Cümə Axşamı, 25/Apr/2024, 05:13
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  May 2011  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
1234567
891011121314
15161718192021
22232425262728
293031

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 552

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2011 » May » 7 » Mirça Rednik: Onlar bəlkə dünya futbolundan və hüquq normalarından xəbərsizdirlər…
11:33
Mirça Rednik: Onlar bəlkə dünya futbolundan və hüquq normalarından xəbərsizdirlər…

"12cioyuncu.info” saytının əməkdaşları son zamanlar komandamızın baş məşqçisi Mirça Rednikə bəzi qüvvələr tərəfindən ağlagəlməz ittihamlar irəli sürmələri ilə bağlı baş məşqçimizdən müsahibə götürmüşlər. Düzü müsahibəni oxuduqda onun nə qədər mədəni və sivil bir insan olduğu aydın görünür. Biz də hesab edirik ki, belə ittihamlarla çıxış edənlər yalnız kimi isə şərləməklə özlərini biabır etmiş olurlar. Belə şərləmələrə Azərbaycan xalqı həmişə çox pis münasibətdə olub və belələrini xalqımıza yad ünsürlər kimi tanıyıb.

 

                   Məşqdən sonra qısa müsahibə

 

"Xəzər Lənkəran”ın bu gün keçirilən məşqi başlayarkən komandanın baş məşqçisi Mirça Rednikin qayğılı görünməsi diqqətimzi çəkmişdi. Məşqdən sonra Rednikə yaxınlaşıb bir neçə sual verdik və dərhal məşqdən əvvəl kefsiz olmasının səbəbini anladıq…

 

Cənab Rednik, mətbuatda sizin "Bakı” ilə oyundan sonra dediklərinizdən yazırlar. Doğrudanmı siz Azərbaycan xalqı haqqında nəsə demisiniz?

 

Mən?  Mən Azərbaycan xalqı haqqında nəsə demək istəsəm, yalnız xoş sözlər deyə bilərəm.

 

Sizcə bəs bu ittiham nədən yaranıb?

 

Əvvəlcə onu deyim ki, hansısa xalq, millət və etnik qruplar haqqında pis fikirləri yalnız normal olmayan insanlar, ruhi xəstələr deyə bilərlər. Mən əsilli, köklü nəslin nümayəndəsiyəm. Mədəni ailədə böyümüşəm və elitar tərbiyyə görmüşəm. Mən tərbiyyəli olduğum qədər də savadlıyam.

 

Bəs həmin anda siz nəsə demisiniz?

 

Mən nə deyə bilərdim axı. Mənim problemim xalqla, cəmiyyətlə deyil ki, mənim problemim hakimlərlədir. Mən hakim haqsızlığını  hiss etdiyim zaman yalnız hakimə etiraz edirəm. Bilmirəm, bəlkə belə avropasayağı etiraz bu hakimlərə  yaddır? Mən hansısa hakimə yaxınlaşıb:-"Siz haqsızlıq etdiniz, bu futbolun inkişafına xələl gətirir cənab hakim. Siz düşünün, verdiyiniz qərarların ağırlığını dərk edirsinizmi?”- deyə etiraz edərkən bəlkə bunu hədə qorxu kimi anlayırlarsa, daha nə deyim ki…

 

Sizə elə gəlmir ki, sizi zərərsizləşdirməklə "Xəzər Lənkəran”a zərbə vurmağa çalışırlar?

 

Düzü bura gələnə qədər bilmirdim ki, "Xəzər Lənkəran”ı  bu qədər sevən var, yəni azarkeşləri nəzərdə tuturam. Heç bu qədər düşməni olduğunu da bilmirdim, yəni hakimləri. Mən "Neftçi” ilə oyundan sonra (Papaq məsələsi) qarşılaşdığım haqsızlığa görə Haaqa məhkəməsinə müraciət etmədim ki, Azərbaycan futbolu üçün yaxşı hal deyil. Amma məni belə ittihamla suçlamağı bağışlamaram. O zaman, yəqin məni azarkeşlər də anlayar. Mən vəkil tutub həmin qüvvələri dünyada rüsvay edərəm. Onlar bəlkə dünya futbolundan və hüquq normalarından xəbərsizdirlər…

 

Bildiyiniz kimi azarkeşlər sizi çox sevirlər, bəlkə  bu onları qıcıqlandırır…

 

Sevgini qazanmaq üçün ədalətli olmaq lazımdır, bunu hakimlər nəzərə almalıdırlar…

Ölkənizdə ən çox azarkeş mənim komandama dəstək olur. Bu insanlar xalqın bir hissəsidir. Deməli xalqın bir  hissəsi məni sevir, mən də onları. Hakimlər isə  məni şərləməklə özlərini  təhqir edirlər…

Views: 412 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 1
0  
1 Demir Agaci   (11/May/2011 08:21) [Daxil Olunan]
Bu insan dahidir. Olub yere girsin bizim hakimler. Her yerde biabir edirler olkeni...

Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz