Bu gün fan
klubumuzun yaradıcılarından və bu günə kimi rəhbəri olan Mirhafiz Babayev 46-cı
doğum gününü qeyd edir. Mirhafiz bəy ilk günlərdən fan klubumuzun müstəqil fəaliyyətinin qarantı kimi çıxış edərək
həyata keçirdiyimiz bütün layihələrin iştirakçısı olmuşdur. Fan klub daxilində
yaratdığı demokratik şəraitlə o, fikir azadlığına verdiyi qiyməti ortaya
qoymuşsa, fan klub olaraq "Bosman”ın verdiyi qəraraların qəbul olunmasında da
konkret mövqeni göstərməsi ilə də əsl liderlik xüsusiyyətlərini nümayiş etdirə bilmişdir.
"Xəzər Lənkəran” camiəsinə qarşı kənardan, xüsusən də mətbuat tərəfindən hücumlar olduğu təqdirdə qəti fikirlərlə
çıxış edən Mirhafiz Babayev daim "Bosman” fan klubunun "Xəzər Lənkəran”
sevgisini, həmçinin ədalət sevərliyini göstərmişdir. "Xəzər Lənkəran” klubu ətrafında
baş verən hadisələrdə "Bosman” fan klubunun böyük azarkeş kütləsinin yanında
olmasında da fan klub rəhbərinin rolu böyükdür. "Bosman” fan
klubunun üzvləri olaraq biz də fan klubumuzun rəhbəri Mirhafiz Babayevi 46-yaşının
tamam olması münasibəti ilə təbrik edir, ona can sağlığı uzun ömür arzulayırıq.
|