Azərbaycanın
milli qəhrəmanı şəhid Mübariz İbrahimovun xatirəsinə həsr olunan və iki müxtəlif
liqada keçirilən futzal turnirinin final oyunları fevralın 7-də Lənkəran
Olimpiya Mərkəzində keçiriləcək. İlk final oyunu, həvsəkarlar liqasının finalçıları arasında
saat 18:00-da baş tutacaq. Digər final oyunu isə güclülər liqasının iki ən
güclü komandası arasında saat 19:30-da keçriləcək. Hər iki oyundan sonra qalib
komandalara kuboklar təqdim olunacaq.
Qaliblər mükafatlandırılandan sonra isə möhtəşəm görüntülərlə müşayiət olunan mərasim
keçiriləcək. Mərasimdə işğal altında olan torpaqlarımız və şəhidlərimiz bir
daha yad ediləcək. Turnirin təşkilatçısı Vaqif Rəşidovdan əldə etdiyimiz məlumata
görə qalib komandalara mükafatları "Xəzər Lənkəran” komandasının baş məşqçisi
Mirça Rednik təqdim edəcək. Bu məsələ ilə bağlı rumın mütəxəssislə əlaqə
saxlayıb məlumatı dəqiqləşdirmək istədik. Rednik nəinki xəbərin həqiqət
olduğunu təsdiq etdi , hətta onunla birgə bu tədbirdə köməkçi məşqçilərin də
iştirak edəcəyini bildridi:-"Mən azarkeşlər üçün nə lazımdırsa etməyə
hazıram, bu turnirin nə qədər mənəvi mənada əhəmiyyətli olduğunu anlayıram. O səbəbdən
də köməkçilərimi də özümlə birgə gətirəcəyəm.”
Biz
də öz növbəmizdə ilk olaraq Mirça Redniki bu addımına görə alqışlayırıq. Eyni
zamanda turnirin final oyunlarını və təqdim
etmə mərasimini saytımızda işıqlandırmağa çalışcağıq.
Lənkəranın bütün futbol həvəskarlarını
fevralın 7-də saat 18:00-dan etibarən Lənkəran Olimpiya Mərkəzinə dəvət edirik.
Mənbə:
"12cioyuncu.com”
Biz də
"Bosman” fanklubu olaraq həm turnirin təşkilatçılarına başda Vaqif Rəşidov
olmaqla və həm də baş məşqçimiz Mirça Rednikin bu humanist yanaşmasına görə
minnətdarlıq etməyi özümüzə borc bilirik. Bu işdə yardımçı olan hər kəsə Allah
köməyiniz olsun deyirik! Allah şəhidlərimizə rəhmət eləsin! Lakin belə dəyərli
addımlarla "Şəhidlər ölmür!” deyimi bir daha öz təsdiqini tapmış olur.
|