+ 
Bu
gün "Futbol+” qəzetinin N:241 (2174) 18-19 dekabr 2010 sayında başlığı manşeti zəbt etmiş yazıya rast gəldik. Yazıda "MOİK”-in futbolçularının maaşlarının yubadılması və
ümumiyyətlə dekabr ayının maaşlarının almaması bildirilir. Bununla əlaqədar "MOİK”-in
futbolçularının məşqlərdən imtina etmələri və ümumiyyətlə "Xəzər Lənkəran”la
oyuna çıxmayacaqları ilə bağlı qərar qəbul etdikləri bildirilir.
Qəzetin
yazdığına görə: - "Bunun üçün onlar "Şəfa”da keçirilməsi nəzərdə tutulan
hazırlıq prosesi futbolçuların sözü bir araya qoymasından sonra reallaşmayıb. Bütün
oyunçular isə "Ruslan-93”-ün bazasında məskunlaşıb və etiraz əlaməti olaraq
oradan tərpənməyəcəklərini bildirib. Onlar "Xəzər Lənkəran”la görüşdə də
iştirak etməməyə söz verib.”
Daha
sonra qəzet araşdırmalara başlamış, Komandanın baş məşqçisi Ramil Əliyevlə və
komandanın rəisi funksiyasını yerinə yetirən Akif İbadovla əlaqə saxlamış,
lakin heç birindən tutarlı cavab ala bilməmişdir.
Qəzetin
yazdığı son fikri isə olduğu kimi sizlərə çatdırırıq:-"Günün sonunda öyrəndik
ki, "MOİK”li futbolçular son anda "Xəzər Lənkəran”la oyuna çıxmağa razılıq
verib. Ancaq elə bilməyin ki, klub rəhbərliyi onların pulunu qəpiyinə qədər ödəyib.
Əksinə, futbolçular lənkəranlılardan xal alacaqları halda, "Neftçi”nin ayırdığı
mükafatla şirnikləndirilib. Pulsuz qalan oyunçuların da məhz buna razı olmaqdan
başqa çarəsi qalmayıb.” Bizim qeyd: Bütün bunlar "MOİK" və "Neftçi" tərəfindən təxribat xarakterli əməllər də ola bilər. Belə ki, belə ab-hava yaratmaqla, "Xəzər Lənkəran"ın oyuna motivasiyasına təsir etmək üçün və komandamızın oyundan qopması üçün nəzərdə tutula bilər ki, "Xəzər Lənkəran" bu oyunda xal itkisinə məruz qalmaqla liderliyini əldən vermiş olsun. Lakin "Xəzər Lənkəran" komandasından bütövlükdə xahişimiz odur ki, belə iyrənc planlara fikir verməyərək, çıxıb meydanda öz oyunlarını oynayıb üç xallarına sahib çıxsınlar və liderliklərini qorusunlar. "Xəzər Lənkəran" komandası belə planlara uyacaq qədər sadəlövh komanda olmadığını isə hər kəsə sübut etməlidir.
|