İllər-illəri əvəz etdikcə, futbol mövsümləri də
bir-birini əvəz etməkdədir. Belə ki, qalmaqallı 2010/2011-ci illər mövsümü
bitdi. Avrokuboklarda klublarımızın başına nələr gəldisə, demək olar hamısı
uğursuzluğa düçar oldu. Bizim "Xəzər Lənkəran” komandamız keçən mövsümü çox
döyüşkən və titullarla bitirdi. İnsafən Avroliqadakı rəqibimiz xeyli güclü olsa
da, "Xəzər Lənkəran” heç də onunla oyunlarda pis təsir bağışlamadı. Düzdür biz məğlub olduq, amma bu komandamızın
sonrakı başına gələnlərə heç də əsas vermirdi. "Makkabi”nin bizdən sonrakı
rəqiblərinin başına hansı oyunları açdığından yəqin ki, çoxlarınızın xəbəri
var. Bizim üçün uğursuz sayılan Moldova təmsilçilərindən ən güclüsünü iki
oyunun nəticəsinə görə kənarda qoyan Bosniya və Hersoqovina təmsilkçisi olan
"Jelezniçar” klubu "Makkabi” önünə çıxmağa sanki, peşman oldu. "Makkabi”ni evdə
qəbul edən "Jelezniçar” doğma divarlar arasında 0:2 yenilgiylə üzləşdisə, bunun
əvəzini çıxmaq üçün Təl-Əvivə yollanan bu komanda daha dəhşətli nəticə ilə
üzləşdi. Belə ki, "Makkabi” doğma divarlar arasında onların qapısından 6
cavabsız top keçirdi. Üst-üstə bu oyunda "Makkabi” "Jelezniçar”a 8:0 hesabı ilə
qalib gəldi. Deməli, bütün problemlərə baxmayaraq "Xəzər Lənkəran” sonrakı
qalmaqalı haq etmirdi.
Bayaq söyləndiyi kimi, keçən
mövsümü ölkə kubokunu qazanmaqla və çempionatın gümüş medallarını qazanmaqla
(maneələr olmasaydı daha yüksək nəticə olacaqdı) heç də pis komanda olmadığını
sübut edən "Xəzər Lənkəran” Mirça Redniklə gözəl oyun üslubuna və döyüşkən
komanda olduğuna əminlik yarada bilmişdi. Bu nailiyyətlərin qazanılmasında isə
"Xəzər Lənkəran ailəsinin birliyi də başlıca rol oynamış oldu. Belə ki, gözəl
komanda formalaşdırmış olan Mirça Rednik, klub rəhbərliyinin bu işdə ona
verdiyi böyük dəstək hesabına və komandanın ayrılmaz hissəsi olan azarkeşlərin
də bunları bəyənərək, möhtəşəm dəstəyi hesabına bu mümkün olmuşdu. Hər üç tərəf heç vaxt olmadığı bir qarşılıqlı
dəstək nümayiş etdirmişdi. Bəli, futbolda olan nailiyyətlərin açarı da elə
bundadır.
Bundan
sonra nə oldusa, qoy arxada qalmış olsun. Bu mövsümün ilk turundaca evdə
debütant olan "Sumqayıt Şəhər” komandasını qəbul edən "Xəzər Lənkəran”
imkanlarından xeyli aşağ çıxış etdi. Baxmayaraq ki, debütant olan "Sumqayıt Şəhər”
komandası çox qısa müddətdə formalaşmış və bütün heyət məşqçilər də daxil
birlikdə çox az məşqlər keçirərək çempionata hazırlaşa bilmişdilər. Belədə "Xəzər
lənkəran” özünəməxsus gözəl oyunu ilə daha böyük hesabla qalib gələ bilərdi. Bu
arada "Sumqayıt Şəhər” komandasına da digər klublarımız kimi uğurlar arzu
edirik. Belə bir futbol şəhərinin çempionata qayıtması əlbətdə ki, sevindirici
haldır. Qoy, Azərbaycan bütün ərazisi ilə futbolda təmsil olunub inkişafa doğru
getsin. Bu hamımızın istəyidir.
Qaldı
ki, "Xəzər Lənkəran”ın əvvəlkindən zəif təsir bağışlamasına, bunun səbəblərini
hamımız bilirik. Belə böyükmiqyaslı çətinlikdən sonra bu gözlənilən idi. Şükürlər
olsun ki, komanda çempionata qələbə ilə başladı. Komandadakı böyük potensialı
tam ortaya qoymaq üçün, yenə də rəhbərlik, məşqçi-futbolçu heyəti və komandanın
ayrılmaz hissəsi olan azarkeşlər qarşılıqlı olaraq dəstək nümayiş etdirməlidirlər.
Deyildiyi kimi uğurlarımızın açarı yalnız bundadır. Hər üç tərəfin birgə
sevgisi olan "Xəzər Lənkəran”ın uğurları yalnız bundadır.
|