 «…bu azarkeşlər üçün bütün sədləri keçməyə dəyər.» "Mən Rumıniya klublarından əlavə başqa ölkələrdə də müxtəlif klubların baş məşqçisi kimi çalışmışam. Uğurlarım daha çox olub. Rumıniyada "Rapid” və "Dinamo” klubları da böyük klublardır, azarkeşləri də möhtəşəmdir. Lakin hətta orada da 5-oyun qələbə qazana bilməyən komandaya bu qədər sevgi olmur və azarkeşlər bu qədər futbolçulara mənəvi kömək göstərmirlər. "Xəzər Lənkəran” azarkeşləri karyeram boyu gördüyüm ən diqqətli insanlardır. Mənim komandam hələki azarkeşlərə nə çempionluq nə də böyük uğurlar bəxş edə bilməyib ancaq… (üzünü futbolçulara tutaraq) -baxın bu azarkeşlər üçün bütün sədləri keçməyə dəyər. Mən gördüklərimə heyranlıqla baxıram.” Bu sözləri "Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik deyib. Elə bu gün keçirilən məşqdən sonra da azarkeşlər futbolçularla fotoşəkil çəkdirdiyi məqamda Rednik bir qrup azarkeşin əhatəsində idi… Mənbə: "12cioyuncu.info"
|