbuatının onun demək olar bütün addımlarını diqqətlə izləməsini nəzərdən qaçırmayan fanklubumuz bu məşqçidən çox şey gözləyir və klub rəhbərliyinin nəyə görə bu mütəxəssisə üstünlük verdiyini haqlı sayır.

          Mövsümün ilk turunda, vaxt azlığından təlim məşq toplanışı keçirmədən, demək olar heç bir yoxlama və ya yoldaşlıq oyununa çıxmadan ağıllı, təmkinli, texnikalı, gücün bütün oyunboyu bərabər və düzgün paylanmasına hesablanan, boşluqlara yol verməyən panikaya düşməyən və öz gücünə inanan bir komanda formalaşdirmaqda olan və göstərilən keyfiyyətlərin hesebına doğma azarkeşlərinə maraqlı dəqiqələr və qələbə sevinci yaşatdığına görə bütün komandaya, başda Mirça Rednik olmaqla təşəkkür edirik.

          Həmçinin onu da başa düşürük ki, hələ transfer çalışmalarının davam etdiyi, bundan sonra komanda üzvlərinin bir birinə tam uyğunlaşma prosesinin başa çatmadığı bir məqamda bu qələbənin memarı, bu prosesləri müvəffəqiyyətlə başa çatdıracaq və bizə çox güclü, Avropada söz deməyi bacaran bir "Xəzər Lənkəran” bəxş edəcəkdir.

          "Xəzər Lənkəran” azarkeşləri, "Xəzər Lənkəran” məşqçi-futbolçu heyəti, "Xəzər Lənkəran” rəhbərliyi, ümumilikdə böyük bir "Xəzər Lənkəran Ailəsi” daim qələbələrə və zirvələrə layiq olduğunu sübut edəcək!

 

 

          Hörmətlə: "Bosman” Fanklubunun İdarə Heyəti.                           08 Avqust 2010.

Views: 333 | Added by: CSGA | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 1
0  
1 Dr.Mirhafiz   (09/Avq/2010 12:35) [Daxil Olunan]
Bu məktub "Bosman" fanklubunun idarə heyəti tərəfindən hazırlanaraq, 08 avqust 2010-cu il tarixində "Xəzər Lənkəran" klubunun icraçı direktoru Höccət Hacıyevə təqdim olunmuşdur.
Məktubun komandamıza dəstək, eyni zamanda ruh yüksəkliyi yaradacağı baxımından təsirini, həmçinin azarkeşlərin daım öz sevimli komandalarına biganə olmadığının təzahürü kimi qiymətləndirərək, fanklubumuz bu addımı atmağı lazım bilmişdir.

Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2020Website builderuCoz